KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Rusiya – Ermənistan vahid ordusu Azərbaycana qarşı

Rusiya – Ermənistan vahid ordusu Azərbaycana qarşı

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
446 0

Ermənistanla Rusiya arasında vahid hava hücumundan müdafiə qoşunlarının komandanı Ermənistanın Baş qərargah rəisi Movses Akopyan təyin olunub. Qeyd edək ki, Rusiyann Ermənistanla vahid ordu birləşməsi yaratmaqda əsas məqsədi Cənubi Qafqazda möhkəmlənmək və Azərbaycana qarşı çəkindirici faktor yaratmaqdır.

Ermənistan və Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində əməkdaşlıq edir və bu müqavilə üzrə təşkilat üzvüləri birbirlərinin xarici təhlükəyə qarşı birgə mübarizədə cavabdehlik daşıyır. Əgər, Rusiya ilə Ermənistan arasında təşkilat çərçivəsində müqavilə varsa, təşkilatdan kənar iki ölkənin vahid qoşun birliyinə ehtiyac olmamalı idi. Belə bir vahid qoşun birləşməsinin yaradılması onu göstərir ki, KTMT işlək vəziyyətdə deyil. Üzv ölklər birbirlərinə etibar etmir. Həmçinin üzv ölkələr Ermənistanın işğalçı və şantajçı siyssətinə qarşı olmaqla Azərbaycanla ikitərəfli yüksək əlaqələrə malikdirlər. Təbii ki, burada Rusiyanı çıxmaq şərti ilə. Çünki, rəsmi Kreml Ermənistanın əsas strateji müttəfiqidir.

İstənilən zaman Azərbaycan öz ərazilərini işğaldan azad olunması üçün hərbi əməliyyatlara başlayarsa, Ermənistan və Rusiyanın vahid qoşun birləşməsi Qarabağda hərbi əməliyyatlarda iştirak edə . Bunu Ermənistan rəsmiləridə etiraf edir. Amma Naxçıvan və Tovuz istiqamətində Ermənistan çalışar ki, təxribatlar həyata keçirsin, nəticədə bu vahid ordu birləşməsi həmin istiqamətdə Azərbaycana qarşı cəbhədə yer alsın. Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, Rusiyanın Cənubi Hərbi Dairəsinə bağlı olan Ermənistandakı vahid birləşmə niyə Rusiyada deyil, Ermənistanda mövcuddur. Halbuki, Rusiya özü NATO tərəfindən hərbi mühasirəyə alınıb və Ukrayna ilə müharibə şəraitindədir. Deməli, Ermənistanda bu qoşunu yaratmaqda əsas məqsəd, Azərbaycana qarşı hərbi təcavüzü davam etdirməklə, status-kvonun qorunmasına çalışmaq, Azərbaycanı nəzarətdə saxlamaqdır.
Muhammed Asadullazade

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir