KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Rusiya iqtisadi cəhətdən çökməyə doğru gedir

Rusiya iqtisadi cəhətdən çökməyə doğru gedir

Kafkassam Editör Kafkassam Editör - - 16 dk okuma süresi
297 0

“Putinin özü vaxtilə demişdi ki, Rusiyada hər üç rusdan birinin qanında türk qanı, türk geni var. Bu, doğrudan da belədir. Rusiyada türk-müsəlmanların sayı sürətlə artır. Putin bir dəfə qonşu respublikalara və Qafqaz xalqlarına müraciət etdi ki, gəlin, bizdə yaşayın. Bu o deməkdir ki, yəni gəlib bizim qadınlarla evlənin, nəsil artsın”.

Tarixçi-alim Dilavər Əzimli belə düşünür.

Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

– Rusiya Prezidenti Vladimir Putin iddia edir ki, keçmiş sovet respublikalarında SSRİ-nin yenidən qurulmasını istəyənlərin sayı artır. Sizcə, Putinə bu sözləri hansı zərurət dedirdir?

– Rusiyada “Putin mafiyası” adlanan zənginlərdən ibarət bir qrup fəaliyyət göstərir. Bu insanlar dünyanın ən zənginləri sırasındadır. Rusiyanın özündə Putinə qarşı narazılığın miqyası genişlənir. Putinin də əlində güclü bir hakimiyyət var, totalitar bir rejim yaradıb. Artıq onun bütün fəaliyyəti Rusiya mediası tərəfindən ifşa olunur, hər şeyi açıb tökürlər ortalığa. Məlumdur ki, Rusiya iqtisadi cəhətdən çökməyə doğru gedir. Bu baxımdan Rusiya prezidentinin siyasi məqsədləri iflasa uğramaqdadır. Bütün bölgələrdə ona qarşı etirazların miqyası da genişlənir. Rusiya öz gücünü itirməyə doğru gedir. Belə vəziyyətlərdə də kənar ölkələrə əl atmaq və işğalçılıq mexanizmini işə salmaq Rusiyanın ənənəvi siyasətidir. Son yüz ildə həmişə belə olub.

Putinin nə SSRİ-ni bərpa etməyə, nə də başqasının torpağını ələ keçirməyə gücü yetməz. Dövr artıq o dövr deyil. O özünü Stalin kimi aparmaq istəyir. Amma Stalin hakimiyyətə şinellə gəldi, şinellə də vəfat etdi, cibində beş qəpik də pulu yox idi. O zaman onlar necə elədilərsə, planlarını həyata keçirdilər, amma indi vəziyyət başqa cürdür. Putinin iddiası isə gülüncdür. Çünki SSRİ-dən çıxmış cümhuriyyətlərin heç bir onun dediyi ilə razılaşmaz. Ən yaxın müttəfiqlərindən biri olan Belarusun özü belə, onunla “Birlik Dövləti” qurmaqdan imtina etdi. Yəni bütün proseslər onun əleyhinə işləyir, Rusiyanın öz daxilindəki vəziyyət də onun xeyrinə deyil.

“Mendeleyev cədvəli”ndə olan bütün elementlər Rusiyada var. Kəndlər və şəhərlər boşalır, hamı xaricə axışır, yəni Putin öz ölkəsində olan iqtisadi potensiala sahib çıxa bilmir. Dünya da dəyişib, indi nə XIX, nə də XX əsrin əvvəlləridir. Bu gün imperiya qurmaq, ərazi işğal etmək dövrü yox, nano-texnologiya əsridir, harada elm varsa, orada da inkişaf gedir. Məsələn, Cənubi Koreyanın heç nəyi yoxdur, amma elmi potensialı var, gücünü də buradan alır. Dünya indi elmin üzərində qurulub. Rusiyanın özündə nə qədər elm adamı var, onların potensiallarından istifadə etmək əvəzinə, ərazi işğallarından danışırlar, imperiya ambisiyalarını nümayiş etdirirlər. Rusiyaya hələ də bolşevik təfəkkürlü insanlar rəhbərlik edirlər. Düşünürlər ki, bu kimi addımlarla özlərini və Rusiyanı xilas edə biləcəklər, vəziyyətdən çıxacaqlar. Mən bunları xam xəyallar hesab edirəm. Siz gördünüz ki, bir koronavirus dünyanı hansı istiqamətə yönəltdi, hansı proseslərə yol açdı.

– Yəni Putin ölkəsini köhnəlmiş sükanla idarə edir…

– Rusiyanın bugünkü siyasi metodologiyası yeni dövrün tələblərinə cavab vermir, yenə də ətraf respublikalara öz iddialarını irəli sürür. Putinin özü də yalan danışır, guya ki, insanlarda SSRİ-yə qarşı münasibət dəyişib, onun yenidən qurulmasını istəyənlərin sayı artır. Rusiya gənclərinin özləri Avropaya, Amerikaya getmək üçün ingilis dilini öyrənirlər. Keçmiş sovet respublikalarında da insanlar ingilis dilinə üstünlük verirlər, rus dili beynəlxalq əhəmiyyətini çoxdan itirib. SSRİ zamanında sərhədlər bağlı idi, qapalı həyat sürürdük. Ona görə də rus dili böyük rol oynayırdı. İndi tamam ayrı dövrdür, bu dillə Moskvadan o yan gedə bilməzsən. Avropada, ABŞ-da, Filippində, Hindistanda, Yaponiyada, Çində və başa yerlərdə lal olub qalacaqsan. Amma ingilis dili ilə hər yerdə başını saxlayacaqsan.

Keçmiş postsovet respublikalarının çoxunda rus dili əhəmiyyətini itirib. Baxın, heç Rusiyanın forpostu olan Ermənistanda rus dilində məktəb yoxdur. Gürcüstanda da mövcud deyil. Azərbaycanda rus dilində fəaliyyət göstərən məktəblər var, amma bu o demək deyil ki, ölkəmizdə SSRİ-yə qarşı böyük simpatiya var, yenidən birləşmək istəyənlərin sayı çoxdur. Biz, bir qədər fərqli ərazidə yerləşərik, amma ölkəmizdə bu dildə olan məktəblərin bu qədər olması da düz deyil. İkincisi, bu məktəbləri dövlət maliyyələşdirməsindən çıxarıb, özəl etmək daha yaxşıdır. Çünki Rusiya bu məktəblərdə öz casuslarını yetişdirə bilir. Bunu nəzərə almaq lazımdır. Gəlin gənclərimiz arasında sorğu aparaq, əksəriyyəti rus dilini yox, ingilis dilini bilir. SSRİ-nin qurulmasını istəyirlərsə, bəs rusiyalı gənclər niyə Avropaya qaçırlar? Çünki Rusiyadan fərqli olaraq, Avropada azad seçim var, yaxşı təhsil ala bilirlər, bu haqda düşünmək lazımdır.

Hesab edirəm ki, bunların hamısı xam xəyallardır. Putin bu çıxışı ötən ilin oktyabr ayında edib, çox güman ki, Qərbin siyasi dairələri və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi bunu diqqətlə dinləyib. Bu mənim şəxsi fikrimdir, görünür ki, koronavirus məsələsində Rusiya amili də yer alır. Baxın, Rusiya və İran çökməkdədir, pandemiyadan ən ağır zərbə də onlara dəyir. Buna görə də Rusiyanın nicat yolu Putin və komandasının çıxıb getməsidir. Bu komanda nə qədər hakimiyyətdə qalsa, Rusiya o qədər sürətlə çökməyə davam edəcək.

– Bir müddət əvvəl Putin koronavirusdan danışarkən, bu pandemiyanı qıpçaq türklərinə bənzətdi. Rusiya prezidentini belə təhqiramiz ifadəyə yol verməyə vadar edən nə idi?

– Rusiyada şovinizmin ən ifrat forması özünü göstərməyə başlayıb, imperiyalarda həmişə belə hallar yaranır. Rusiyada bu şovinizmin tərəfdarları kifayət qədər çoxdur. Bu, əsasən türklərə və bir sıra millətlərə qarşı özünü göstərir.

Təsəvvür edin ki, Putin özünə reytinq qazanmaq üçün koronavirusu peçeneqlərə, qıpçaqlara bənzətdi. Halbuki tarixdən də məlumdur ki, Rusiya qondarma bir dövlətdir. Moskva knyazlığı həmişə türk xaqanlıqlarına, Qızıl Ordaya vergi ödəyib. Qızlarını həmişə türk xaqanlarına kəniz göndəriblər ki, mənə toxunma. İndiki bu ərazilər də Rusiyaya məxsus deyil, işğal olunmuş torpaqlardır, türk dövlətlərinindir. Bunu rus tarixçiləri özləri də yazır. Rusiya qıpçaq çölləri və tatar torpaqlarında yaranmış bir dövlətdir. Bu, tarixi faktlardan da məlumdur. Buna aid xəritə də var. Bu qədim xəritəni Rusiya özü yaydı, burada həmin ərazilər “Tatariya” adalandırılır. Bu, indiki Rusiya əraziləridir. Putin görür ki, ölkəsi dağılmağa doğru gedir, buna görə də Rusiyanın dağılması, çökməsi ərəfəsində bu cür çıxışlar edib özünə xallar qazanmaq istəyir, vəziyyəti ayrı səmtə yönəldir.

Putinin özü vaxtilə demişdi ki, Rusiyada hər üç rusdan birinin qanında türk qanı, türk geni var. Bu, doğrudan da belədir. Rusiyada türk-müsəlmanların sayı sürətlə artır. Putin bir dəfə qonşu respublikalara və Qafqaz xalqlarına müraciət etdi ki, gəlin bizdə yaşayın. Bu o deməkdir ki, yəni gəlib bizim qadınlarla evlənin, nəsil artsın. Bəllidir ki, Rusiyada türk-müsəlmanların sayı sürətlə artır və bunun qarşısını almaq mümkün deyil. Qarşısını almaq üçün də, rus şovinizmini qızışdırmaq lazımdır. Bunun kökündə də o amil dayanır ki, türklər gələcəkdə Rusiyaya sahib çıxa bilərlər. Vaxtilə Başqırdıstan Cümhuriyyətinin rəhbərliyi Leninlə görüşəndə Rusiyanın adının Slavyan-Türk Dövləti qoyulmasını təklif etdi. Hətta Lenin razılaşmışdı, amma sonradan onun ətrafındakı qüvvələr bunun qarşısını aldılar. Lenini başa saldılar ki, türklərin dediklərini etmək yox, onları azaltmaq lazımdır, çünki gələcəkdə Rusiya tamamilə türklərin əlinə keçə bilər.

Mendeleyevin XX əsrin əvvəllərinə aid bir yazısı var. O, yazırdı ki, Rusiyada türklərin artımının qabağını almasaq, vaxt gələcək, rus torpaqları tamamilə türk və müsəlmanlardan ibarət olacaq. Bunu da hesaba alırlar, adi bir məsələ deyil, ciddir. Türk Birliyi genişlənir, Turan Birliyi yaranır. Hansı tərəfə baxsan, türk dövlətləridir. Bir tərəfdə Orta Asiya dövlətləri, bir tərəfdə Azərbaycan, bir tərəfdə Türkiyə, digər tərəfdə də Başqırdıstan, Tatarıstan…

– Putinin “rusların qanında türk geni” olması fikrinə diqqət çəkdiniz. Ümumiyyətlə, slavyanların, yəni rusların türk kökənli olduğunu dilə gətirənlər də var. Bu iddia nə qədər əsaslıdır?

– Bilirsən, rusların etnogenez məsələsi ciddi araşdırma tələb edir. Rusların salvyan olmadığını yazırlar. Əslində, qədim tarixi mənbələrdə bəzən slavyanları türk kimi verirlər. Mən bunu qəbul etməsəm də, hesab edirəm ki, slavyanlar daha çox türk təsirinə məruz qalıb. Bu ruslar onları işğal etdilər. Əslində, slavyan sözü də “slovleni” sözündəndir, yəni, “əsir alındıq”, “əsir düşdük”. İbn Fadlanda slavyanlar, onların məişətləri ilə bağlı çoxlu maraqlı məlumatlar var. Onları sadə, yazıq, sözəbaxan və boy baxımdan ortaboylu xalq kimi təqdim edir. Sonradan Skandinaviyadan gələn vəhşi rus, daha doğrusu, norman tayfaları onları əsir edib, burada hakimlik etdilər.

Yunanlar Rusiya ərazilərinə “Vened” deyirdilər, burada yaşayanları da venedlər adlandırırdılar. Rousiya isə normanların yaşadıqları ərazinin adı idi. Sonradan indiki Rusiya ərazisinə özlərinin adı ilə “Rousiya” dedilər. Mən Moskvada, Novqorodda, Sankt-Peterburqda olanda dəfələrlə qoca ruslarla söhbətlər aparmışam. Onlar slavyanların vətəni kimi həmişə Novqorodu, Vladimiri deyirdilər. Moskvadakıları isə vəhşi, qaraçı adlandırırdılar. Moskva uzun müddət türk xaqanlarının nəzarəti altında olub. Hətta Moskva knyazları da özlərini “xaqan” adlandırırdılar. Bu türk xaqanlarına yarınma əlaməti idi. Siz götürün Kiyevin rusların işğalından əvvəlki dövrünü: orada rus var idimi? Ruslar oranı işğal edəndən sonra belə knyazlarını “xaqan” adlandırırdılar.

Putin Yaroslav Mudrıya istinad edir. Belə adam tarixdə olmayıb, uydurmadır. Bunu Rusiya tarixçiləri yazırlar. Xelqi Oleq, Xelqanı Olqa ediblər. Yaxud, Putindən soruşmaq lazımdır, babası Aleksandr Nevski anasını kimə ərə verdi? Batı xana ərə verdi ki, onları almanların hücumundan qorusun, qorudu da. Rusiyanın bütün adlı-sanlı ailələrinin kökənləri türk əslilldir.

– Məsələn, kimlərin adlarını çəkə bilərsiniz?

– Məsələn, Savva Morozov. Belə familyaları sadalasaq, yazmağa yer qalamayacaq. Suvorovun, Kutuzovun babaları kim olub? İndi Rusiya dövlət strukturlarında nə qədər türk əsillilər var? Putin kimilər bunu həzm edə bilmir. Baxın, gavur ermənilərə üstünlük verir, baş nazirini də erməni qoydu. Bizə qarşı daim “erməni kartı”ndan istifadə edirlər. Çünki bilir ki, Rusiya sürətlə türkləşir, müsəlmanlaşır. Əldə etdiyim bir informasiyaya görə, Rusiyanın hərbi sistemində müsəlmanlarla rusların faizi bərabərləşib. Rusiyanı ağır atletikada həmişə müsəlmanlar təmsil edir, o cümlədən güləşdə. Bu da Putin kimiləri narahat edir. Qorxurlar ki, milli kimlik getdikcə artar və vəziyyət onların ziyanına işləyər. Bax, bu cür vəziyyət İranda da var. Oradakı türk kimliyi artıq Tehranda da sürətlə artır. Ona görə İranda da türkləri koronavirusa bənzətdilər. Amma bunlar unudurlar ki, zaman deyilən məfhum var və bu zamanı idarə edən Uca Yaradan var. Zaman türkün xeyrinə işləyir. Bunu vaxtilə onlara Lev Qumilyov demişdi. Demişdi ki, XXI əsr türk əsridir. Amma Putin bunu başa düşmək istəmir, bu da onların faciəsidir.

Müəllif: Mənsur Rəğbətoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir