KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Rusiya-Türkiyə razılaşması və Suriyanın bu vəziyyəti qəbul edəcəyi gözlənilir

Rusiya-Türkiyə razılaşması və Suriyanın bu vəziyyəti qəbul edəcəyi gözlənilir

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
527 0

Türkiyənin Suriyada keçirdiyi bu əməliyyat ilk növbədə Rusiya və Suriyanın mənafeyinə uyğundur. Çünki bu ölkənin ərazi bütövlüyü saxlanılır, ona olan təhdidlər aradan qaldırılır. Sonrakı əməliyyatda Rusiya-Türkiyə razılaşması və Suriyanın bu vəziyyəti qəbul edəcəyi gözlənilir”.

Bunu Versus.Az-a politoloq Nəzakət Məmmədova Türkiyənin Suriyada həyata keçirdiyi “Zeytun budağı” antiterror əməliyyatından sonrakı prosesləri şərh edərkən bildirib. Politoloq eyni zamanda Rusiya-Türkiyə prezidentləri arasında baş verən telefon danışıqları ilə müşahidə olunan yaxınlaşmanın regionda keçirləcək sonrakı əməliyyatların hansı müstəvidə inkişaf etdirilməsi və üst-üstə düşən məqamlarına da aydınlıq gətirib.

Rusiya və Türkiyə prezidentləri arasında bir neçə telefon danışığının baş tutduğunu qeyd edən politoloq, telefonda Suriyada vəziyyətlə bağlı bir neçə məsələnin müzakirə olduğunu bildirib:

“Rusiya hərbi texnikasının sıradan çıxarılmasını istəmir və…”

“Əsas diqqət çəkən məqam, Putinin Ərdoğandan iki ölkənin təhlükəsizlik xidmətləri arasında əməkdaşlığı daha da sıxlaşdırmağı istəməsidir. Çünki Rusiya özünün Suriyadakı “Hmeymim” hərbi-hava bazasında və “Tarsus” hərbi-dəniz bazasındakı hərbçilərinin həyatına görə narahatdır. Rusiya milyonlarla dollarlıq hərbi texnikasının sıradan çıxarılmasını istəmir və Ərdoğandan kömək üçün xahiş edir. Üstəlik, yanvarın 20-də Türkiyənin Afrin əməliyyatına başlamasına qədər Rusiyanın burada xeyli hərbçisi var idi və onlar Türkiyə ilə bilavasitə sərhəddə idilər. Görünür yanvarın 12-də Putin Ərdoğanla telefon danışığında bu barədə də xahiş edib. Çünki Türkiyənin Suriyada güclü kəşfiyyat mövqeləri var. Əgər Rusiya burada Əsəd hakimiyyətinin kəşfiyyatına güvənirdisə, Türkiyənin də müxalifət arasında güclü dayaqlarının olması sirr deyil. Elə son Soçi Konqresində Suriya müxalifətinin öz səlahiyyətlərini Türkiyəyə verməsi bunu sübut edir. Azad Suriya Ordusu Türkiyə ilə birgə hərəkət edir. Putin Suriyadakı hərbi iştirakının təhlükə yaratdığını görəndə, Türkiyədən kömək istədi”.

Politoloq tərəflərin Afrin əməliyyatı ilə bağlı regionda cərəyan edən son proseslərə qələbəni qazanmaq qədər onun nəticələrini qoruyub saxlaya bilməyin önəmli olması fəlsəfəsi ilə yanaşıldığını önə çəkib:

“Rusiya burada qələbə qazanmağa başlasa da, mövqelərini qorumaqda problemlər yaranmağa başlamışdı. Belə bir şəraitdə Türkiyənin Afrin əməliyyatına başlamasına razılaşmaqdan başqa yolu qalmadı. Rusiya Türkiyəyə öz sərhəd təhlükəsizliyini təmin etmək üçün əməliyyata başlamağa mane olmadı, əvəzində Türkiyə də özünə yaxın olan müxalif qüvvələrini Rusiyanın Soçi təşəbbüsünü boykot etməməyə razı saldı. Deməli, Rusiya bu prosesin legitimlik qazanmasına görə həm də Türkiyəyə borcludur. Doğrudur, həmin müxalifətçilər Soçi hava limanından çıxan kimi yollarda Suriya dövlət bayrağının olmasına etiraz edərək geri qayıtdılar. Amma hər halda Türkiyəyə onun adından çıxış etmək səlahiyyəti verdilər. ABŞ isə ümumiyətlə tədbirə qatılmadı. Çünki amerikalıların əsas güvəndiyi PKK/YPK/PYD Soçi tədbiri başlayanda Türkiyənin başladığı əməliyyatla zəifləməyə davam edirdilər”.

Politoloq hesab edir ki, regionda maraqlı olan bu qüvvələr vəziyyəti öz nəzarətində saxlamaq üçün bundan sonra da əməkdaşlığı davam etdirməyə hazır görünür.

T.Qafarlı
Versus.Az

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir