İkiqütblü sistem ağ-qara fotolar və ekranlar kimi tarix olub.
Demokratik Qərb və avtoritar Rusiya qarşıdurması da tarix olub.
İndi çoxqütblü sistemdir, çağdaş Qərblə totalitar Şərq rəqabəti deyilən şey də yoxdur.
İdeologiyaların,, mədəniyyətlərin də rəqabəti yoxdur. İdelogiyalar və mədəniyyətlər çoxsaylı qütblərin əllərindəki vasitədir.
Gürcüstanda Qərb-Rusiya rəqabəti yoxdur. Heç Azərbaycan uğrunda da, hətta Ukrayna uğrunda da bu adda savaş yoxdur.
Gürcüstanda Böyük Britaniya və Rusiya ittifaqı qlobalistlərlə rəqabət aparır.
Elə Azərbaycanda da belədir. Ukrayna müharibəsinin dərin qatındakı rəqabət də budur.
Görmədik ki, Qarabağ müharibəsində Türkiyə, Böyük Britaniya və Rusiya bizi dəstəklədi, Fransa və Qərbdəki dövlətdənkənar güclər qarşımızda oldu?
COP- u Qərbin hansı mərkəzləri boykot etdi? Bu gün Gürcüstan müxalifətinin dəstəkçiləri etmədimi boykotu? Amma Böyük Britaniya baş nazir səviyyəsində COP-29 da iştirak etdi.
Böyük Britaniya Avrapa İttifaqından hansı səbəblərə görə çıxıbsa, Gürcüstan da o səbəblərdən üzvlüklə bağlı prosesi dayandırır.
Gürcü arzusunun prezidentliyə namizədi Kavelaşvili keçmiş futbolçudur. Həm Rusiyada oynayıb, həm də İngiltərədə. Bu gün oynadığı siyasi oyunu da təkcə Rusiya üçün oynamır. Əsas İngiltərə üçün oynayır.
Elə Ukraynada Rusiya da İngiltərə üçün savaşır.
Bəs, nədən bu yazdıqlarım siyasi və media institutlarının fəaliyyətində ənənəvi ağ-qara kimi görünür?
Ona görə ki, keçid dönəmidir, rəngli dünyanın institutları formalaşmayıb. Hələlik çoxqütblü sistemin qlobal güc balansı yaranmayıb.
Yaxın illərdə bu balans yaranacaq və II dünya müharibəsindən sonra formalaşan bütün mexanizmlər və siyasi ritorika tamamilə dəyişəcək.