Kommersant” qəzetində yayınlanan məqalədə Rusiyanın 5 ədəd C-400 zenit raket sistemini qısa müddətdə Hindistana təhvil veriləcəyi yazılıb. Bundan başqa Rusiya Hindistana 33 ədəd MiG-29 və Su-30 qırıcılarının tədarükü ilə bağlı danışıqları intensivləşdirəcəyinə də qərar verib. Bu razılaşma Hindistanın müdafiə naziri Rajnath Singh-in Moskvaya səfərinin əsas nəticəsi sayıla bilər.
Hindistanın müdafiə naziri, onun birinci müavini Ajay Kumar və digər yüksək rütbəli hindli hərbçilərin Moskvaya üç günlük səfəri koronavirus pandemiyasının başlamasından sonra Hindistan rəsmi heyətinin ilk xarici səfəri olub. Bu o deməkdir ki, Hindistan adı çəkilən hərbi vasitələri Rusiyadan almağa tələsir. Bunun səbəbi bəllidir. Hindistanla Çin arasında münasibətlərdə gərginlik var, iki ölkə arasındakı sərhəddə toqquşmalar zamanı hər iki tərəf hərbçilərini itiriblər. Çinin hərbi qüdrətini özünün istehsal etdiyi hərbi texnika hesabına təmin edir. Hindistanın isə müasir hərbi texnikaya ehtiyacı var. Hindistan Rusiyadan alacağı raketləri Çinlə sərhəddə yerləşdirəcək.
Əslində Rusiya ilə Hindistan arasında hərbi texnikanın alınmasıyla bağlı saziş 2018-ci ilin oktyabr ayında imzalanmışdı. Sadəcə, Rusiya hərbi texnikanın Hindistana satışını bir müddət ləngidirdi. İndi isə əksinə, Rusiya Hindistana onun istədiyi hərbi texnikanı vaxtından əvvəl çatdıracağını vəd edib. Hindistan C-400 raket komplekslərinə görə Rusiyaya 5 milyard dollar ödəməyi boyun olub və bu məbləğin 800 milyon dolları ötən il ödənilb.
Aydındır ki, Rusiyanın Hindistana hərbi texnika satması Moskvanın strateji tərəfdaşı və Dehlinin rəqibi Pekinin xoşuna gəlməyəcək. Təsadüfi deyil ki, Çinin rəsmi mətbuat orqanlarına ilk dəfə Rusiyanı tənqid edən yazı yayınlanıb. Həmin yazıda belə bir cümləyə də yer verilib: “Hindistan Rusiya-Çin tərəfdaşlığını sınağa çəkir”. Hindistan Rusiyadan istədiyi hərbi texnikanı almağa müvəffəq olubsa, demək Pekinin işarə etdiyi sınaq Rusiya-Çin strateji tərəfdaşlığının xeyrinə olmayıb.
Bəs nədən Rusiya Hindistana müasir hərbi texnikanı sazişdə göstərildiyindən əvvəl satmağa qərar verib?
Bunun bir neçə səbəbi var.
Birincisi, Rusiya bütün yumurtaları eyni səbətə qoymaq istəmir. Əlbəttə, Çinlə strateji tərəfdaşlıq Moskva üçün vacibdir. Ancaq Kreml bu tərəfdaşlığı Çinin qonşuları olan Hindistan və ya Vyetnamla əlaqələrə qurban vermək istəmir. Bəllidir ki, Hindistanla yanaşı Vyetnam da Çinin bölgədəki hərbi fəallığından narahatdır. Moskvanın Hindistan və Vyetnamla münasibətlərində heç zaman problemlər olmayıb. Ona görə də Kreml Çinlə tərəfdaşlığa görə Hindistan və Vyetnamla münasibətləri korlamaq istəmir.
İkincisi, Hindistan son illər ABŞ-la yaxınlaşıb. Kreml Hindistan-ABŞ ittifaqını özü üçün regional təhlükə kimi qiymətləndirir. Rusiya Hindistana hərbi texnikanın satışını gecikdirsəydi, Dehli oxşar hərbi texnikanı ABŞ-dan alacaqdı. Bu baş verməsin deyə Kreml Vaşinqtonu qabaqlamağa qərar verdi.
Üçüncüsü, Rusiya iqtisadiyyatı epidemiyanın geniş yayıldığı dövrdə ağır günlər yaşayır, əlavə gəlir mənbələrinə ehtiyacı var. Bu baxımdan Hindistanın hərbi texnikaya görə ödəyəcəyi milyardlarla dollar da Rusiya üçün vacibdir.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi
Rusiyanın Hindistana hərbi texnika satışını 3 səbəb sürətləndirir
375 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.