KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Rusiyanın artan gərginlik fonunda gizli planları var

Rusiyanın artan gərginlik fonunda gizli planları var

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
440 0

Rusiya hərbi qüvvələrinin bölgəyə yerləşdirilməsi danışıqlar prosesində bir neçə dəfə dilə gətirilib. Xüsusən Laçın dəhlizində sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsini, KTMT qüvvələrinin bölgəyə gətirilməsini Rusiya israrla istəyib”.

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı bu fikirləri Musavat.com-a açıqlamasında bildirdi. Qeyd etdi ki, əgər bu plan reallaşaydı, Rusiya bölgədə hərbi varlığını təmin etmiş olacaqdı: “Zatən Rusiyanın arzusu budur. Onsuz da hərbi kontingentinin bulunduğu Ermənistan var. Bu halda Rusiya Qarabağda, yəni Azərbaycan torpaqlarında silahlı qüvvələrə sahib olacaq. Bunun mənası budur. Digər həmsədr ölkələr isə sülhməramlı qüvvələr kimi beynəlxalq kontingent təqdim edir”.

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən danışarkən narahatlıq doğuran fikirlər səsləndirib. Diplomat “KTMT vəziyyətin mənfi ssenariyə doğru inkişaf etməməsi, eskalasiyanın baş verməməsində əhəmiyyətli rol oynayır, buna zəmanət verir. Bu, vacib və güclü təhlükəsizlik yastığıdır. KTMT çərçivəsində Rusiya-Ermənistan ikitərəfli təhlükəsizlik əməkdaşlığı da mövcuddur. Düşünürəm ki, bu amillər sabitliyi və barışı təmin etmək üçün kifayət qədər əhəmiyyətlidir”, deyib.

Q.Çaxmaqlı hesab edir ki, Rusiyanın İrəvandakı səfirinin KTMT qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsini təklif etməsi elə-belə havadan verilmiş təklif deyil: “Görünür Rusiyanın artan gərginlik fonunda gizli planları var və Azərbaycanın xeyrinə olmadığı bəllidir. Ermənistana gəlincə onlar buna ikiəlli razıdırlar. Onlar Azərbaycanın əl-qolunu bağlamaq üçün bundan yaxşı fürsət əldə edə bilməyəcəklərini bilirlər. KTMT Rusiyanın jandarmasıdır, ən təhlükəlisi isə Ermənistanın burada söz sahibi kimi çıxış etməsidir”.

İşğalçı ölkədə səfərbərlik hazırlıqlarına gəldikdə, Q.Çaxmaqlı dedi ki, Ermənistanda zaman-zaman belə səfərbərlik halı olur: “Amma bu kütləvi səfərbərlik adlandırılmaz. Hətta bəzən diaspor erməniliyi Qarabağdakı duruma uyğun dünya ermənilərinə Qarabağ savaşına hazır olmaları barədə müraciətlər edir. Düşmən hər zaman bizim hücum edəcəyimizi gözləyir. Dağlıq Qarabağda gerçəkləşdirilməsi nəzərdə tutulan “seçkilər” və referendum ərəfəsində səfərbərlik edilməsi hər hansı müdaxilənin ola biləcəyindən ehtiyat tədbiri kimi həyata keçirilir. Həm də bu, beynəlxalq birliyə hesablanmış işdir, Azərbaycanı “təcavüz edə biləcək ölkə” kimi qələmə vermək siyasətidir. Amma bununla belə, biz Ermənistanın savaşa hazırlaşmasını nəzərə almalıyıq, tədbirlərimizi də ona uyğun olaraq həyata keçirməliyik”.

ELŞAD
Musavat.com

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir