KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Rusif Memmedsoy: Ermənistan yenə təxribata əl ata bilərmi ?

Rusif Memmedsoy: Ermənistan yenə təxribata əl ata bilərmi ?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
408 0

Ermənistan tərəfindən ard-arda sərsəm açıqlamalar səslənməkdə davam edir. Başda Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyan olmaqla digər publik simalar Dağlıq Qarabağda status məsələsinin gündəmə gətirilməsini və status verilməsini tələb edirlər.

Deyilir ki, Azərbaycan tərəfi indi Madrid Prinsiplərinə əməl edərək Dağlıq Qarabağa status verməlidir.

Əvvəla heç bir anlaşma, prinsip, danışıq, mərhələli həll planı, Madrid Prinsipləri yoxdur. Bu şansı çoxdan itirdilər. Əgər öz xoşlarıyla torpaqlarımızdan çıxsaydılar o zaman müzakirə predmeti ola bilərdi. Lakin, biz bütün bunları Şəhidlərimizin qanı, canı bahasına əldə etmişik. Hər hansı statusdan söhbət belə gedə bilməz.
Ölkə başçısı da dəfələrlə bunu qabardaraq deyir ki, ” status yoxdur, cəhənnəmə getdi ! “. Bunu bu qədər qəti şəkildə deyiriksə demək ki, imzalanan üçtərəfli anlaşmada buna xüsusi diqqət yetirilib. Əgər erməni tərəfi hər hansı təxribata, anlaşmanı pozmağa cəhd edərsə bu zaman burada birbaşa məsuliyyət Rusiya tərəfinin üzərinə düşür. Bu birmənalıdır. Status olmamalıdır !

Ara Ayvazyanın digər açıqlaması daha çox diqqət çəkir. O deyib ki, ” Azərbaycan tərəfi elə zənn edir ki, münaqişə bitib. Amma bu münaqişə hələ bitməyib. Bu o zaman bitəcək ki, 150.000 erməniyə Dağlıq Qarabağda status veriləcək “. Burada açar söz ” Bu münaqişə hələ bitməyib ” dir. Bu zaman sual yaranır. Nəyə və kimə güvənirsiniz ? Münaqişə bitmişdir. Özünüz də bunu təsdiqlədiniz. Darmadağın edildiniz. Bu sondur.

Hesab edirəm ki, Paşinyan hökuməti bununla Rusiyaya ultimatum göndərir. Ermənistanda vəziyyət çox gərgindir. Ölkə xaosa sürüklənir. Vətəndaş müharibəsi an məsələsidir. Qarabağdan gələn ermənilər İrəvanda özlərinə aid olmayan evlərə girir, yaşayır və çıxmaq istəmirlər. Bu da böyük narazılıqlara səbəb olur. Bu mənada erməni hökumətinin bunun altından qalxacağı inandırıcı görünmür. Nə siyasi iradə baxımından, nə də iqtisadi potensialına görə. Məlumdur ki, Dağlıq Qarabağ öz varlığını erməni lobbisinin, xaricdə yaşayan varlı ermənilərin sayəsində davam etdirirdi. Bu mənada hazırkı hökumət Putinə buna bir əncam çəkməli olduğunu bildirir.

Digər variant isə siyasi meydanda çoxlu xallar itirən erməni hökuməti müxalifətin böyük təzyiqi ilə üz-üzədir. İctimai rəy də demək olar ki, bütünlükdə onların əleyhinədir. Bundan əlavə trol fabrikinin aşkar edilməsi də Paşinyana baha başa gələcək. Olan qalan inamı da yerlə yeksan edəcək. Bununla da bir növ erməni cəmiyyətinə müraciət edirlər. Eynilə savaş zamanı etdikləri kimi. Yenə yalanlar, təxribatlar və.s. Bəs indi erməni cəmiyyəti yenidən onlara inanacaqmı ? Bu çətin sualdır. İnanmamalıdır.

Hər halda bir az öncə qeyd etdiyim kimi bu məsələdə birbaşa məsuliyyət Rusiyanın üzərindədir. Əks halda yenidən hərbi əməliyyatlar qaçılmazdır. Ancaq bunu nə erməni tərəfi, nə də Rusiya arzu etməyəcək. Erməni hökuməti ağlını başına toplamalıdır. Yoxsa altından çıxa bilməyəcək. Zəngəzur, Mehri və.s isə artıq xəyal olmayacaq !

İstənilən halda bunlar çox təhlükəli və narahatedici açıqlamalardır. Ölkədəki

Rusif Memmedsoy

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir