İran Devrim Muhafızları istihbarat savaşı yürütüyor

Ankara ve Washington arasında yeni gerginlik

Bakü’de Kafkasya Sempozyumu var

Rus senatör: Çavuşoğlu onayladı, Washington ise anlayamıyor

SƏRKİSYANIN İSTEFASINDAN KEÇƏN 1 İLDƏ YENİ DETAL NƏDİR?

Gündem 23 Nisan 2019
62

Bu gün Ermənistanda hakimiyyət dəyişikliyinin bir ili tamam oldu. Hazirki baş nazir Nikol Paşinyan inqilab yolu ilə Serj Sərkisyanı istefaya məcbur etdi. Ermənistan parlamentinin hazırki spikeri və Paşinyanın silahdaşı Ararat Mirzoyan sosial şəbəkədə keçən il həmin günün maraqlı detallarını açıqlayıb. Mirzoyanın yazdığına görə, Ermənistan prezidenti və sonrakı baş naziri Serj Sərkisyan həbs etdirdiyi Nikol Paşinyanın yanına danışıqlar üçün keçmiş baş nazirin müavini Karen Karapetyanı göndərib. Serj Sərkisyan təklif edib ki, Nikol Paşinyan bir az gözləsə o payızda istefa verəcək. Paşinyan bu təklifi rədd edib. Paşinyan Sərkisyanın dərhal istefasını tələb edib. Daha sonra Karapetyan yenə Paşinyanın kamerasına gəlib və Sərkisyanın 2 gün sonra istefa verə biləcəyəni təklif edib. Paşinyan yenə rədd edib. Karapetyan yenə gedib qayıtdıqdan sonra Sərkisyanın Paşinyanın “dərhal istefa verməlidir” təklifini qəbul edib. Beləliklə, Serj Sərkisyan 2018-ci ilin 23 aprel tarixində istefa verib.

Məni bu açıqlanan yeni detallarda Sərkisyanın Paşinyanla Karapetyan vasitəsilə danışıqlar aparması o qədər də maraqlandırmır. Çünki bu o qədər əhəmiyyətli deyil. Əhəmiyyətli olan Serj Sərkisyanı həbsə saxladığı Paşinyan qarşısında qısa müddətdə əyilməsi və ona dalbadal müxtəlif zamanlarda istefa verə biləcəyini açıqlamasıdır. Sərkisyanı hansı güc istefaya məcbur edə bilərdi? Xalqın etirazı? İnanmıram. Bu o şəxsdir ki, 2008-ci ildə xalqı gülləbaran hesabına prezident kürsüsünə oturzdurmuşdu.

Fikrimcə, iki güc Sərkisyanı istefaya məcbur edə bilərdi. Bu ya Kreml, ya da ordu generalları olub. Onu fakt qarşısında qoyublar. İkicinin üzərində dayanıram. Ancaq erməni generallarının özü də Kremlə bağlıdırlar.
Elhan Şahinoğlu

Yorumlar