Ermənistanın helikopterlə bağlı manipulyasiyasını genişləndirməyə imkan vermədən səhvimizi etiraf etmək, Rusiyadan üzr istəmək və kompensasiya açıqlamasını vermək qərarı doğru idi. Məsələni uzatsaydıq Rusiyada ermənipərəst qüvvələr bundan istifadə edərək Kreml sahibinə Azərbaycanı cəzalandırmaqla bağlı təzyiqə başlayacaqdılar. Buna imkan vermədik. Sadəcə, Rusiya helikopterinin gecə vaxtı və müharibə zonasına çox da uzaq olmayan sahədə uçuş həyata keçirməsi ciddi suallar doğurur.
Ermənilər Rusiyanı Dağlıq Qarabağa müdaxiləsini təmin etmək üçün hər vasitəyə əl atırlar, istisna etmirəm ki, Rusiyanın Ermənistandakı hərbi bazasında pulla ələ alınan rus hərbçiləri var və helikopterin gecə vaxtı sərhəddə yaxın uçuşuna onlar əmr veriblər. Əks halda Moskva Ermənistandakı hərbi bazasının komandanlığına ciddi tapşırmalı idi ki, hazırki həssas məqamda təyyarələri və helikopterləri gecə saatlarında Azərbaycan sərhədinə yaxınlaşmasınlar. Ermənilər Dağlıq Qarabağı itirdiklərini anlayırlar, ona görə də İrəvanda müxtəlif təxribat planları üzərində işləyirlər. Diqqətli olmalıyıq!
Elhan Şahinoğlu
Rusiyanın vurulan helikoterinə görə üzr istədik
134 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.