Rus uzman: DTÖ neden ABD’nin Türkiye’ye yönelik yaptırımlarına sesini çıkarmıyor?

Nikol Paşinyla Respublikaçılar Partiyası arasındakı gərginlik getdikcə qızışır

Türkiye’de dinlerarası diyolog fetöcülerden sonra Selefi RABITA tarafından yürütülüyor!

Rus televizyon: O gece NATO neden Erdoğan’a yönelik olası suikasta göz yumdu

“Rusiyanin bu gün istər NATO, istərsə də Türkiyə ilə açıq savaş aparmaq gücü yoxdur”

Rusya 2 Şubat 2016
1.044

“Rusiyanin bu gün istər NATO, istərsə də Türkiyə ilə açıq savaş aparmaq gücü yoxdur”

Bunu Karabakh.Today – a açıqlamasında hNATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov deyib. O, bildirib ki, bu gün dünyanın ən qaynar nöqtələri arasında Yaxın Şərq, Qara Dəniz ətrafı və Aralıq dənizi hövzəsi xüsusi yer tutur: “Bu ərazilər strateji baxımdan çox önəmli yerdə yerləşirlər. Bu ərazilər tarix boyu güclü dövlətlərin maraqlarında olub ve bu günkü proses də eyni xətt üzrə davam edir. Rusiyanın Yaxın Şərqdə qalmaq istəməsi əslində bir neçə problemin həllinin qarşısını alır. Bu ərazilərdə Rusiya nifrəti hələ SSRİ zamanından mövcuddur və hələ də davam edir. Ərəb xalqları Rusiyanın varlığından narahatdırlar və onlar bilirlər ki, Rusiya regionda sadəcə konfliktlər yaratmaq üçün mövcuddur. Rusiyanın varlığı Sülh prosesinə xələl gətirir. Bu gün ərəb dövlətləri Turkiyə və Amerikabnın öndərliyində Rusiyanin bu cografiyadan çıxarılmasında maraqlıdırlar. Rusiya – Turkiyə mübarizəsinin əsas xətti də məhz bu yöndədir. Rusiya yaxşı bilir ki, əgər Suriyadan çıxarsa, o zaman Yaxın Şərqi tam şəkildə itirmiş olacaq. Çünki, Rusiyanin son qalası məhz Suriyadır.

Rusiya və Turkiyə arasında munaqişənin hərbi prosesə keçməsi inandırıcı deyil. Rusiya bu prosesə gedə bilməz, çünki qarşısındaki yalnız Türkiyə deyil,  həm də NATO-dur. Rusiyanin bu gün istər NATO, istərsə də Türkiyə ilə açıq savaş aparmaq gücü yoxdur. Bu baxımdan açıq savaş gözlənilmir. Lakin bu gün Türkiyə daxilində qarışıqlıq bir başa Rusiya xüsusi xidmət orqanlarının işidir.  PKK-nın silahlandırılması,Türkiyədə terror hadisələrinin çoxalması və s. bir başa Rusiya xüsusi xidmət orqanları tərəfindən həyata kecrilən proseslərdir. Türkiyə bunu bilir və buna uyğun siyasətini davam etdirir. Bu gün dünyanın aparıcı gücləri Rusiya ilə yox, Türkiyə ilə daha çox hesablaşırlar. Bunu bir növ dünyanın yeni balansının yaranması kimi qələmə vermək olar. Əgər Türkiyə Rusiya ilə hər hansi bir münaqişədə yalnız buraxılarsa, bu o deməkdir ki,həmin balans pozula bilər və hətta balansi pozan Rusiya hər kəsə təhdid ola bilər. Bu baxımdan Rusiya ilə mübarizədə Türkiyə tək deyil. Dünya Birliyi Rusiya aqressiyasına mütləq şəkildə “dur” – deyəcək, sadəcə bu zaman məsələsidir!”

Yorumlar