İran ABD gerginliğinde diplomasi

UKRAYNA’NIN ASKERİ TEKNİK KOMPLEKSİ RUSYA’YI DENGELEYEBİLİR Mİ

ОРГАНИЗАЦИЯ УПРАВЛЕНИЯ ГОРСКИМИ НАРОДАМИ СЕВЕРНОГО КАВКАЗА В XIX — НАЧАЛЕ XX ВВ.: ОСНОВНЫЕ ЭТАПЫ, ОСОБЕННОСТИ И ПРОБЛЕМЫ

İran tehditleri hakkında ciddi istihbarat bilgilerimiz var

RUSIYA AZƏRBAYCANLA HANSI SAZİŞİ İMZALAMAQDAN ÇƏKİNİR?

Azerbaycan, Foto Galeri, Rusya 4 Mart 2019
49

Rusiya işğal edilmiş Krımın “qanuniləşdirilməsinə” istiqamətləndirilmiş səylərini fəallaşdırıb. Bu təxribatlar müxtəlif formalarda həyata keçirilir. Krıma turist axını təşkil etməyə çalışır, Krımda istehsal olunan malların başqa ölkələrdə satışını təşkil edir, Krımı Rusiya ərazisi kimi göstərən xəritələri müxtəlif ölkələrə göndərirlər. Bu siyasəti Azərbaycanda da həyata keçirməyə çalışıblar və hər siqnal alınınca Azərbaycanın hüquq-mühafizə orqanları bu təxribatların qarşısını alıb.

Rusiyadakı mərkəzlər, nəhayət, anlamalıdırlar ki, Krımın Rusiya ərazisi kimi tanıtdırılmasının Azərbaycanda həyata keçirilməsinə imkan verilməyəcək. Birincisi, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır, ikincisi, Azərbaycan özü separatçılıqla mübarizə aparır və başqa separatçılara öz ərazisində fəaliyyət göstərməyə imkan verə bilməz.

Buna baxmayaraq, Rusiyadakı bəlli mərkəzlər dayanmaq bilmirlər. Məsələn, Rusiya bu il müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda iqtisadi toplantılar və birgə forumlar keçirmək istəyir. Nümayəndə heyətlərinin tərkibinə Krımdan olan biznesmenlərin və layihələrin daxil edilməsi təşəbbüsləri istisna deyil. Diqqətli olmalıyıq. İstisna deyil ki, Rusiya sahibkarlarının Azərbaycana biznes-missiyası çərçivəsində (4-6 aprel 2019-cu il) işğal edilmiş Krımın biznes nümayəndələrini də daxil etməyə cəhd etsinlər. Belə təşəbbüslər olarsa, bunun qarşısı əvvəlcədən alınmalıdır.

Krımda ciddi sosial-iqtisadi problemlər hökm sürür, turizm sahəsində irəliləyiş yoxdur. Rusiyanın Krımı izolyasiyadan çıxarmaq və xarici dövlətlərlə əməkdaşlığa təşviq etməsi bu 5 ildə mümkün olmadı. Belə olan halda Kreml Krımı tanıtdırmaq üçün təxribatlara əl atır.

Bu arada, Azərbaycanın işğal altındakı torpaqlarında Rusiya və erməni şirkətlərin həyata keçirdiyi qanunsuz fəaliyyəti xatırlamaq yerinə düşər:

– İşğal edilmiş Qarabağda telekommunikasiyasını fəal şəkildə inkişaf etdirən MeqaFon Rusiya mobil rabitə operatoru;

– Erməni filialı olan Armentel şirkəti vasitəsilə separatçı Dağlıq Qarabağda mobil rabitə və internet xidmətləri göstərən Rusiyanın Beeline şirkəti;

– Ermənistan Elektrik şəbəkəsi (ENA) vasitəsilə Dağlıq Qarabağı elektrik enerjisi ilə təmin edən Rusiyada təsis edilmiş Tashir Group biznes-konqlomeratı. 2016-cı ilin aprelində baş vermiş “dörd günlük müharibədən” sonra isə Tashir Group müharibə fəsadlarını aradan qaldırmaq üçün Dağlıq Qarabağ “hakimiyyətinə” 5 milyon dollar köçürüb;

– Rusiya şirkətlərinin Azərbaycanın işğal edilmiş ərazilərində faydalı qazıntıların axtarışı və qanunsuz hasilatında iştirakı (ekspert qiymətləndirilməsinə əsasən, işğal edilmiş ərazilərdə 1250 ton qızıl, 4550 ton gümüş, 1,86 mln ton mis və digər metal ehtiyatları var).

– Rusiyanın “Oil Cracking” şirkətinin Dağlıq Qarabağ iqtisadiyyatına yatırdığı 100 min dollardan çox sərmayə.

Bu siyahını uzatmaq da olar. Bəlkə elə buna görədir ki, Rusiya Azərbaycanla ikitərəfli sənədlərə işğal altında olan Azərbaycan ərazilərində qanunsuz fəaliyyət və qanunsuz məhsulların tədarükünün qadağan edilməsi haqqında müddəaları daxil etməkdən çəkinir. Belə bir saziş Azərbaycanla Ukrayna arasında mövcuddur. Rusiya isə separatçılara dəstək siyasətinə görə Azərbaycanla və digər dövlətlərlə oxşar saziş imzalamaq istəmir.

Milli Məclisdə müzakirələr zamanı bir qrup millət vəkili işğal edilmiş ərazilərdə təbii resursları hasil edən Rusiya şirkətlərini məsuliyyətə cəlb etməyə imkan verən qanun layihəsinin hazırlanması haqqında təşəbbüslər irəli sürüb. Bu təşəbbüslərin qanun halına gətirilməsinə ehtiyac var.

“Atlas” Araşdırmalar Mərkəzi
Elhan Şahinoğlu

Yorumlar