KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Rusiyanın xarici və informasiya siyasətinə təsir edən erməni faktorları

Rusiyanın xarici və informasiya siyasətinə təsir edən erməni faktorları

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
279 0

Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayan gündən Rusiya mediasında Azərbaycan əleyhinə səslənən fikirlərin çoxunuz şahidi olmusunuz. Ölkənin Federal kanallarında yayımlanan siyasi tokşoularda ermənipərəst rus ekspertlərin və ya milliyyətcə erməni ekspertlərin Azərbaycan əleyhinə açıq-aşkar təbliğat aparması artıq ənənə halını alıb. Rusiyadakı erməni iş adamları tərəfindən maliyyələşən həmin tok-şoularda təbliğ olunan fikirlərin rəsmi Moskvanın mövqeyi ilə nə qədər üst-üstə düşdüyünü bilmək olduqca vacibdir. Rusiyanın xarici və informasiya siyasətinə təsir edən erməni faktorları ictimai Televiziyanın Rusiyadakı xüsusi müxbiri Fərid Əkbərovun araşdırmasında

Solovyov, Şeyin, Popov və Skabeyeva. Bu soyadaları Azərbaycan izləyicisi çox yaxşı tanıyır. Vətən müharibəsi başlayan gündən Rusiyanın federal kanallarında gün ərzində Azərbaycan əleyhinə aparılan təbliğatın əsas aparıcı qüvvəsi məhz bu jurnalistlər hesab olunur. Tok-şoulara dəvət etdikləri ekspertlər bir tərəfə qalsın, soyadlarını sadaladığım şəxslər adi jurnalistika qaydası hesab olunan “bitərəf”liyə belə məhəl qoymadan açıq-aşkar erməni mövqeyini müdafiə edirlər. Rusiyanın dövlət telekanallarının efirindən, məhz onların aparıcılıq etdikləri tok-şoularda Azərbaycan dövləti və xalqına böhtan atılır. 10 milyonlarla auditoriyası olan bu tok-şoularda səslənən fikirlər həqiqətənmi Moskvanın rəsmi mövqeyini və ya Rusiya cəmiyyətinin Azərbaycana olan münasibətini əks etdirir?
Tarix elmləri doktoru, tanınmış rusiyalı politoloq Aleksandr Sıtin Rusiyadakı erməni lobbisinin ölkənin xarici və informasiya siyasətinə təsir qüvvəsinin böyük olduğunu söyləyir: “Ermənilər kasıb ölkə olsa da, diasporu çox varlıdır. Heç kəsə sirrdeyil ki, erməni lobbisinin Rusiyada böyük nüfuzu var. O ki, qaldı siyasi tokşoulara, xatırladım ki, bu tokşoular Rusiya auditoriyasına hesablanıb ki, onlara rusiyalı izləyici baxsın. Təkcə Azərbaycan-Ermənistan münaqişəsi Rusiya ictimaiyyətini maraqlındırmayacaq, publikanı Rusiya üçün təhdidlər maraqlandırır. Başa düşüləndir ki, Dağlıq Qarabağ münaqişəsi miqyasına görə Rusiyanı təhdid etmir və Rusiya ictimiayyətini maraqlandırmır. Ona görə də, tokşoularda bu vəziyyət genişləndirilir, Türkiyə, ABŞ və Qərb təhlükəsi ortalığa atılır. Tokşouların məntiqi bundan ibarətdir”.

Bu gün Rusiya mediasında erməni Aram Qabrelyanov və Marqarita Simonyan kimi odioz fiqurların nüfuz sahibi olması artıq Rusiya cəmiyyətində də ikrah hissi doğurmağa başlayıb. Ölkənin kifayət qədər böyük media orqanlarından hesab olunan Nyuz Media Qrupa rəhbərlik edən erməni Aram Qabrelyanovun facebook sosial şəbəkəsindəki səhifəsində terrora çağırış etməsi bunun əyani sübutudur. Artıq rusiyalı ekspertlər Moskvanın açıq dəstəyindən məhrum olan ermənilərin Rusiya ərazisində terror törədəcəklərini belə istisna etmirlər.

Aleksandr Sıtin hesab edir ki, Rusiyada Ermənistan və Azərbaycana olan simpatiyanın səviyyəsi fərqlidir: “Artıq Rusiya cəmiyyətində bir çoxları mövcud erməni təsirindən narazıdır. Deyim ki, koronavirusla bağlı sərhədlər bağlı olduğuna görə, çoxları bu yayı Soçidə keçirib. Orada yaşayan ermənilərin təsir qüvvəsini şərh etməyə ehtiyac görmürəm. Anlaşılandır ki, bütün bunlar rusiyalı insanları qıcıqlandırır”.

Rusiya Siyasi Tədqiqatlar İnstitunun baş direktoru politoloq Sergey Markov fikrincə,
Rusiya mediasında ermənipərəst mövqenin sərgilənməsi o demək deyil ki, Rusiya bu münaqişədə erməni mövqeyini dəstəkləyir: “Bir müddət öncə İctimai Rəyi Öyrənin Fondun keçirdiyi sorğunun nəticələrinə görə, Rusiya ictimiayyətinin dörddə üçü, yəni 70 faizə yaxını Moskvanın Azərbaycan Ermənistan müharibəsində neytral mövqe tutmalı olduğunu vacib hesab edir. Rusiya mediasının ermənipərəst mövqeyinə gəldikdə isə, bu erməni diasporunun ölkənin media sferasına yuxarıdan təsirinin nəticəsidir. Erməni lobiisinin vəhşi və böyük təsiri altında olan Konstantin Zatulin kimi siyasətçiləri, media orqanlarını bu ölkədə çoxları tanıyır”.

Bu günlərdə internetdə Rusiyanın siyasi ekspert cəmiyyətində kifayət qədər tanınan professor Andranik Miqranyanın çıxışının əks olunduğu videoya baxıb Rusiyadakı erməni lobbiçilərin siyahısını tutmaq mümkündür. Miqranyanın erməni xaqlının rus cənagəvərləri adlandırdığı Konstantin Zatulin, Vitali Tretyakov, Vladimir Pozner və Vladimir Solovyovun olduğu siyahıya indi Sergey Mixiyevi, Maksim Yusini, Artyom Şeyini və digərlərini əlavə etməyin vaxtıdır. Həmin şəxslər erməni xalqının rus döyüşçüləri olsa da, sözsüz ki, Rusiya xalqının dövlət mənfəətini heçə sayan “peşka”larıdır.
P.S. Rusiya prezidenti ötən həftə Valday beynəlxalq diskusiya klubunda çıxışı zamanı “Azərbaycanın ərazilərinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz. Rusiya hər zaman təkcə Ermənistanla deyil, Azərbaycanla da xüsusi əlaqələrə malik olub”, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müstəqil siyasət aparır, onun kimi tərəfdaşla işləmək nəinki xoşdur, həm də etibarlıdır” bəyanatlarını səsləndirməsi ölkədəki ermənipərəst rus ekspertlər üçün “soyuq duş” effekti yaratsa da, həm dövlət mediası, həm də özəl media yenə öz ampluasında qalmaqda davam edir. Sual olunur, həqiqətənmi Rusiya mediası, fərqi yoxdur, dövlət və ya özəl media, bu qədər müstəqil hərəkət edir və ya erməni iş adamlarının maliyyəsi qarşısında acizdir.

Fərid Əkbərov. İctimai televizyanın Rusiya təmsilçisi Moskva.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir