KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Rusiya I Pyotrun vəsiyyətini pozdu

Rusiya I Pyotrun vəsiyyətini pozdu

Hasan Oktay Hasan Oktay - - 8 dk okuma süresi
427 0

Rusiya I Pyotrun vəsiyyətini pozdu
Rusya'dan Türkiye'ye olumlu haber
Sankt-Peterburq şəhəri 1712-1917 illərdə Rusiya imperiyasının paytaxtı olub. Bu şəhər Rusiya tarixində əhəmiyyətli yerə malikdir. Şəhərin əsasını qoyan I Pyotrun ermənilərə münasibəti, eləcə də Pyotrun Qafqaz siyasətində ermənilərə verdiyi önəm heç kəsə sirr deyil. Azərbaycan-Erəmənistan prezidentlərinin görüşünün Sankt-Peterburqda, yəni ermənilərin himayədarı olmuş Pyotrun şəhərində təşkil edilməsi müəyyən mənada Rusiya tərəfindən bir mesaj ola bilər. Bir nüansı da nəzərə almaq lazımdır ki, Sankt-Peterburq şəhəri həm Bakı, həm də İrəvanla qardaşlaşmış şəhərdi. Təbii ki, bütün bu prizmalardan da yanaşdıqda aydın olur ki, bu şəhərin Moskva tərəfindən görüş yeri kimi seçilməsi heç də əbəs deyil. Mümkündür ki, Rusiya bu şəhəri seçməklə tarixi kontekstdən çıxış edərək, bir növ I Pyotrun vəsiyyətində siyasi reform apardığını, yəni Ermənistanla Azərbaycanı barışdırmağa çalışdığını, daha dəqiq desək, mövcud şərtlərdən asılı olaraq tarixi marağını modernizasiya etdiyini göstərməyə çalışır.
Beynəlxalq münasibətlərdə, xüsusən də xarici siyasətdə belə bir yanaşma var. Dövlətin məqsədi onu siyasətini ortaya çıxardır. Buradan belə bir məntiqi fikir yaranır ki, dövlətin öz hakimiyyəti vasitəsi ilə hərəkət etmirsə, deməli, siyasəti də yoxdur. Siyasəti yoxdursa, məqsəd də yoxdur və bu da yoxdursa, dövlətin özü də yoxdur. Qısaca desək, Ermənistanın hazırkı siyasi durumu onun Rusiyadan asılılığını, yəni bir dövlət olaraq suveren olmadığını sübut edir.

Rusiyanın təşkilatçılığı ilə 20 iyun tarixində reallaşan Sankt-Peterburq görüşü üçtərəfli görüş kimi xarakterizə edilir. Maraqlıdır ki, əvvəlcə görüşə ATƏT-in nümayəndələri dəvət edilməmişdi. Almaniya XİN-in rəhbəri, ATƏT-in sədri cənab Ştaynmayer Vyana görüşündə olduğu kimi bu görüşdə də iştirak etmirdi. Buradan da aydın olur ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində liderlik estafetini heç kəsə vermək fikrində deyil.

Qarabağla bağlı “Ağ-qara” fikirlər

ATƏT-in Minsk qrupunun Amerikalı həmsədri, münaqişənin həllindən ötrü bu posta təyin edilmiş diplomat Ceyms Uorlikin Sankt-Peterburq görüşündən sonra Ermənistanı müdafiə edən qara fikirlər səsləndirməsi, heç də ABŞ-ın münaqişənin həlli ilə bağlı söylədiyi rəsmi fikirləri özündə ehtiva etmədi. Amerikalı həmsədr bildirdi ki, “İnsidentlərin araşdırılması mexanizminin detalları müzakirə olunur”. Bu fikri səsləndirən cənab Uorlikin, əslində, Ermənistanın mövqeyindən çıxış etdiyi açıq-aşkar görünür, çünki uzun illərdir ki, Ermənistan cəbhə xəttində münaqişənin dondurulmuş vəziyyətdə saxlanılmasına xidmət edən mexanizmin qəbuluna çalışır.

Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun Sankt-Peterburq görüşünə dair açıqlaması müəyyən ümidlərə yol açdı. Lakin Rusiya XİN sözçüsü Mariya Zaxarova Novruz Məmmədovun fikirlərini təkzib etdi. O, bildirib ki, “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüşünə dair ədalətsiz şərh verməkdən imtina etmək lazımdır”.

Güman etmək olar ki, Rusiya XİN sözçüsü bu fikri Ermənistan müxalifətinin aktivləşməsinin qarşısını almaq üçün səsləndirib. Çünki həqiqətən rayonların qaytarılması ilə bağlı razılaşmanın həyata keçirilmədən öncə elan edilməsi Ermənistan daxilində müəyyən gərginliyə yol aça bilər. Bütün bu deyilənlərdən belə aydın oldu ki, Məmmədov-Nalbadyan-Zaxarova üçlüyü bir-birilərini əldə olunmuş razılaşmaya aid düzgün şərh verməməkdə, bəlkə də tələsməkdə ittiham etdilər. Sankt-Peterburq görüşündən əldə olunmuş məlumata görə razılaşma mahiyyətcə, Vyana razılmasını təkrarlayır. Doğrudu, detallar açıqlanmasa da, nəzərə çarpacaq dərəcədə fövqəladə hər hansısa bir uğur yoxdur.

Görüşdən sonrakı açıqlamalarda nikbin ab-hava olsa da, faktiki ciddi razılıq hələ ki, ortada yoxdur. Lavrov prezidentlərin imzaladığı birgə bəyanatla bağlı bildirib ki, prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına əlavə dinamika qatmaq barədə razılığa gəliblər. Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov da açıqlamasında qeyd edib ki, görüş konstruktiv şəkildə keçib.

Sankt-Peterburq görüşünün fonunda Rusiyanın Azərbaycan və Ermənistana silah satması ilə bağlı yayılan xəbərlər də xüsusi önəm daşıyır. Regiondakı mürəkkəb situasiyanın qarşısını almağa çalışan tərəf kimi özünü dünyaya təqdim edən Rusiya başlatdığı danışıqlar bitər-bitməz müharibə vəziyyətində olan hər iki tərəfi miliratizasiya etməyə çalışır. Şübhəsiz ki, rəsmi Kremlin tərəfləri silahlandırması onun Dağlıq Qarabağ münaqişəsinin həllindən ötrü aprel ayında başlatdığı sülh missiyasının ədalətli olmasına kölgə salır.

Almaniyanın “7 Prinsipi” və 7 rayon

2016-cı ilin 1 yanvar tarixindən Almaniya ATƏT-in Minsk qrupuna sədrlik edir. Ancaq son iki vacib görüşdə rəsmi Berlin iştirak edə bilməyib. Təbii ki, bunun Almaniyadan asılı olmayan səbəbləri var. Vyana görüşünə sədr olaraq qatılmaq istəyən Almaniyaya qarşı müəyyən süni əngəllərin yaradıldığını vurğulamaq lazımdır. Elə bu səbəbdən də rəsmi Berlin Vyana görüşündə iştirak edə bilmədi. Əlbəttə ki, Almaniya XİN-in rəhbəri Frank-Valter Ştaynmayerin iyun ayının 23-də Berlində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşməsi və Almaniya ali diplomatının yaxın zamanda regiona baş tutacaq səfəri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. “7 Prinsip” adlı təklif irəli sürən Almaniya hələ ki tam olaraq təklifin detallarını açıqlamayıb. Zənn etmək olar ki, Frank-Valter Ştaynmayer Vyana danışıqlarındakı razılığı rəhbər tutaraq regiona gələcək. Hələlik xüsusi bir təklifin Almaniya tərəfindən irəli sürülməsi inandırıcı görünmür.
Roma Papası Fransiskin Ermənistan səfəri də bütün bu hadisələrin fonunda vacib olay sayılır. Mütləq nəzərə almaq lazımdır ki, Ermənistana səfər edən bütün katoliklərin rəhbəri Fransisk öz səfəri ilə Ermənistanın yanında oluqlarına eyham vurur. Axı, nə də olsa, 2016-ci ilin fevral ayında Kubada baş tutan Katolik-Pravoslavların “min illiyin görüşü” əbəs yerə deyildi. Həmin görüşdə imzalanan 30 müddəadan ibarət deklorasiyada bütün dünyada əzilən xristianların himayə olunması olduqca böyük əhəmiyyət daşıyır.
Bütün bunları nəzərə aldıqda açıq-aşkar görünür ki, Cənubi Qafqazda, ələlxüsus da Dağlıq Qarabağ münaqişəsində bir sıra dövlətlərin və dini institutların maraqları var. Hal-hazırda münaqişənin tezliklə həlli real görünmür.

Fərrux Həsənov
http://terefdar.az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir