KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Rusiyanın Ermənistana hərbi dəstəyi kimlər tərəfindən idarə olunur?

Rusiyanın Ermənistana hərbi dəstəyi kimlər tərəfindən idarə olunur?

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
310 0

Sərhəddəki döyüşlərdən sonra Rusiyanın Ermənistana 400 tondan çox silah və hərbi texnika verməsi gündəm mövzusu olaraq qalır. Eyni marşrutla avqustun 16-da bir daha Rusiya təyyarəsinin Ermənistana hərbi yük daşıdığı haqqında məlumatlar yayılıb. Ermənsitan Silahlı Qüvvələrinin iyulun 12-dən başlayaraq Azərbaycanla sərhəddə təxribatlar törədən zaman verdiyi siyasi bəyanatlarla bu münaqişədə neytrallığını göstərmək istəyən rəsmi Moskvanın əslində niyə bu cür addım atmasının pərdəarxası məqamları mövcuddur.
26 ildir ki, Dağlıq Qarabağ münaqişəsininin nizamlanmasında vasitəçi olan rəsmi Moskva qoşunların təmas xəttində və ya sərhəddə hər dəfə vəziyyət gərginləşən zaman eyni bəyanatlarla çıxış edir: “Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin gərginləşməsindən dərin narahatdır. Hər iki tərəfi təmkinli olmağa və atəşkəs rejimi ilə bağlı üzərinə götürdükləri öhdəliyə riayət etməyə çağırırıq. Rusiya Minsk qrupunun həmsədri kimi nizamlanma ilə bağlı öz vasitəçilik səylərini göstərməyə hazırdır”. Tovuz müharibəsi zamanı şimal qonşumuz neytrallığını qorumağa çalışsa da, daha sonra Ermənistana külli miqdarda hərbi silah-sursat ötürməsi əslində həmin bəyanatların söz yığınından başqa bir şey olmadığını bir daha sübut etmiş oldu.
Bütün bunlar Ermənistan baş naziri Nikol Paşinyanın antirusiya siyasəti yürütməsi və bunun nəticəsində Moskva-İrəvan münasibətlərinin pozulacağı və ya artıq pozulduğunu iddia edən siyasi analitiklərin bir məsələdə yanıldıqlarını gəstərdi. Bilindi ki, Rusiya-Ermənistan münasibətlərini rəsmi İrəvanın hansı xarici siyasət vektoruna üstünlük verməsi, yəni, Ermənistandakı hakim qüvvə deyil, Rusiyadakı erməni lobbisi idarə edir.
Rusiyalı siyasi ekspertlərin fikrincə, Moskvanın Ermənistan siyasəti o insanlar tərəfindən aparılır ki, onlar Ermənistana siyasət faktoru kimi baxmırlar. Həmin insanlar bütün ruhları və bədənləri ilə Ermənistana bağlı olan adamlardır. Söhbət Rusiyada yüksək mövqe və vəzifə tutan olduqca çox sayda milliyyətcə ermənilərdən gedir. Təbii ki, onlar ümumerməni işinə sadiqdirlər. Həmin ermənilər şərti desək, Rusiyanın Ermənistanla münasibətlərinin əsas layihələndiriciləridirlər. Başqa sözlə onlar Moskvanın Ermənistan siyasətiylə bağlı verilən qərarlara təsir gücünə malikdirlər. Ancaq Ermənistanı Moskvanın nəzarətində saxlamaq tapşırılan Rusiyadakı erməni əsilli iş adamları – Ara Abramyan, Samvel Karapetyan, Ruben Vardaryandan daha çox gözlənti var.
Bu gün Moskva və İrəvan arasında böhranın mövcudluğunu heç kim inkar etmir. Ancaq bu böhran Rusiyadakı erməni lobbisinin Moskva-İrəvan münasibətlərinə təsirini məhdudlaşdırmır. Bir sözlə, Sorosun kadrı olan Paşinyanın hakimiyyətdə olub-olmamasından asılı olmayaraq, Rusiya Minsk Qrupunda vasitəçilik missiyası şübhə altında qalsa belə, Ermənistana hərbi yardımı dayandırmaq fikrində deyil.
Digər bir maraqlı məqam isə Paşinyanın BBC telekanalına müsahibəsində Rusiyanı Ermənistanın müttəfiqi deyil, məhz, təhlükəsizlik sahəsində strateji tərəfdaşı adlandırmasıdır. Baxmayaraq ki, aparıcı Stiven Sakur sualında “alliance”-müttəfiqlik sözünü işlətmişdi. Bu, Ermənistan rəhbərinin İrəvanın Rusiya ilə müttəfiqlik münasibətlərindən çıxmasını “de-fakto” elan və Rusiyanın ermənilərə ancaq Ermənistanı Azərbaycandan qorumaq üçün lazım olduğu etiraf etməsidir.
Görünən odur ki, Rusiydakı erməni lobbisinin ümumerməni işinə sadiq qalması faktı Kremlin anti-rusiya siyasəti yürüdən Paşinyana qəzəblənib, Ermənistanla münasibətləri korlamasına imkan vermir. Bununla belə, rəsmi Moskva hələ də Paşinyanın strateji tərəfdaşlıq haqqında bəyanatına münasibət bildirməyib, necə ki, 400 tondan çox silah-sursat faktına bildirmədiyi kimi…
F Sərhəddəki döyüşlərdən sonra Rusiyanın Ermənistana 400 tondan çox silah və hərbi texnika verməsi gündəm mövzusu olaraq qalır. Eyni marşrutla avqustun 16-da bir daha Rusiya təyyarəsinin Ermənistana hərbi yük daşıdığı haqqında məlumatlar yayılıb. Ermənsitan Silahlı Qüvvələrinin iyulun 12-dən başlayaraq Azərbaycanla sərhəddə təxribatlar törədən zaman verdiyi siyasi bəyanatlarla bu münaqişədə neytrallığını göstərmək istəyən rəsmi Moskvanın əslində niyə bu cür addım atmasının pərdəarxası məqamları mövcuddur.
26 ildir ki, Dağlıq Qarabağ münaqişəsininin nizamlanmasında vasitəçi olan rəsmi Moskva qoşunların təmas xəttində və ya sərhəddə hər dəfə vəziyyət gərginləşən zaman eyni bəyanatlarla çıxış edir: “Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin gərginləşməsindən dərin narahatdır. Hər iki tərəfi təmkinli olmağa və atəşkəs rejimi ilə bağlı üzərinə götürdükləri öhdəliyə riayət etməyə çağırırıq. Rusiya Minsk qrupunun həmsədri kimi nizamlanma ilə bağlı öz vasitəçilik səylərini göstərməyə hazırdır”. Tovuz müharibəsi zamanı şimal qonşumuz neytrallığını qorumağa çalışsa da, daha sonra Ermənistana külli miqdarda hərbi silah-sursat ötürməsi əslində həmin bəyanatların söz yığınından başqa bir şey olmadığını bir daha sübut etmiş oldu.
Bütün bunlar Ermənistan baş naziri Nikol Paşinyanın antirusiya siyasəti yürütməsi və bunun nəticəsində Moskva-İrəvan münasibətlərinin pozulacağı və ya artıq pozulduğunu iddia edən siyasi analitiklərin bir məsələdə yanıldıqlarını gəstərdi. Bilindi ki, Rusiya-Ermənistan münasibətlərini rəsmi İrəvanın hansı xarici siyasət vektoruna üstünlük verməsi, yəni, Ermənistandakı hakim qüvvə deyil, Rusiyadakı erməni lobbisi idarə edir.
Rusiyalı siyasi ekspertlərin fikrincə, Moskvanın Ermənistan siyasəti o insanlar tərəfindən aparılır ki, onlar Ermənistana siyasət faktoru kimi baxmırlar. Həmin insanlar bütün ruhları və bədənləri ilə Ermənistana bağlı olan adamlardır. Söhbət Rusiyada yüksək mövqe və vəzifə tutan olduqca çox sayda milliyyətcə ermənilərdən gedir. Təbii ki, onlar ümumerməni işinə sadiqdirlər. Həmin ermənilər şərti desək, Rusiyanın Ermənistanla münasibətlərinin əsas layihələndiriciləridirlər. Başqa sözlə onlar Moskvanın Ermənistan siyasətiylə bağlı verilən qərarlara təsir gücünə malikdirlər. Ancaq Ermənistanı Moskvanın nəzarətində saxlamaq tapşırılan Rusiyadakı erməni əsilli iş adamları – Ara Abramyan, Samvel Karapetyan, Ruben Vardaryandan daha çox gözlənti var.
Bu gün Moskva və İrəvan arasında böhranın mövcudluğunu heç kim inkar etmir. Ancaq bu böhran Rusiyadakı erməni lobbisinin Moskva-İrəvan münasibətlərinə təsirini məhdudlaşdırmır. Bir sözlə, Sorosun kadrı olan Paşinyanın hakimiyyətdə olub-olmamasından asılı olmayaraq, Rusiya Minsk Qrupunda vasitəçilik missiyası şübhə altında qalsa belə, Ermənistana hərbi yardımı dayandırmaq fikrində deyil.
Digər bir maraqlı məqam isə Paşinyanın BBC telekanalına müsahibəsində Rusiyanı Ermənistanın müttəfiqi deyil, məhz, təhlükəsizlik sahəsində strateji tərəfdaşı adlandırmasıdır. Baxmayaraq ki, aparıcı Stiven Sakur sualında “alliance”-müttəfiqlik sözünü işlətmişdi. Bu, Ermənistan rəhbərinin İrəvanın Rusiya ilə müttəfiqlik münasibətlərindən çıxmasını “de-fakto” elan və Rusiyanın ermənilərə ancaq Ermənistanı Azərbaycandan qorumaq üçün lazım olduğu etiraf etməsidir.
Görünən odur ki, Rusiydakı erməni lobbisinin ümumerməni işinə sadiq qalması faktı Kremlin anti-rusiya siyasəti yürüdən Paşinyana qəzəblənib, Ermənistanla münasibətləri korlamasına imkan vermir. Bununla belə, rəsmi Moskva hələ də Paşinyanın strateji tərəfdaşlıq haqqında bəyanatına münasibət bildirməyib, necə ki, 400 tondan çox silah-sursat faktına bildirmədiyi kimi…
Fərid Əkbərov, Moskva/Atlas Araşdırmalar Mərkəzinin eksperti,
İctimai Televiziyanın Rusiya Təmsilçisi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir