KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Səfəvilər zamanında toplumsal doku

Səfəvilər zamanında toplumsal doku

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
310 0

Səfəvilər dövründə ölkə sakinləri dörd bölümə ayrılırdı. Qılınc əhlinə qızılbaş türklər deyilirdi. Farslar qələm əhli, həkim, katib, molla, din xadimi kimi işlərdə
çalışırdılar. Ticarət və iqtisadi həyatdan erməni və zərdüştilər sorumluydular. Dördüncü bölüm də işçi, əkinçi və bu kimi aşağı işlərdə çalışan çoxluqdan ibarət olan xalq kütləsi idi. Əslində Səlcuqludan Osmanlıya və Qacara qədər türklər hər zaman savaş nəsnəsi kimi qullanılmışlar. Farslara “qələm ərbabı” türklərə də “qılınc ərbabı” kimi nitələnmələrdə bulunmaın da səbəbi bu idi. Günümüz İranında da türk sadəcə dövlətin çıxarları yolunda savaşçı qaba güc olaraq qullanılmaqdadır. Yəni dəyişən fazla bir şey yox. Qılınc əhli olaraq nitələnən türklər qaba güc olaraq istifadə edilir, dini, iqtisadi, mədəni və siyasi həyatda öz kimlikləri əksənli heç bir etkiləri yox idi, çünkü yazıb-oxumaları yox idi. Bu üzdən də bütün qaba hərəkətlər türklər tərəfindən yapılardı. Türk kimliyinə biganə olan aristokratiya üçün türklər qaba güc qaynağı ürətən fabrikadan başqa bir rola sahib deyildilər. Səfəvi dövləti çökməyə başladığında türklər Səfəvi soyu və molla-feodal sinfi tərəfindən gərəksiz savaş əşyası kimi qullanıldıqlarının bilincinə ərməyə başladılar. Çox gec idi, lakin yenə də türk kimliyi mehvərli bir axtarış ortaya çıxmışdı. Avşar boyu, əslində Səfəvi dövlətinin qurucu üyələrindən biri idi. Səfəvilərin türkləri şiələşdirmə və kökündən qoparma politikası onların boy kimliyini unutdurmuşdu. Şah Sultan Hüseyn zamanı Səfəvilərin çöküş mərhələsidir. Səfəvilərin, şiəliyin və molla-feodal sinfinin türk boyları üzərinə aşırı kontrol imkanları zəifləməyə başlar. Bu fürsətdən istifadə edən türk boyları özlərinə dönmə imkanını əldə edərlər. Səfəvi səltənətinə qarşı çıxar və kəndi kimlikləri mərkəzli siyasi fəaliyyətə başlarlar. Türk boylarının kimlik axtarışında olması Səfəvi iqtidarının çöküşündən sonra başlar və Avşar dövlətini qurmaqla bu kimlik mehvərli oluşum öz zirvəsinə yüksələr.
Güntay Gencalp

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir