ABD yeni savunma sekreter vekili Mark Esper

Esper: F 35 tam kapasite kullanılamayacak

Изготовлен нижний полукорпус реактора для 1-ого энергоблока АЭС Аккую

Almanyanın yeni savunma bakanı Annegret Kramp-Karrenbauer

Rusiya Azərbaycandan nə istəyir?

Gündem, Rusya 20 Şubat 2019
70

Toğrul İsmayıl: “Kreml Cənubi Qafqazı özünün arxa bağçası olaraq görür”
Rusiya post-sovet respublikalarına özünün “arxa bağçası” kimi yanaşmaqda davam edir. Bunu dolayısı ilə Rusiya siyasətçiləri də etiraf edir. Moskvanın Ukraynada, Moldovada, eləcə də Gürcüstan və Azərbaycandakı siyasəti, eləcə də Orta Asiya üzərində hələ də təsirini saxlaması bunu təsdiqləyir.

Bunun ən bariz nümunələrindən biri də Rusiyanın Azərbaycanla münasibətləridir. Moskva artıq 30 ilə yaxındır müstəqil olan Azərbaycanla “dil tapa” bilmir. Baxmayaraq ki, rəsmi Bakı əksər beynəlxalq platformalarda Rusiyanı dəstəkləyir, eləcə də iki ölkə arasında münasibətlərin yüksək səviyyədədir. Buna baxmayaraq hələ də vaxtaşırı iki ölkə arasında narazılıq doğuran məsələlər üzə çıxır. Eləcə də Azərbaycanın ən böyük problemi olar Qarabağ münaqişəsinin həlli yubanır. Baxmayaraq ki, hər kəsə aydındır, Rusiya Ermənistan üzərində ciddi təsirə malikdir və Rusiya dəstəyi olmadan ermənilər uzun zaman tab gətirə bilməz.

Rusiyanın Azərbaycana və post-sovet respublikalarına bu münasibətinin arxasında hansı amillər dayanır? Moskva hələ də köhnə xəritələr üzərindən baxır bölgəyə?

Politoloq Toğrul İsmayıl “Yeni Müsavat”a açıqlamasında Rusiya ilə Azərbaycan arasında münasibətlərin müstəqilliyin ilk illəri ilə müqayisədə indi daha yumşaq olduğunu bildirdi: “SSRİ dağıldıqdan sonra ilk müstəqil olan ölkələrdən biri olaraq Azərbaycan Rusiya ilə bərabərhüquqlu əməkdaşlıq təklif edib. Prezident Əbülfəz Elçibəyin Moskva səfəri zamanı tutduğu prinsipial mövqe, hətta rus dilində danışmaqdan imtina edərək Azərbaycan dilində danışması bir mənada Rusiyaya bərabərhüquqlu əməkdaşlıq çağırışı idi. Yeltsin isə ilk vaxtlarda Rusiyanın SSRİ-nin varisi olması faktorunu önə çəkmək istəsə də, dövrün şərtləri ilə barışmalı oldu. Üstəlik o zaman həm iqtisadi böhran vardı, həm də Şimali Qafqazda davam edən müharibə Rusiyanı daha ehtiyatlı davranmağa sövq edirdi. Üstəlik həmin illərdə Rusiya Qərblə əməkdaşlıq edirdi”.

Ancaq T.İsmayılın sözlərinə görə, sonradan Rusiya əvvəlki siyasətinə geri dönüb və bu gün də o xətt davam edir: “1996-cı ildən sonra situasiya dəyişməyə başladı. Primakovun xarici işlər naziri təyin olunmasından sonra Rusiyanın xüsusən də post-sovet respublikaları ilə siyasəti dəyişdi, daha çox Rusiyanın üstünlüyü qabardılmağa başladı. Rusiya bu tarixdən post-sovet məkanını öz sahəsi olaraq görməyə başladı. Bu siyasət bu gün də davam edir. Putin Avrasiyanın güclü dövləti rolunu üzərinə götürüb, buna çalışır. Bu siyasət əslində Rusiyanın keçmiş sovet mirası üzərində yenidən hakimiyyətini qurması, keçmiş imperiya ərazilərində qəbul edilən gücə olmaq siyasətidir.
Bunu görmək üçün çox uzağa getməyə gərək yoxdur, Rusiyanın strateji hədəfləri, xarici siyasət konsepsiyasına baxmaq kifayətdir. Orda bütün bunlar açıq şəkildə ifadə olunur. Son illərdə bunu bir daha açıq şəkildə ortaya qoyub”.

Ekspert deyir ki, Putin Avrasiya Birliyi layihəsi bir mənada Rusiyanın keçmiş lider ölkə statusunu geri qaytarmaq cəhdidir: “Doğrudur, indi onun adı Avrasiya İqtisadi Birliyidir, amma Putin Qafqaz və Mərkəzi Asiyanı da bu qurumda görmək istəyir. Bu məsələnin ciddiliyi Rusiyanın xarici siyasətinin mahiyyəti ilə bağlıdır. Azərbaycana təzyiqlər rus diplomatiyasının məğzindən gəlir. Qərb ölkələrindən fərqli olaraq ruslar diplomatiyada incəlik göstərmirlər. Ətrafdakı dövlətləri kiçik, bir mənada Rusiyaya minnətli olaraq görürlər. Bu isə yanlışdır. Dünyada böyük dövlət anlayışı artıq aradan qalxıb müasir dövrdə. Bərabər hüquqlu dövlətlər var. Rusiyanın da bunu anlaması lazımdır. Məsələn, Qərb qarşısında kompleksli davranan Rusiya Cənubi Qafqaz və ya Orta Asiya ölkəsi qarşısında özünü söz sahibi kimi aparır. Bu da bir mənada keçmiş SSRİ siyasətinin davamıdır. Rusiya Cənubi Qafqazda Gürcüstan və Azərbaycanda, eləcə də Ukrayna və Moldovada separatçılığı dəstəkləyir. Ermənistanı hərbi güc vasitəsilə əlində tutub. Hətta siyasi hakimiyyət dəyişsə də, Rusiyanın nəzarətindən çıxa bilmir”.

Toğrul İsmayıl deyir ki, Rusiya Cənubi Qafqazı özünün arxa bağçası olaraq görür və davranır: “Xüsusən də Azərbaycan kimi ciddi enerji ehtiyatlarına mailik ölkələrin müstəqil siyasət yürüdüb Qərblə yaxınlaşmasına mane olmağa çalışır. Eləcə də Dağlıq Qarabağdakı separatçılar vasitəsilə, həmçinin Ermənistan hakimiyyətinə təsir etməklə Azərbaycana təzyiq etməyə çalışması əslində köhnə üsullardır və Rusiya siyasəti hələ də bu köhnə üsullarla işləyir. O da aydındır ki, Rusiyanın modern siyasi münasibətlər sisteminə keçməsi zaman alacaq. Bu səbəbdən də Azərbaycan xarici siyasətinin bunu diqqətə alıb, uyğun siyasət aparması lazımdır”.

Kenan Rovşenoğlu

Yorumlar