Lavrov 5 yıl aradan sonra Irak’ta

2019-2023 Ulusal Siber Güvenlik Stratejileri

Non-Chechen Candidates from Moscow Plans to Run for Seats Representing the North Caucasus in Upcoming Parliamentary Elections

Üç yanlış nerede?

RUSİYA NİYƏ TÜRKDİLLİ BLOKA QOŞULMAQ İSTƏYİR?

Gündem 31 Temmuz 2019
57

Rusiya xarici işlər naziri Sergey Lavrov son açıqlamalarının birində deyib ki, Rusiya Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olmaq istəyir.

Rusiya niyə türkdilli dövlətlərin birliyinə qoşulmaq istəyir?

Birincisi, Rusiyada yaşayan 20 milyon müsəlmanın təxminən 11 milyonu məhz türkdillilərdir. Bu hesabla Rusiyada əhalinin sayına görə ruslardan sonra ikinci sırada türkdilli müsəlmanlar dayanır. Bu mənada Rusiya da özünü türk dünyasının kiçik də olsa tərkib hissəsi kimi qələmə vermək istəyir.

İkincisi, Rusiyanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan dövlətlərin tamamı (Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan) ilə münasibətləri tərəfdaşlıq, strateji tərəfdaşlıq və ya strateji müttəfiqlik (Qazaxıstan və Qırğızstan Rusiya ilə birgə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, o cümlədən Avrasiya İqtisadi Birliyinin üzvləridirlər) səviyyəsindədir. Digər tərəfdən Rusiyanın türkdilli dövlətlərin tamamıyla sərhədləri var.

Üçüncüsü, Rusiya ilkin mərhələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına müşahidəçi statusunda qatıla bilər. Macarıstan da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında müşahidəçi statusuyla iştirak edir. Rusiya İslam Əməkdaşlıq Təşkilatında da müşahidəçi statusunda iştirak edir.

SSRİ dağıldıqdan sonra Rusiya türkdilli dövlətlərin birliyindən ehtiyatlanırdı, mifik “Turan” ideyasının Rusiya əleyhinə layihə kimi dəyərləndirirdi. Moskva həm də ondan ehtiyatlanırdı ki, türkdilli dövlətlərin birliyi ideyası Vaşinqtona məxsusdur və Amerika bu ideyanı Türkiyə vasitəsilə reallaşdırmağa çalışır. Bu qorxu Çeçenistan müharibəsi zamanı Rusiyanı daha çox qorxudurdu. Ancaq 2000-ci illərdən başlayaraq türkdilli dövlətlər, o cümlədən Moskvanın daha çox ehtiyat etdiyi Türkiyə Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri qurdu. Bu gün Türkiyə-Rusiya siyasi, iqtisadi və hərbi əməkdaşlığınıın miqyası Türkiyə – ABŞ tərəfdaşlığını üstələyir. Ona görə də Rusiya artıq keçmiş illərdə olduğu kimi Türkiyənin regional maraqlarından və türk bilrliyindən ehtiyatlanmır.

Buna baxmayaraq, Rusiyanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına müşahidəçi və ya üzvlük statusunda qatılmasının əsas məqsədlərindən biri üzv dövlətləri özünə yaxın saxlamaq və Amerikanın maraqlarına qarşı birgə müqaviməti təşkil etməkdir. Əlbəttə, Türkiyənin hazırda Amerika ilə münasibətləri hamar deyil və Rusiya ilə əməkdaşlığa xüsusi önəm verir. Buna rəğmən, Ankara Vaşinqtona qarşı Moskva ilə eyni blokda yer almaz. Bu Azərbaycanla Qazaxıstanın da maraqlarına uyğun deyil.

“Atlas” Araşdırmalar Mərkəzi
Elhan Şahinoğlu

Yorumlar