ABD fiiliyatta Topuz’un kendi ajanı olduğunu kabul etti

Ermeni asıllı uzmandan açıklama: Tarihi düşmanımız Türkiye’ye karşı PKK’ı desteklemek lazım

Rus Ortodoks Kilisesi’nden Ukrayna’ya tepki

Yine, Yeniden: Orta Asya, “Radikal İslam” ve İŞİD

Rusiyada bu gün parlament seçimi var

Rusya 18 Eylül 2016
576

Rusiyada bu gün parlament seçkisidir. Sekçiqabağı təşviqat kampaniyasını izlədim. Siyasətçilərin maraqlı dialoqlarını müşahidə etdim. Buna baxmayaraq, düşünürəm ki, Dövlət Dumasının yeni tərkibi köhnəsindən ciddi fərqlənməyəcək. Say nisbətən dəyişə bilər, partiyaların sıralamasında dəyişiklik gözləmirəm. Əsas sual başqadır: Sağ və liberal yönümlü partiyalardan hansı Dövlət Dumasında təmsil olunacaq? Keçmiş baş nazir Kasyanov və illərin liberalı Yavlinskinin parlamentə düşmək şansı yüksək deyil. Liberal demokratlardan “Partiya Rosta” cox canfəşanlıq nümayiş etdirdi. Partiyanın lideri Boris Titov iddialıdır. Boris Titov məşhur iş adamıdır, Rusiya prezidentinin yanında müxtəlif şuralarda təmsil olunub, ölkənin biznes-ombudsmanı vəzifəsində çalışıb.
Görünən odur ki, prezident Vladimir Putin sağ liberallardan Kasyanov və Yavlinskidənsə Dumada Dumada Titovun varlığına üstünlük verərdi. Çünki Putin sağ və liberal partiyaların liderlərini Amerikanın Rusiyadakı 5-ci kolonu hesab edir, Titovu isə bu siyahıda görmür. Maraqlıdır ki, Putin özü idarəetmədə avtoritarizmə meylli olsa da, ətrafında hər zaman sağ liberalları saxlayıb. Putin beələrinin iqtisadi biliklərinə arxalanıb. Nümunə olaraq keçmiş maliyyə naziri Kudrini göstərmək olar ki, Putin onu indiyə qədər yanında saxlayır. Halbuki, Kudrin baş nazir Dmitri Medvedyevin əsas opponentidir. Demək, Putin bütün almaları eyni zənbilə toplamır.
Elhan Şahinoğlu

Yorumlar