KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Sərkisyan öz xoşu ilə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayacaq

Sərkisyan öz xoşu ilə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayacaq

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
376 0

Ermənistan prezidenti Serj Sərkisyan öz xoşu ilə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayacaq, aprel döyüşləri və itkilər onu hələ ağıllandırmayıb. Əks halda, Sərkisyan Dağlıq Qarabağı su yoluna döndərməzdi. İndi də 2 sentyabrda Dağlıq Qarabağın “müstəqilliyinin 25 illliyini” qeyd etmək üçün Xankəndiyə gəlib. Sərkisyan Xankəndidəki mərasimlərdə iştirak etməklə yanaşı işğal altındakı Şuşada hansısa yataqxana kompleksinin açılışında iştirak edəcək. Bu o deməkdir ki, Şuşadan da ikiəlli yapışıblar.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu gün Berlində ATƏT xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında çıxış edib. Çıxışın mətnini oxudum, vacib tezislər səsləndirib, Məmmədyarovun bircə “Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zamanı yetişib” fikri bir az sual doğurur, çünki həmin “zaman” elə işğalın ilk günündən yetişib. Məmmədyarov Berlində çıxış edən erməni həmkarı Edvard Nalbandyanı ziddiyətli fikirlərinə görə də tənqid edib. Məncə, Məmmədyarov Berlində daha bir sual səsləndirməli idi: “Ermənistan prezidentinin Şuşada nə işi var, axı bu danışıqlara və sülhə təxribatdır, Madrid planına görə Şuşadan işğalçı qüvvələr çıxarılacaqsa, Ermənistan hakimiyyəti niyə orada inzibati binalar inşa etdirir?” Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir