KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Səfərbərlik barədə iki məqamı qeyd etmək və bir sualı soruşmaq istəyirəm:

Səfərbərlik barədə iki məqamı qeyd etmək və bir sualı soruşmaq istəyirəm:

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
285 0

Səfərbərlik haqqinda qanununun 3.2 maddəsinə görə ” səfərbərlik elanını müvafiq icra orqanı (Konstitusiyaya görə prezident) tərəfindən verilir və dərhal kütləvi informasiya vasitələri, bu da mümkün olmadıqda başqa üsullarla elan edilir.”

Burda “mümkün olmadıqda başqa üsullarla elan edilir” cümləsi kritikdir və geniş yorumlanmasi mümkündür.(muəyyən hüquq savadım var, amma işini bilən hüquqçularin mövqeyi maraqlı olardı.)
Məsələn, mövcud şərtlərdə qismi səfərbərliyi elan edən icra qurumu milli təhlükəsizlik səbəbiylə bunu ictimaiyətə rəsmi açıqlamaya bilər. Elan etmək üçün rəsmi yazışmalar edə və konkret səfərbər ediləcək olan insanlara özəl rəsmi bildiriş verə bilər.
O baxımdan bir sual doğur:
Prezidentin səfərbərlik əmri vermədiyini demək nə qədər doğrudur?
Bəlkə yuxarıdakı səbəblərlə ictimaiyyətə elan edilməyən qismi səfərbərlik əmri verib. Sanki belə bir məqsəd və proses aparılmağa çalışılıb. Ancaq müəyyən mili təhlükəsizlik və geosiyasi qayğıları nəzərə alınaraq belə bir qərar verilibsə belə, icra edən orqanlar artıq bunu dünyada hər kəsin bilməsini təmin edəcək qədər bacarıqsızliq göstərib və hətda sabotaj da ediblər.

İkinci, səfərbərlik prosesi özü “fövqəladə bir vəziyyətə yəni normal olmayana hazırlanmaq” deməkdir. Bu səbəblə səfərbərlik qanununda normal şərtlərdə olmayan tələb və bunları tənzimləyən qaydaların (məsələn pick up yığılması) normaldır. Başda demokratik ölkələr olmaq üzrə bütün dünyada səfərbərlik qanunlarında dövlətlərə bir birinə çox bənzəyən bu cür səlahiyyətlərlər verilir. Bizim səfərbərlik qanunu da əsasən post sovet ölkələrindəkinə bənzəyir və həm Qarabağ savaşı səbəbiylə, həm də siyasi sistemimizin anti-demokratik mahiyyəti kimi səbəblərlə bizdəki qanun daha sərt ola bilər.
Ancaq dövlət və onun məmurları bu səfərbərlik qərarını qanına və hüquqa maksimum uyğun olaraq yerinə yetirməyə borcludurlar. Üstelik savaşa hazırlanmaq üçün dəvət etdiyiniz vətəndaşa kobud davranmaq, ailəsini narahat etmək sadəcə hüquqi deyil, həmdə sosyo psixoloji baxımdan ciddi yanlışdır. Qarabağ üçün malını və canını verməyə hazır olan vətəndaşın əmlakını mətbuatda qeyd edilən nümunələrdə olduğu kimi kobud formada əlindən alanda vəya evinə sabah saatlarında polislə girəndə o insanın və ailənin Qarabağ barədəki həsasiyyetinə ciddi zərər verirsiniz.Ustelik dövlətin aldığı bir qanunu tədbiri faktiki sabotaj edirsiniz!!!
Bu cür mühüm bir işdə yumuşaq desək bacarıqsızliq göstərən qurum və məmurlar ciddi cəzalandırılmalıdır.
Dr Nazim Cafersoy

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir