KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. SƏFİRLƏRİMİZİN BİR QİSMİ NƏ İŞLƏ MƏŞĞULDUR?

SƏFİRLƏRİMİZİN BİR QİSMİ NƏ İŞLƏ MƏŞĞULDUR?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
308 0

Elmar Məmmədyarovun fikrini ana dilində izah edə bilməməsindən də böyük qüsurlar var Xarici İşlər Nazirliyində. Səfirlər tacirə çevriliblər, ölkəsinin maraqlarından çox şəxsi ciblərini düşünürlər, çalışdıqları ölkədə biznes qururlar. Abel Məhərrəmovun İspaniyadakı səfir oğlunun şərab biznesi ilə məşğul olduğuna dair xəbərlər illərdir mətbuatda yazılır, müzakirə olunur. Bəlkə atasının biabırçılığından snra onun haqqında da tədbir görələr.

Belçika səfirliyimizdə yüksək rütbəli diplomatımızı tanıyırdım, XİN-dəki atasında güvənərək Brüsseldə restoran açmışdı. Və ya Azərbaycanın Ukraynadakı səfirliyində indiki və keçmiş səfir arasındakı qalmqalın da predmeti biznesdir, səfir xələfinin restoranını əlindən almaq istəyirlər. Bu cür iş prinsipi olan səfirlərliklərimiz və səfirlərimizləmi xarici ölkələrdə milli və təhlükəsizlik maraqlarını qoruyacağıq, Ermənistanın işğalçı mahiyyətini anlatmağa çalışacağıq? Axı onlar da bir qisim səfirliyimizin və səfirimizin nə işlə məşğul olduğunu bilir. Çalışdığı ölkədə biznes quran səfir həmin ölkənin kəşfiyyatına da çalışa bilər. Çünki, həmin ölkənin kəşfiyyat xidiməti pulgil səfirləri güdür və onları şantaj etmək üçün əllərində kifayət qədər faktı var…
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir