Mücadele Birlikçi Altan Tan HDP’yi tasfiye edebilir mi?

Klasik sağ zihniyete karşı Erol Güngör çizgisi

Nagorno-Karabakh: BBC visits Azerbaijan’s side of frontline

Dolar operasyonunu ABD merkezli Morgan Stanley yürütüyor Londra çanak tutuyor!

Rusiyanın iki başlı Qarabağ siyasəti

Azerbaycan, Rusya 6 Mart 2017
449

Moskvanın iki başlı Qarabağ siyasəti Cənubi Qafqazda təhlükəsizliyə ciddi maneədir. Və, regionda millətlər arası münaqişənin qızışdırlmasına, etnik separatizmin alovlandırılması ilə, öz təsir rıçaqlarını saxlamağa hesablanmış siyasətinin tərkib hissəsidir. Moskvanın regionda hərbi forpostu olan Ermənistan, Rusiyanın imperiya ambisiyalarının həyata keçirməkdə həmçinin bir vasitədir. Ermənistan 25-ildən artıqdır ki, Azərbaycana qarşı işğalçı siyasətini davam etdirir. Rəsmi Kreml bu illər ərzində münaqişədə özünü moderator aparsada, məhz onun təhriki ilə işğal uzun illərdi öz həllini tapmır.
Bir müddət bundan əvvəl Moskvada Ermənistan XiN rəhbəri E. Nalbandyanı qəbul edən Rusiya XİN rəhbəri S. Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını ikili müzakirə etdi. Bunun ardınca, Azərbaycan həmkarını Moskvaya dəvət etdi. Qeyd edim ki, bu görüşlər təmas xəttində atəşkəsin intensiv şəkildə pozulduğu fonunda baş verməkdədir. Rəsmi Kreml çalışır ki, Moskvada üç tərəfli görüşlər təşkil edərək, tərəflərə yeni həll variantı irəli sürsün. İlk əvvəl erməni həmkarı ilə danışıqlar aparan Lavrov ilk təklifləri erməni tərəfinə irəli sürüb. Təbii ki, bu təkliflər Ermənistanın maraqlarına uyğun olduğu üçün qəbul edilib ki, Yerevan səssizliyini qorumaqdadır. Bu görüşlərdən əvvəl, Elmar Məmmədyarov Moskva görüşlərindən hər hansı optimist nəticə gözləmədiyini də vurğulamışdı. Sadəcə, Moskvadan gələn təklifi geri çevirməyərək, yenidən görüşə getdi. Çünki, Rusiyanın təklif etdiyi yeni həll variantı şübhəsiz “Paket həlli” özündə ehtiva edir. Və, Ermənistanın maraqlarına cavab verir.

Qeyd etmək lazımdır ki, Rusiya hazırkı situasiyada Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Ermənistanda yaxınlaşan parlament seçkiləri ərəfəsində Ermənistanın hər hansı kompromisə Rusiyanın məcbur etməsi gözlənilmir. Çünki, bu kompromisslər, Ermənistanda siyasi böhrana yol açar və Sarkisyan rejiminin iflası ilə nəticələnə biləcək, proseslərə aparar.

E. Məhəmmədyarova Lavrov öz təkliflərini irəli sürsədə, bunun qəbul ediməsi gözlənilmir. Rusiya hazırda çalışır ki, üç tərəfli danışıqları bərpa etsin və tərəflər Moskvada danışıqlara başlasın. Rusiyanın bu təşəbbüsləri demək olar ki, uğursuzdu. Çünki, Rusiya Azərbaycan və Ermənistan prezidentlərin görüşünü bir neçə dəfə təşkil edib və heç bir nəticə hasil olmayıb. İndidə, XİN rəhbərləri səviyyəsində müzakirələr, sadəcə danışıqlar xatirinədi. Bununla rəsmi Moskva barıçdırıcı missiya görüntüsü yaratmaq niyyətindədir. Elmar Məmmədyarov Lavrov görüşü, nəticəsiz bir sürəcin tərkib hissəsidir. Belə bir uğursuz görüşlər, Azərbayacana cəbhədə uğurlu əməliyyat aparmasına şərait yaradır. Muhammed Asadullazade

Yorumlar