2023-cü il oktyabr ayının 7-sindən etibarən Həmasın İsrailə hücumundan sonra Yaxın Şərqdəki geosiyasi vəziyyət gərgin olaq qalır. Qəzza zolağının şimalında antirerror əməliyyatlarına başlayan İsrail dövləti Həmasa ağır zərbələr vurdu. İsrailin problemi isə mülki şəxslərin hara yerləşdirilməsi ilə əlaqədar idi. Misir dövləti Refah qapısını açmadı. Mülki əhali Qəzza zolağının cənubuna doğru getdi. Humanıtar böhran bu prosesdən sonra daha da gərginləşdi. Təxminən iki ay öncə verdiyim müsahibədə İsrailin Refaha hücumunu proqnoz etdim. Bundan başqa Suriyada İran milislərinə qarşı əməliyyatların olacağını qeyd etmişdim. Bu gün bu prosesləri görürük. Refahla bağlı İsrail humanitar böhran yaşamamaq üçün bir plan tərtib etməlidir. Yaxın Şərqin proyeksiyasi Anqlo-Saks ittifaqının nəzarətindədir. Düzdür, Suriyada Rusiya və İranın da maraqlarının qorunduğu bölgələr vardır. İsrail İranın proksi qüvvələrinə qarşı mübarizəni davam etdirəcək. Bu qüvvələr İsrailə xeyli dərəcədə ziyan vurur. Türkiyə Həmasla əlaqədar siyasətində ehtiyatla davrandı. Düşünürəm ki, Ərdoğan hökuməti İsraillə münasibətləri korlamaq niyyətində deyil. Bu həm də onun Suriya siyasətinə zidd olacaqdır.
İsrail İran hərbiçilərinə qarşı əməliyyatları davam etdirəcək. Yaxın Şərqdə həm də qızğın kəşfiyyat müharibəsi gedir. İsrailin hədəfi Həmasdan sonra Hizbullah olacaq mı? Hizbullah daha güclü hərbi cəhətdən təşkilatlanmışdır. Bundan başqa ordusunda əsgər sayısı da çoxdur. Hal-hazırda Hizbullahla müharibə aparmaq İsrailə lazım deyil. Bu ikinci cəbhənin açılması deməkdir. Ancaq Hizbullahın varlığı İsrailə təhlükə yaradır. Proseslər olduqca gərgin bir vəziyyət alır. İran müharibənin öz sərhədindən uzaq olmasını istəyir. Bunu proksi qüvvələri ilə həyata keçirir. İsrailə ABŞ yardım etsə də bəzən ona problemlər də yaradır. Yaxın Şərqdə yenidən münaqişə ocaqları meydana gələcək.
Rüstəm Tağızadə