Almanyanın yeni savunma bakanı Annegret Kramp-Karrenbauer

Fransız Fariba Adelkhah İran’da kayıp

Gürcustan Azərbaycan qonşuluqu və tərəfdaşlıgı hər zaman dostluq münasibətlərlə secilmişdir

Azerbaycanın populer şarkıcısından mükemmel performans

RUSİYA – AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNDƏ NƏ BAŞ VERİR?

Gürcistan 13 Mart 2019
61

Xarici işlər naziri Elmar Məmmədyarov martın 7-də Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovu qəbul etdi. Nazir səfirlə görüşdə ikitərəfli əməkdaşlığın hazırki vəziyyəti haqqında danışdıqdan sonra keçdi əsas məsələyə: “5-6 martda Moskvada Azərbaycan torpaqlarını işğal etmiş separatçıların və Rusiyanın dövlət rəsmilərinin iştirakı ilə “Lazarev klubu”nun növbəti iclası keçirilib. Bu iclas Azərbaycanın etirazına səbəb olub”.

Elmar Məmmədyarov səfirlə görüşdə həmçinin onu da qeyd edib ki, hələ ötən ilin sonunda Yerevanda keçirilmiş sözügedən klubun ilk iclasına qondarma rejim nümayəndələrinin dəvət edilməsi, orada Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təxribat xarakterli çıxışların səsləndirilməsi ilə bağlı narazılığımız Rusiya tərəfinə çatdırılıb. Nazir bildirib ki, bu cür hallar Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin əsaslarını müəyyən edən normativ hüquqi bazaya, habelə Rusiyanın vasitəçi roluna ziddir.

Görünür, rəsmi Bakının kəskin etirazı və bu etirazın Rusiyanın Azərbaycandakı səfirinə bildirilməsi Moskvanın xoşuna gəlməyib. Çünki məhz bundan sonra Moskva iki addım atıb.

Birincisi, Moskvada qəfil əsasən azərbaycanlıların çalışdığı ticarət mərkəzlərində polis yoxlamaları həyata keçirilib. Bu Moskvanın illərdir sınaqdan keçirdiyi siyasətdir. Moskva qonşu dövlətlərin hər hansı birinin siyasətindən narazı qaldığı halda, həmin ölkənin Rusiyada çalışan vətəndaşlarının kütləvi yoxlamalarına başlayır. Bu Moskvanın həmin dövlətə mesajıdır ki, istənilən an həmin işçiləri “qanunsuz miqrasiya” adı altında Rusiya ərazisindən çıxara bilər. 2008-ci ildə Rusiya Gürcüstana müdaxilə etdikdə Moskvada gürcü işçilərin kütləvi həbsi həyata keçirilmişdi.

İkincisi, Rusiya Xarici İşlər Nazirliyi Azərbaycana səfər etməyi düşünən vətəndaşlarına xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığı bəhanəsi ilə erməni xalqına birbaşa və dolayı aidiyyəti olan bütün xarici vətəndaşları ölkəyə buraxmır. Bəyanatdakı ifadələr kəskinliyi ilə diqqəti çəkir: “Rusiya Federasiyası vətəndaşlarına qarşı etnik mənsubiyyətə görə diskriminasion hərəkətlərin yolverilməzliyi barədə Azərbaycan tərəfinə dəfələrlə etdiyimiz müraciətlər qulaqardına vurulur. Bu səbəblə, Rusiya vətəndaşlarına təkidlə tövsiyə edirik ki, Azərbaycan Respublikasına səfər planlaşdırarkən bütün mümkün riskləri nəzərə alsınlar”.

Rusiya XİN-nin bu bəyanatı iki ölkə arasındakı əməkdaşlığın əleyhinə yönəlib. Halbuki, iki dövlət arasında iqtisadi əməkdaşlıqda problem yoxdur. Elə bu bəyanatın yayıldığı gün Bakıda iki ölkənin ticarət əməkdaşlığı və qarşılıqlı investisiyalar barədə toplantısı keçirilirdi. Azərbaycana ən çox turist Rusiyadan gəlir. İndi isə Rusiya XİN vətəndaşlarına bildirir ki, Azərbaycana getməyin. Bu həm də “Azərbaycanın gəlirlərini artırmayın” deməkdir. Moskva vaxtilə eyni siyasəti Türkiyəyə qarşı istifadə etmişdi. Rusiya-Türkiyə münasibətlərinin gərgin olduğu dövrdə Rusiya XİN öz vətəndaşlarına müraciət edərək Türkiyəyə getməməyi məsləhət bilmişdi.

Rusiya ilə Azərbaycan arasındakı münasibətlər süni olaraq gərginləşdirilir. Kreml erməni separatçılarının Moskvada toplantısına icazə verməyə bilərdi. Digər tərəfdən Azərbaycana buraxılmayan bir neçə erməni mənşəli Rusiya vətəndaşına görə Rusiya XİN kəskin bəyanat yayınlamaya bilərdi.

Ermənistan Azərbaycan torpaqlarını işğal edib, Xocalı və digər soyqırımlar törədilib. Bu baxımdan Azərbaycana gələn istənilən erməni təhlükəsizlik problemləri ilə üzləşə bilər. Buna baxmayaraq, son illər ərzində Azərbaycana müxtəlif ölkələrdən ermənilər gəlib. Sadəcə, bu haqda onlar Azərbaycanın dövlət strukturlarına əvvəlcədən xəbər veriblər və səfərin məqsədini açıqlayıblar. Həmin ermənilərin gəlişinə şərait yaradılıb. Həmin ermənilər Bakıda olub, onların təhlükəsizlikləri təmin olunub, heç bir problemlə üzləşməyiblər.

Bakıya xəbərsiz gəlmək istəyən istənilən erməni isə obyektiv olaraq Azərbaycanın təhlükəsizlik orqanlarında suallar yaradır. Niyə gəlib? Məqsədi nədir? Rusiyada yaşayan azərbaycanlının Ermənistana səfərini təsəvvür etmək olarmı? Belə hal olmayıb. Çünki istənilən azərbaycanlı bilir ki, bilet alıb Ermənistana getsə ciddi problemlərlə üzləşəcək. Belə olan halda Rusiyada yaşayan erməni Ermənistanla müharibə vəziyyətində olan Azərbaycana niyə səfər etmək istəsin? Deməli, Azərbaycana əvvəlcədən məlumat vermədən gəlmək istəyən erməninin gizli niyyəti var. Yoxsa təhlükəsizlik problemləri ilə üzləşə biləcəyini əvvəlcədən bilən erməni mənşəli Rusiya vətəndaşı niyə əvvəlcədən məlumat vermədən Azərbaycana səfər etsin ki? Bu ona bənzəyir ki, İkinci Dünya Müharibəsinin getdiyi illərdə Almaniyanın hər hansı vətəndaşı Moskvaya getməyə risq edərdi.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

Yorumlar