KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Rusiya Suriyada hansı maraqları güdür?..

Rusiya Suriyada hansı maraqları güdür?..

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
473 0


Rusiyanın xarici siyasətdəki maraqlarından biri təbii ki, Suriyadır. Rusiyanın bu bölgədə hərbi bazası yerləşir və bu baza ilə Araliq dənizinin böyük hissəsinə nəzarət edir. Fikrimcə, Rusiyanın bu bölgəyə girməsində İsrail də maraqlı idi. Çünki, İsrail Bəşər Əsəd devrildikdən sonra hakimiyyətə gələnlərin onlara qarşı necə davranacağını bilmir. Belə bir fikir irəli sürmək olar ki, Rusiyanın bölgəyə girməsi digər ölkələrin maraqlarını, planlarını alt-üst etdi və mecbur etdi ki, planlarını deyişdirsinlər.

Bildiyimiz kimi bölgədə Türkiyə terrorçulara qarşı əməliyyatlar keçirir və Afrinə doğru irəliləyir. ABŞ isə Türkiyə və Rusiyanı qarşı-qarşıya qoymağa çalışır. Buna misal olaraq Su-24 bambardmançı təyyarəsinin noyabrın 24-də Türkiyə-Suriya sərhədində Türkiyənin F-16 qırıcısı tərəfindən vurulduğunu və Rusiyanın Türkiyədəki səfirinin Ankarada güllələnməsini göstərmək olar. ABŞ rəhbərliyi baş vermiş insidentlə bağlı Türkiyənin addımlarını və mövqeyini dəstəkləyirdi.

Mənə elə gəlir ki, ABŞ burada iki əsas rəqibini sıradan çıxartmaq, onların maneəçiliyi olmadan siyasət yürütmək və bu iki dövləti zəiflətmək istəyir. Ancaq Rusiya və Türkiyə münasibətləri yaxşılaşmaqdadır. Rusiya Türkiyə ilə birbaşa hərbi qarşıdurmada maraqlı deyil.

Məlumdur ki, Rusiya Suriyadakı hərbi əməliyyatlardan minimal zərərlə çıxmağı düşünür. Belə desək iki ölkədə düzgün siyasət aparmaqla ABŞ- ın istədiyini reallaşdırmadı. Rusiya ilk vaxtlar Afrin məsələsilə bağlı ehtiyatlı davransa da, PYD-nin son dövrdəki siyasətindən sonra bu təşkilat görə Türkiyə ilə böhrana girməyi lazımsız bildi. Biraz düşünsək görərik ki, ABŞ silahları və dəstəkləri ilə PYD-ni özüdən asılı edib. Rusiya PYD-nin müstəqillik, milli ordu tələblərinin bir daha ABŞ-ın tələbləri olduğunu başa düşdü.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov: “ABŞ ya vəziyyəti başa düşmür, ya da şüurlu şəkildə təxribat törədir” ifadələri fikrimcə, PYD-ABŞ əməkdaşlığına edilən vurğudur . Türkiyə və Rusiya bir çox məsələdə artıq bir dövlət kimi hərəkət etməyə başlayıb. Suriya mövzusunda fikir ayrılıqları olsa da, nəticə etibarilə razılığa gələ bilirlər. Türkiyə ehtiyacı olan hərbi texnologiya və atom enerjisi məsələlərərində Rusiyadan dəstək alır. Türkiyə isə “Türk axını” məsələsində Rusiyanı dəstəkləyir. Belə anlayış yaranır Kreml xarici siyasətdə Rusiyanın məqsədlərini həyata keçirə biləcəyini düşündüyü üçün Əsədə dəstəyi verir. Mənə elə gəlir ki, Putinin Suriyada hərbi güc yerləşdirməsi Əsəd rejiminin süqutuna yol verilməyəcəyi barədə bir siqnaldır. Baş verən hadisələr göstərir ki, dövlətlər yalnız öz maraqları üçün mübarizə aparır. Yəni deqiq demək olmur kim düşməndir, kim dost. Suriyada maraqları olan bütün dövlətlər ölkə ərazisində nəzarət etdikləri qruplaşmaların nüfuzuna xələl gəlməməsi üçün çalışır. Dinc sakinlər isə müharibədən bezib ölkələrinə tərk edərək, sakit həyat arzusu ilə Avropaya üz tuturlar. Bu isə Suriyada maraqları olan dövlətlərə bir tərəfdən sərf edir. Çünki əhalinin azalması maraqlı dövlətlərə imkan verir ki, orada olan təbii sərvətləri daha asanlıqla və daha tez ələ keçirə bilsinlər. Belə bir qənaətə gəlmək olar ki, hazırda Suriyada marağı olan dövətlərin əksəriyyətinin dərdi təbii sərvət və nüfuz davasıdır.

NURALI ƏLİYEV,
Qərbi Kaspi Unuversitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir