KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Səndən xəbərsiz…

Səndən xəbərsiz…

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
596 0

Pəncərə açıq idi. Narın-narın yağış yağırdı. Gülnarın gözləri yol çəkirdi. Düşünürdü: o gələcək. Bir neçə saat pəncərənin önündə dayanıb yağan yağışa baxırdı. Gözünün önündən yaşadığı xatirələr keçir, ötənləri xatırlayırdı.

Pəncərənin pərdəsi yellənir, bir quş həsrətlə boynunu büküb pəncərənin küncündən içəri boylanırdı. O, quşu görüb düşünürdü ki, nə isə xəbər gətirib. Bir qədər fikirini quşa yönəltdi. Onunla öz-özünə söhbət edib danışmağa başladı. Nağıllarda quşun ayağına kağız parcası bağlayıb butasına xəbər göndərən aşiqlər kimi. Gülnar da quşa xatirələrini danışıb butasına çatdırmağını istəyirdi. Bir qədərdən sonra o, yatağa keçdi.Həzin-həzin meh əsirdi.Pəncərədən əsən meh onu daha dərindən düşündürüb, kövrəltmişdi. Hava qaralmışdı.

Pəncərənin küncündə duran quş dimdiyilə pəncərəni taqqıldadır, onun yuxusunu ərşə çəkirdi. Yağış şiddətli yağmağa başlamışdı. Bu quş sanki Gülnarı bir ömür boyu izləyib onun tənhalığını hiss edib pəncərənin önünə qonur, onunla söhbət edir, xatirələrini təzələyirdi. Nədənsə Gülnar quşu pəncərənin önündə görməyəndə çox kədərlənirdi. Onun gecələr quşla şirin-şirin söhbəti, hər gecəni ötənlərə qaytarmağı xatirələrin təzələnməyinə səbəb olurdu.

Astaca Gülnar yatağından duraraq pəncərənin önünə keçdi. Pəncərəni bağlamaq istəyirdi ki, qapı döyüldü.

O anda qapının səsi quşu uçurtdu.

Asta-asta qapıya doğru yaxınlaşdı. Gecə yarı idi, Gülnar qapını açdı, onu evə dəvət etdi. Onlar ötənlərə qayıdıb xatirələrdən danışdılar. Nədənsə, Gülnar danışdıqca fikirə dalıb, damla-damla göz yaşı kipriyinin üstündə durmuşdur.

O biranlığa başını qaldırıb Gülnarın kipriyindəki yaşı görəndə əlləri ilə yaşı silib saçını sığalladı:
– Səni bir ömür boyu izləyən, o quş mənim ruhumdur, pəncərənin küncündən gecələr səninlə ötənləri xatırlayıb, xatirələrdən danışıb məzarıma qayıdıram. Hiss edərəm üzündəki kədəri, ayrılığın acılarını, yaşadığını. Necə ki, səninlə tanışlığımız payız fəslinə təsadüf etmişdir, bu gündə yenidən, o günə təsadüf etdi, Bax səninlə qovuşmağım, küçələrin payız xəzanına, sarı yarpaqlarına bürünməsi gözünün yaşının əksidir. Dəyişən saçlarındır, dümağ ağararıbdır, nədən Gülnar?

– Elçin illərdir gizlətdiyim sirri sənə deyə bilmirdim, indi ruhuna sarılaraq səni sevdiyimi, səni axtarıram səndən xəbərsiz, Elçin…

Cismim torpağa qovuşsada, ruhum səninlədir, səni axtarıram, səndən xəbərsiz, Gülnar

Müəllif: Azər Allahverdiyev

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir