АРМЕНИЯ СТАЛА НА ПУТИ ПОСТРОЕНИЯ НОВОГО МИРОПОРЯДКА

Hasan Oktay:Pakistan Azerbaycan Türkiye ve Karabağ

Putinin inandığı 18 nəfər kimdir?

«Թուրքական հոսքը» յուրահատուկ նշանակություն ձեռք կբերի աշխարհաքաղաքական զարգացումներում

Şahin Caferli: Ukraynada Viktor Medvedçuka qarşı “vətənə xəyanət” ittihamı irəli sürüldü

Gündem 11 Mayıs 2021
40

Medvedçukun kim olduğunu öncəki yazılarımda qeyd etmişəm. Ona qarşı atılan hər hansı addım təxminən elə Putinin özünə qarşı yönəlmiş addımdır. Bu səbəbdən Medvedçukun kollaborant şəbəkəsinə qarşı fevralın sonlarında başlanan əməliyyatdan sonra ehtimal etmişdim ki, Putin bunu cavabsız qoymaz. Elə də oldu. Ukrayna sərhədlərinə böyük qoşun qruplaşması cəm edilməsinin səbəblərindən biri məhz bu idi.
Kreml mediası artıq Ukraynaya müdaxilə üçün ictimai rəy hazırlamağa başlamış, 2014-cü ildəki “çarmıxa çəkilmiş oğlan uşağı” (распятый мальчик) hekayəsi azacıq redaktə ilə “Bayraktar dronu tərəfindən vurulmuş oğlan uşağı” deyə dövriyyəyə buraxılmışdı. Lakin bundan sonra baş verənlərin xronikasına diqqət edin:
Prezident Putinin aprelin 21-də Federal Məclis qarşısındakı nitqində Ukrayna və ya Belarus – yaxud hər ikisi ilə əlaqəli önəmli qərarların elan olunacağı gözlənilirdi. O ərəfədə qeyri-rəsmi məlumat da yayıldı ki, aprelin 23-də Federasiya Şurasının növbədənkənar toplantısı çağırılıb. Bilirsiniz ki, ordudan xaricdə istifadə edilməsi üçün Federasiya Şurasının icazəsi lazımdır.
Lakin “milli lider”in nitqi gözlənilmədən çox sönük oldu. Çıxış bitdikdən sonra başlayan canlı bağlantılarda hiss olunurdu ki, propaqandistlər çaşqınlıq yaşayır, çünki 78 dəqiqəlik nitqin böyük hissəsi ailə-məişət (бытовуха) məsələlərinə həsr olunmuşdu. Xarici siyasətə dair nəinki hər hansı qərar yox idi, hətta vurucu cümlə tapmaq da təbliğat maşını üçün problemə çevrilmişdi.
Rəhbərin müraciətinin ertəsi günü – aprelin 22-də müdafiə naziri Şoyqu Cənub və Qərb hərbi dairələrində “yoxlama tədbirləri”nin bitdiyini elan edib, qoşunların geri çəkilməsi əmrini verdi.
Həmin gün Lukaşenkonun Rusiyaya səfəri və Putinlə görüşü də nəzərdə tutulmuşdu. Gözlənilirdi ki, Lukaşenko Rusiya-Belarus inteqrasiyasına dair yol xəritəsini imzalayacaq. Lakin Putinlə görüşdən sonra Belarus rəhbəri açıqlama vermədən geri qayıtdı, bir az sonra məlum oldu ki, o, növbəti dəfə inteqrasiya sənədini imzalamaqdan yayınaraq bu məsələni payıza saxlamağı xahiş edib.
Putinin çıxışının “dağın siçan doğması” effekti verməsi və ondan sonrakı gəlişmələrə şübhəsiz ki, Moskva-Vaşinqton xəttindəki kommunikasiyanın ciddi təsiri var.
Putin milyardlarla rubl xərcləyib, Ukrayna sərhədinə qoşun yığmaq və sonra geri çəkməklə nə əldə etdi? Görünən 2 nəticə var: birincisi, Bayden qatil dediyi Rusiya prezidentini bərabərhüquqlu tərəf-müqabil qismində görüşə dəvət etdi; ikincisi, ABŞ prezidenti masasındakı Rusiyaya qarşı sanksiya variantlarının ən yüngülünü seçdi.
Putin-Bayden görüşünə hazırlıq necə gedir, hansısa alverlər, razılaşmalar olacaqmı, bunu indidən söyləmək mümkün deyil. Amma Blinkenin Kiyevə səfərindən sonra 5-ci kolonun çökdürülməsinə yönəlmiş əməliyyatın qaldığı yerdən davam etməsi söyləməyə əsas yaradır ki, ABŞ Ukraynaya təhlükəsizlik təminatı verib. Çünki belə bir təminat olmadan Rusiya şəbəkəsinin başı Medvedçuka ən ağır ittihamın irəli sürülməsi, onun evində və partiyasının mərkəzi ofisində axtarış aparılması Zelenski və ümumilikdə Ukrayna dövəti üçün çox riskli olardı…
Şahin Caferli

Yorumlar