KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Rusiya-Türkiyə-İran münasibətlərində “Qordi düyünü”

Rusiya-Türkiyə-İran münasibətlərində “Qordi düyünü”

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
351 0

Rusiyalı politoloq: “Ərdoğanın “Astana formatı”nın bitməsi barədə dedikləri həqiqətdən uzaq deyil”

Yaxın Şərqdə gərginlik səngimir. Xüsusilə Suriya üzərində baş verən qarşıdurmalar dünya mətbuatının manşetlərindən düşmür. Bu fonda Rusiya-Türkiyə münasibətləri də ən çox müzakirə olunan məsələlərdən biridir.

Mövzu ətrafında AYNA-nın suallarını Rusiya Strateji Qiymətləndirmə və Proqnozlar Mərkəzinin baş direktorunun müavini, tarix elmləri doktoru İqor Pankratenko cavablandırıb.

– Suriyada davam edən qarşıdurmaların sonunu necə proqnozlaşdırırsınız?

– Yalnız bir nəticə ola bilər – Türkiyə ilə Rusiya arasındakı diskalasiya zonalarına yenidən baxılması, sərhədlərin bir daha nəzərdən keçirilməsi. Söhbət Suriyada bir tərəfdən Moskva və müəyyən dərəcədə Tehran tərəfindən nəzarət olunan ərazilərlə Ankaranın nəzarətindəki ərazilər arasındakı sərhədlərdən gedir. Hazırda Moskva ilə Tehranın yanaşması, bölgədə təhlükəsizlik buferi yaratmağa və humanitar fəlakətə çevrilə biləcək yeni qaçqınların qarşısını almağa çalışan Ankaranın planlarına ziddir. Bu ziddiyyəti həll etmək üçün Ankara və Moskva arasında gərgin danışıqlar davam edir. Görünən odur ki, Rusiya tərəfi Əsəd qoşunlarının İdlibə hücumlarını təmin etməklə, Moskva və Dəməşq üçün Ankara ilə dialoqda daha sərfəli şərait yaratmaq istəyir.

– İndi “Astana formatı”nın səmərəliliyinə dair bir çox şübhələr var. Bu format nə qədər qüvvəsini saxlaya biləcək? Yoxsa Türkiyə, Rusiya və İran arasındakı münasibətlərin daha da gərginləşməsini gözləməliyik?

– Əsədin keçən ilin dekabr ayında İdlibə etdiyi hücumu dəstəkləyən Rusiya tərəfi açıq şəkildə bildirdi ki, Suriyanın bölünməsi ilə bağlı Astana razılaşmasını son variant hesab etmir. Nəticədə həm Türkiyə, həm də İran əslində bu prosesin kənarında qaldı. Buna görə, mənim fikrimcə, Ərdoğanın “Astana formatı”nın bitməsi barədə dedikləri həqiqətdən çox da uzaq deyil. Maraqlıdır ki, nə Moskva, nə Ankara, nə də Tehran “üçtərəfli ittifaq” çərçivəsində münasibətləri gərginləşdirməkdə maraqlıdır. Eyni şəkildə, heç bir tərəf ikitərəfli qarşıdurmada da maraqlı deyil. Lakin “Astana formatı”nın yaradıcıları olan bu 3 dövlət arasında ziddiyyətlər daim artır. Ancaq təsəlli budur ki, burada tərəflər münasibətlərin tam bitməsini istəmir və yaxın gələcəkdə açıq qarşıdurmaya getməyəcəklər.

– Qasım Süleymaninin öldürülməsindən sonra iranlıların sərt cavab verəcəyi gözlənilirdi. Ancaq bu, baş vermədi. Bunu nə ilə izah edirsiniz? Məsələn, İran təxmin edildiyi qədər güclü deyil?

– Fərqli bir tərtibata üstünlük verməyimə baxmayaraq, deyə bilərəm ki, Tehranın Donald Trampın göstərdiyi “qırmızı xətti”, ən azı özünü qorumaq naminə keçə bilməyəcəyini çox aydın gördük. Buna görə də İran vaxtında dayana bildi.

– İraqdakı vəziyyət bu mərhələdə necə inkişaf edir? Yeni Baş Nazir ölkədəki vəziyyəti sakitləşdirə biləcəkmi?

– İraqda heç kim vəziyyəti sakitləşdirə bilməz. Tamamilə olmasa da, bir müddət nisbi sakitlik yarana bilər, amma sonra yenidən hansısa bir qüvvə vəziyyəti alovlandıracaq. İraqda sistemli bir böhranın olduğunu xatırlamaq lazımdır. Yəni dövlətin iqtisadi, siyasi qaynaqları inkişaf və sabitliyi qorumaq üçün yetərli deyil. Bağdaddakı mövcud siyasi sistem özünü tamamilə sıradan çıxardı. Üstəlik, gənclərə, sosial və iqtisadi inkişafa, insan həyatının normal olmasına, əsas şəraitə – su, elektrik, kanalizasiya, tibbi xidmət və təhsilə çıxışa zəmanət verən, perspektivləri olan, gələcəyin məqbul görüntüsünü təqdim edə bilməz.

Nicat Hacıyev
ayna.az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir