KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Rusya İran Ermeniler

Rusya İran Ermeniler

Hasan Oktay Hasan Oktay - - 4 dk okuma süresi
372 0

Bu günlərdə istər Rusiyada, istərsə də İranda erməni separatçılarının fəaliyyəti genişlənmişdir. Moskva Dövlət Universitetində keçirilən elmi konfransda erməni separatçılarına yaxşı imkan yaradılıb və onlar da Azərbaycan əleyhinə məruzələrlə çıxışlar ediblər. İran İslam Respublikası isə bu cəhətdən daha “iri” addımlar atıbdır. Yayılan informasiyalarda deyilir ki, “İranın paytaxtı Tehran şəhərində 48-ci Erməni Olimpiadası keçirilir. Oyunlarda Dağlıq Qarabağda yaradılmış terrorçu rejimin yığması da iştirak edir”. Milli.az Fararu-ya istinadən bildirir ki, “Olimpiya idman oyun növlərinin də daxil olduğu Ümumerməni oyunları sentyabrın 20-dək davam edəcək. Tehrandakı “Ararat” stadionunda Ümumerməni Oyunlarının təntənəli açılışında İran prezidentinin köməkçisi, höccətülislam Əli Yunis və İranın Milli Olimpiya Komitəsinin sədri Kiyamərs Haşimi, Tehranın erməni yeparxiyasının nümayəndəsi arxiyepiskop Sebuh Sarkisyan, Tehranın qubernatoru Seyid Hüseyn Haşimi, İranın gənclər və idman nazirinin müavini Əbdülhəmid Əhmədi, habelə İranın Ermənistandakı səfiri Kazım Səccadi və Ermənistanın tanınmış atletləri iştirak ediblər. 10 günlük oyunlar çərçivəsində İran, Ermənistan və Gürcüstandan olan 800 erməni atlet 9 idman növü üzrə yarışacaq. Rəsmi məlumatlarda qeyd edilməsə də, olimpiadada Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin yaratdığı “respublika” da təmsil olunub. Erməni idmançıların geyimlərinin üzərində “Artsax” yazısı və separatçı rejimin bayrağı həkk olunub. Qeyd edilib ki, olimpiadanın keçirilməsində məqsəd Ermənistan idmanında yeni istedadları üzə çıxarmaq və gənclərin idmana marağını artırmaqdır.
48-ci Ümumerməni Oyunlarının məşəli Maku şəhərinin yaxınlığındakı “Surb Tade” kilsəsindəki şamlardan yandırılıb. Həmin gün Tehranda erməni dilində çıxan “Alik” qəzetinin 85-ci ildönümünə təsadüf etdiyinə görə oyunlara “Alik” adını verib. İranın Tehran, İsfəhan, Şahinşəhr, Rəşt, Urmiyə şəhərləri ilə yanaşı, Gürcüstan və Ermənistandan da erməni idmançıların qatıldıqları bu oyunlarda Dağlıq Qarabağdakı separatçı rejimin də bayrağı qaldırılıb. Qarabağlı ermənilər oyunlarda “əlahiddə” komanda kimi təmsil olunublar. İranın Gənclər və İdman Nazirliyinin rəsmi açıqlamasına görə, “Dağlıq Qarabağ erməniləri İrana Ermənistan vətəndaşlıq pasportu ilə daxil olublar və onlar Ermənistan idmançıları sayılırlar”. Belədirsə, Tehranda qarabağlı ermənilərin istər “Ermənistan vətəndaşları” qismində, istərsə də “əlahiddə komanda” təki “mübarizə” aparmaları aşkar, özü də çirkin siyasi təxribat, Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığı prinsiplərinə qarşı yönəlmiş addımla bahəm, beynəlxalq hüquq prinsipləri və normalarının, Beynəlxalq Olimpiya Hərəkatı prinsiplərinin ayaqlar altına atılması sayıla bilər və sayılır da”.
Bütöv Azərbaycan Ocaqları olaraq hesab edirik ki, Azərbaycanın rəsmi orqanları bu məsələni dərindən araşdırmalı və rəsmi münasibət bildirməlidir. Xüsusilə, İran İslam Respublikasının yol verdiyi bu hərəkət onun Azərbaycana qarşı tutduğu anti-Azərbaycan siyasətini ortaya qoyur. İran İslam Respublikası bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edir, digər tərəfdən separatçı bir rejimin Azərbaycan ərazisində yaratdığı “respublika”nın bayrağının öz ölkəsində qalxmasına şərait yaradır. Bu həm də islami baxımdan yolveriməzdir. Bu mənada İran hökumətinə ciddi etiraz notası göndərilmədir!
Dilaver Azimli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir