İran’ı Pasifleştirme Projesi: ABD Yaptırımları

Esra Özsüer’in “Türkokratia – Avrupa’da Türk İmajı” adlı kitabı üzerine

İndiki vəziyyətdə Ermənistan münaqişənin həlli istiqamətində heç bir adım atmayacaq

Վանա լճի Աղթամար կղզին արդեն խմելու ջուր ունի

Səfirin qətlinə Rusya-İsrail-Türkiyə ittifaqından narahat olanların hərəkəti kimi baxmaq olar”

Gündem 21 Aralık 2016
917

“Rusiya səfirini qətlə yetirən şəxsin polis olması və hadisədən sonra öldürülməsi bir çox sualları cavabsız qoydu. Bu hadisənin alt qatında olan səbəbləri yaxşı araşdırmaq lazımdır”. Bunu SİA-ya açıqlamasında Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay deyib. Onun sözlərinə görə, dünyada baş verən hadisələrin inkişafına nəzər salanda, bu hadisə Rusiya Türkiyə əlaqələrini pozmağa istiqamətlənmiş bir hərəkət kimi görünür: “Lakin görünən budur ki, baş verən hadisə Türkiyə- Rusiya əlaqələrini daha da gücləndirəcək. 24 noyabrda baş vermiş təyyarə insidentindən sonra müharibə astanasında olan Türkiyə və Rusiyanın münasibətləri yenidən bərpa olunmağa başlayanda səfiri qətlə yetirməklə bu əlaqələri pozmaq istədilər. Amma buna nail ola bilmədilər. Səfirin öldürülməsinə bu baxımdan Rusya-İsrail-Türkiyə ittifaqından narahat olanların hərəkəti kimi baxmaq olar”.

Politoloqun sözlərinə görə, yeni partlayışlar törədilə, terror aktları ola bilər, hədəf isə Türkiyə və Rusiya, Putin və Ərdoğandır: “Türkiyəni terrorla çökdürmək istəyirlər. Lakin Türkiyə dirəniş göstərəcək və terrorun öhdəsindən gələcək. 15 iyulda Türkiyəni hədəf seçənlər məqsədlərinə nail ola bilməyəcəklər, çünki Türkiyə vahid şəkildə terrora qarşı birləşir. 15 iyul hadisələri zamanı Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalının dəstəyi Türkiyəni uçurumun bir addımlığından geri qaytardı”. Pervane Sultanova sia.az

Yorumlar