İran ABD gerginliğinde diplomasi

UKRAYNA’NIN ASKERİ TEKNİK KOMPLEKSİ RUSYA’YI DENGELEYEBİLİR Mİ

ОРГАНИЗАЦИЯ УПРАВЛЕНИЯ ГОРСКИМИ НАРОДАМИ СЕВЕРНОГО КАВКАЗА В XIX — НАЧАЛЕ XX ВВ.: ОСНОВНЫЕ ЭТАПЫ, ОСОБЕННОСТИ И ПРОБЛЕМЫ

İran tehditleri hakkında ciddi istihbarat bilgilerimiz var

SAĞLAM NƏSİLİN BÖYÜMƏSİNDƏ LAYLA VƏ OXŞAMALARIN ROLU

Gündem 20 Şubat 2019
278

Son illərin elmi axtarışları ana bətnindəki hüceyrənin ətraf aləmdə baş verən isti, soyuğu, bioloji və kimyəvi dəyişməni, hətta məhəbbəti, sevgini, nifrəti və qəzəbi də hiss etdiyi qənaətindədir. Qatı ciayətkarlar üzərində uzun illər müşahidələr aparmış psixoloqlar da bu qənaətdədir ki, onların əksəriyyəti ana bətnində olarkən qəddarlıqlarla üzləşmiş, valideyinləri onları doğulmamış məhv etmək belə istəmişlər.

Ana bətnində psixoloji zədələr almış insanlar doğulandan sonra nə qədər gözəl tərbiyə alsalar da, firavan yaşasalar da onlar gözlənilmədən elə qəddarlıqlar edirlər ki, ətrafdakılar bunu səbəbini heç cür izah edə bilmirlər. Son illər Avropa və ABŞ alimləri ana bətdnində təziyqlərə məruz qalmış, abort edilməyə çalışılmış insanların törətdiyi cinayətlər haqqında çoxsaylı məqalələr, kitablar yazmış, sənədli və bədii filmlər çəkmişlər.

Təəssüflər olsun ki, vətənimizdə hələ də bu məsələyə o qədər də önəm verilimir. Bu sahə üzrə mütəxəssislərin azlığından marifləndirmə işi də gərəyincə aparılmır.

Keçmişlərdə isə heç bir təbliğat, maariflədirmə işi aparılmadan bu məsələ yüksək səviyyədə həll edilmişdi. Səbəbi isə savadsız saydığımız anaların ənənəyə sadiqliyi idi. Min illər boyu ağbirçəklər gənc analara hamiləlik dövründə daha həssas olmağı, doğulacaq körpəni hələ hüceyrə ikən sevib əzizləməyi məsləhət görürdülər. Onlar üçün sakit və rahat bir ortam yaradır, hətta ürəkləri istədiyi meyvələri, yeməkləri çətin də olsa tapıb onlara yedirdirdilər.

Beləcə layla və oxşamaların, həzin və sakitləşdirici musiqinın təsiri altında ana bətnində formalaşan döl uşağa çevrilərək həyata gəldikdə həyatsevər, valideyinlərinə, ətrafdakılara qarşı sevgiylə böyüyərdi.

Alman alimləri apardığı müşahidələrdən bu qənaətə gəlmişlər ki, yeni doğulmuş körpə anasının danışdığı dilin səs tonuna uyğun ağlayır. Buradan belə qənaətə gəlmək olur ki, gələcək nəslin formalaşmasında ananın danışdığı dilin də, yaşadığı mühitin də yediyi qidanın da, dinlədiyi musiqinin də təsiri var.

Hələ ana bətnindəykən uşağı milli duyğularla tərbiyə etməliyik. Ona indi klassikanı – Şopeni, Baxı yox, öz milli musiqilərimizi dinlətməliyik. Körpə ana bətnində qəbul edib “dinlədiyi” musiqinin təsirilə böyüdükcə millətinə, xalqına vurğun olar, ona daha çox sarılar. Uşağı milli musiqisi olan sazla tanış etməli, ona dinlətməliyik. Çünki “Sarıtel”i, “Dübeyti”ni dinlədikcə körpə soykökünə bələd olar. “Ruhani”ni dinləyən körpələr dədə-babalarının nə üstə kökləndiyini duyar, özü də haqsızlığa, ədalətsizliyə qarşı beləcə üsyankar olar, zülmü götürməz, zalımın tərəfində durmaz. Beləliklə, hələ ana bətnindəykən uşağın tərbiyəsini düşünmək lazımdır. Mirzə Cəlillər, Haqverdiyevlər, Üzeyir Hacıbəyovlar məhz bu “dalğada kökləndiklərinə görə” Azərbaycan, millət, vətən eşqi ilə yanıb-yaxılıblar. Məhz buna görə onları heç bir qüvvə öz yolundan döndərə bilməyib, bütün çətinliklərə sinə gəriblər.

Körpə ikən, hələ düyanı anlamadığımız düşünüldüyü bir zamanda, bərkinə-boşuna düşmədən, ətrafımızda baş verənləri anlmadan, sadəcə yemək-içmək üçün ağladığımız çağlarımızda analarımızın məlahətli səsi ilə qulaqlarımıza dolub, ruhumuzu oxşayan, damla-damla, zərrə-zərrə beynimizə həkk olunan, bizə körpə vaxtlarımızdan ana, vətən sevgisini aşılayan layla və oxçamalar hər birimizin inkişafında, tərbiyəsində böyük rol oynayıb. Biz fərqinə varmadan körpə beyinlərimizdə həkk olunan bu xalq ədəbiyyatı nümunəsi bütün həyatımız boyu bizi müşayət edir. Dinlədiyimiz musiqinin hər zərrəsində anamızın bizə çaldığı laylaları, söylədikləri oxşamaları duymuruqmu? Çayın şırıltısında, quşun ciggiltisində, laylaların dinləndirici ahəngi duyulmurmu? Atdığımız hər addımda, oxşamalrın bizə öyrətdiyi nəsihətlər daim köməyimizdə durmayıbmı?

​Layla və oxşamalar həyatımızın hər anında bizimlə birlikdədir. Lakin folklorumuzun incisi olan layla və oxşamalar (haqqında ilk baxışda çox yazılmış, çox toplanmış, necə deyərlər, janr həmişə diqqət mərkəzində olmuşdur. Amma yazılanları diqqətlə gözdən keçirəndə görünür hələ yazılmalı, araşdırılmalı nə qədər problem qalır.) hələ tam olaraq aydınlaşdırılmamış qalmışdır. Xalq ədəbiyyatınn incisini daha ətraflı və geniş şəkildə tədqiqatçıların diqqətini çəkəcəyinə ümid edirik. Biz də əlimizdən gələn qədər təhlil etməyə çalışacağıq. Fikrimizcə, layla və oxşamalarımız bədii olmaqla yanaşı, həm də psixoloji-tərbiyəvi əhəmiyyətlidir. Aşağıda bunları örnəkləri ilə göstərməyə çalşacağq. Məsələn, aşağıdakı layla nümunəsinə nəzər salaq:

​Laylay beşiyim, laylay,

​Evim-eşiyim laylay,

​Sən get şirin yuxuya,

​Çəkim keşiyin, laylay.

​Cəmi dörd misradan ibarət olan bu layladan çox ibratamiz nəticələr çıxır. Ananın balasına olan təmənnasız sevgisini, sonsuz fədakarlığını özündə əks etdirən bu parça həzin bir musiqi kimi ruha hopur. Məhəbbətlə böyüyən uşağın ürəyi məhəbbətlə dolur; yaşadığı dünyaya məhəbbət saçır. Layla ilə yatıb, oxşama ilə oyanan körpələr yetişkn insan olub həyata atıldıqda müasir dünyamızı saran bir çox mənfi keyfiyyətlərdən uzaqda qalır.

Təəssüf ki, gənc analarımız bu folklor incisinin mahiyyətinə varmırlar, körpələrini ondan məhrum edirlər. Bunun əvəzində ya intellektual səviyyələrinin yüksək oldugunu göstərmək üçün Avropa bəstəkarlarının klassik musiqisini dinləyir, ya da hamilə ikən diskotekalarda, barlarda atılıb-düşməyə üstünlük verirlər.

​Bu isə tamamilə yanlış bir davranışdır, çünki yuxarıda da qeyd etdiyimiz kimi, layla və oxşamalar özündə vətənpərvərlik, dürüstlük, fədakalıq, millilik və s. keyfiyyətləri yaşadır.

​Biz klassik musiqiyə qarşı deyilk. Əlbəttə, klassik musiqini də dinləmək lazımdır, ancaq klassik musiqi 5-6 yaşdan sonra dinləndirilərsə daha müvafiq olar. O yaş həddinədək isə xalq ədəbiyyatı incilərini körpə beyinlərə həkk etməliyik. Bu, bizim azərbaycançılıq borcumuzdur!

​Qeyd etdik ki, layla və oxşamalar körpələrə məhəbbəti aşılayır. Eyni zamanda, körpənin özünə inamlı olmasını da öyrədir. Məsələn, aşağıdakı misalda bunu aydın şəkildə görə bilərik:

​Çaydır, dənizdir,

​Quldur, kənizidr,

​Balam hər nədir,

​Mənə əzizidir!

Bu misralarda valideynin evladına duyduğu təmənnasız sevgini görə bilərik. “Balam hər nədir, mənə əzizdir!” – göründüyü kimi, evladı şah da olsa, kəniz də olsa, valideyni tərəfdən seviləcək. Valideynin sevgisini, qayğısını hiss edən körpənin tərbiyəsi də düzgün olacaq. Gördüyü hər işdə, atdığı hər addımda özündən əmin və sağlam qərarlar verəcək. Yaxud başqa bir örnək göstərək:

​Tüstüsuz damlar,

​Sarı badamlar,

​Tənbəl adamlar,

​Bu balama qurban!

​Tənbəlliyin mənfi keyfiyyət kimi pisləndiyi, ikinci bir folklor nümunəsi tapmaq çatindir! Şairanə şəkildə, poetizmlə ifadə olunan bu fikir başqa bir xalqın təfəkküründən çətin ki, süzülüb çıxsın. Folklor ədəbiyyatı aid olduğu xalqın həyat və məişətinin, düşüncə tərzinin əksdir. Məhz belə halda, Azərbaycan folkloruna məxsus bu cür oxşamaların çıxması təəccüb doğurmamalıdır.

​Təhlili , hələlik, burda kifayətləndiririk. Lakin, qeyd etməliyik ki, biz folklor incilərinin cüzi bir hissəsini təhlil etdik. Layla və oxşamalarla zəngin olan xalq ədəbiyyatımızda təhlil olunmamış çox örnəkər qalmışdır.

​Azərbaycan folkloru qədimdir. Bu qədimlik onu daha zəngin etmişdir. Laylalar, oxşamalar, nağıllar – bütün bunlar hər bir Azərbaycan fərdinin tərbiyəsində əvəzolunmaz nemətdir!

Aynur Qəzənfər qızı

Yorumlar