KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Rusiyanın artan aqressiv siyasəti..

Rusiyanın artan aqressiv siyasəti..

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
402 0

Rusiya Belarus prezidenti A.Lukaşenkonu devirmək, Kremlə yaxın birini hakimiyyətə gətirmək planına uyğun hərəkət etməkdədir. Son aylarda A. Lukaşenkonun Brüsselə səfəri, Qərblə əlaqlərin yumşaldılması istiqamətində fəaliyyəti Rusiyada ciddi narahatlıq doğurur. Həmçinin Belarus dövlət başçısının müstəqil siyasəti, rəsmi Kremli tənqid etməsi, Rusiyanın hibrid müharibə variantını gündəliyə gətirir. Həftə içi ərzində Belarus DTK keçirdiyi əməliyyat nəticəsində ölkədə qarşılıq və iğtişaş yaratmaq istəyən silahlı mütəşəkkil dəstə ifşa olunub. Bu şəxslərin Ukraynanın şərqində- separtçı bölgədə təlimlər keçməsi, silahlandırılması və Belarus ərazisinə ötürülməsi Rusiyanın dəsti xəttinin nəticəsidir. Lukaşenko Qərblə sıx inteqrasiya proseslərinə sürətləndirərsə bu kimi təhdidlərə hazır olmalıdır. Artıq Putin Rusiyası, Şərqi Avropada və Mərkəzi Asiyada, Yaxın Şərqdə ideoloji müharibə aparmaqla hərbi cəhətdən də möhkəmlənmə kursu götürüb. Hazırda Putinin ideloji, informasiya və Hibrid müharibə siyasəti ilə hərəkət etməsi, məhz onun Sovet KQB-nin üsullarından məharətlə istifadə etməsinin göstəricisi və o, məktəbin yetirməsinin dünyaya necə təhlükə saçdığının əyani göstəricisidir. Putinin siyasəti Qafqazlarda, Balkanlarda etnik və separatizmin və münaqişələrin qızışdırılmasına xidmət etdiyini göstərir. Bu gün Rusiyanın qlobal məkanda güclənməsi, ölkəmizin fəaliyyət dairəsinin daralmasına, Moskvanın təzyiqləri ilə üzləşməsinə səbəb olacaq. Həmçinin ölkmizdə anti-demokratik sistemin güclənməsini sürətləndirir.

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh Institutunun başqanı, Muhammed Esadullazade

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir