Rusiya – Gürcüstan müharibəsinin başlamasının 12-ci ili bu gün tamam oldu. Rusiyanın Təhlükəsizlik Şurasının sədrinin müavini və keçmiş prezident Dmitri Medvedyev bununla əlaqədar yazdığı statusda “faktiki olaraq Rusiya Federasiyasına qarşı müharibə elan olunmuşdu” ifadəsini işlədib. Medvedyev prezident olduğu həmin 2008-ci ildə yeganə mümkün qərar verdiyini və əvvəlcə Cənubi Osetiya ilə Abxaziyanı “hücumdan müdafiə etdiyini”, daha sonra isə həmin bölgələrin vətəndaşlarının xahişi ilə adı çəkilən bölgələrin “müstəqilliklərini” tanıdıqlarını yazıb. Medvevyevin fikrincə, guya Rusiya müdaxilə etməsəydi, Cənubi Qafqaz barıt çəlləyinə dönəcəkdi.
Rusiya rəsmiləri həmişə olduğu kimi münaqişələri özlərinin maraqlarına uyğun – baş ayaq şəkildə izah edirlər. Rusiya Gürcüstanın torpaqlarını işğal edib. Məsələ bu qədər sadədir. Gürcüstanın o zamankı prezidenti Mixail Saakaşvilinin yeganə istəyi Cənubi Osetiyanı ram etməklə ərazi bütövlüyünün təminatında önəmli addım atmaq idi. Sadəcə, Saakaşvilinin səhvi onda oldu ki, Cənubi Osetiyanın da Acarıstan kimi asanlıqla ram edəcəyini düşündü. Cənubi Osetiyada Rusiyanın sülhməramlıları var idi. Ona görə də Moskva Tiflisin Cənubi Osetiyanın Gürcüstana qatılmasına razılıq verə bilməzdi. Yaxın tarixdən örnək olan bu hadisə bizə bir daha anlatmalıdır ki, Rusiyanın “sülhməramlılar” adı altında Dağlıq Qarabağa gəlişinə icazə vermək olmaz. Onlar gəlsələr, bir daha çıxmayacaq və erməni separatçılarının Azərbaycan torpaqlarında təhlükəsizliklərinin təminatçısı olacaqlar.
Elhan Şahinoğlu
Rusiya – Gürcüstan müharibəsinin başlamasının 12-ci ili bu gün tamam oldu
213 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.