KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Rusiya Paşinyanın hakimiyyətdən uzaqlaşmasında maraqlıdırmı?

Rusiya Paşinyanın hakimiyyətdən uzaqlaşmasında maraqlıdırmı?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
283 0

“Ermənistanda hökm sürən vəziyyət müəyyən mənada Qərblə Kremlin mübarizəsi kimi də dəyərləndirilə bilər. Belə ki, Nikol Paşinyanın “İsgəndər”lə bağlı açıqlaması təbii ki, Rusiyada qıcıq yaratdı. Lakin, Pasinyan daha sonra üzr istədi və ona yanlış məlumat verildiyini dilə gətirdi. Bu ərəfərdə isə hərbi çevrilişə cəhd oldu. Paşinyan isə hələ ki, bunun öhdəsindən gəlir”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında siyasi ekspert Rusif Məmmədsoy deyib.

R. Məmmədsoy bildirib ki, Nikol Paşinyan tərəfdarlarının küçələrə axışması həm müxalifət cəbhəsinə, həm də Rusiyaya yönəlmiş mesajdır: “Burada əsas məsələlərdən biri də diqqəti keçmiş Qarabağ klanının Ermənistanı acınacaqlı vəziyyətə salan əməllərinə yönəltmək idi. Paşinyanın komandası üçün prioritet Qərbə yaxınlaşmaqla Rusiyadan uzaqlaşmaqdır. Ermənistanda reallığı dərk edən insanlar Köçəryanı, Serj Sarkisyanı, Vazgen Manukyanı yaxşı tanıyırlar və bugünki acınacaqlı vəziyyətin əsas səbəbkarlarının da məhz həmin əli qanlı qatillər olduğunu bilirlər ”.

Ekspertin sözlərinə görə, Ermənistanın Rusiya asılılığından xilas olması yaxın gələcək üçün mümkün deyil. Lakin Paşinyan hələ ki, bu təhlükələrdən özünü sovuşdura bilir: “Belə görünür ki, Rusiya hazırda Paşinyanın hakimiyyətdən uzaqlaşmasında, Ermənistanda stabilliyin pozulmasında maraqlı deyil. Çünki ortada noyabr və yanvar anlaşmaları var. Bu razılaşmaların icra olunması, öhdəliklərin yerinə yetirilməsi vacibdir. Əks halda, bu, birbaşa Rusiyanın nüfuzuna zərbə olacaq. Ermənistanda siyasi qüvvələr indi anlayırlar ki, Paşinyanı devirmək çox çətin olacaq. Köçəryan da bunu başa düşdüyündən hərbi çevrilişdən bəhs edir”.

Nigar Orucova, “İki sahil”

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir