KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Rusif Məmmədsoy: Rusiya hər hansı həmlə ilə 3-cü dünya müharibəsinin də əsasını qoymuş ola bilər…

Rusif Məmmədsoy: Rusiya hər hansı həmlə ilə 3-cü dünya müharibəsinin də əsasını qoymuş ola bilər…

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
426 0

Bayden deyib ki, əgər Rusiya Ukraynaya hərbi müdaxilə edərsə bu zaman ona qarşı çox ciddi sanksiyalar tətbiq edəcəyik.
Eynilə 2014-cü ildəki açıqlamalara bənzəyir. NATO-a bu və ya digər mənada bel bağlamaq, ümid edib savaşa girmək ən azından sadəlövhlük olar. Bunun ən bariz nümunəsi Gürcüstan ( Abxaziya, Cənubi Osetiya ), Ukrayna, son illərdə isə Türkiyə. Türkiyə NATO-nun ən böyük müttəfiqlərindən biri idi. Hansı ki, məsələ elə bir yerə gəlib çatdı ki, Türkiyə NATO-nun ən böyük rəqibi Rusiyadan S-400 aldı, əməkdaşlıq genişləndi və.s. Yəni, NATO , ümumilikdə Qərb güvəniləcək tərəfdaş deyil. Hətta son həftələrdə Ukrayna İlhaq edilmiş ərazilərə Bayraktar TB2 pualar qaldırdı. Almaniya bilirsiniz nə dedi ? Dedi ki, Ukraynanı buna görə qınayırıq və bütün bunlar onun zərərinədir.
Təbii ki, bu dəfə məsələ bir qədər fərqlidir. ABŞ bu dəfə Ukraynaya hərbi texnika və.s daşıyır. Yaxşı anlayır ki, Rusiyaya imkan vermək olmaz. Sanksiyalar da bu dəfə daha ciddi ola bilər.
ABŞ və Rusiya ölkə başçılarının atmacaları da maraqlıdır.

Vladimir Putin : Biz NATO-nun sərhədlərimizə yaxınlaşmasına seyirci qala bilmərik. Bu bizim qırmızı cizgimizdir.

Bayden : Mən kimsənin qırmızı xəttini tanımıram.

Bu məsələdə Türkiyə də aktiv rol alacaq. Bu proseslər də ondan yan keçməyəcək. Hətta hər hansı qarşıdurma yaranarsa Türkiyə Rusiya münasibətlərində ciddi uçurum yarana bilər. Bu mənada Rusiya çox diqqətli olmalıdır.

İstənilən halda peykdən görüntülərə görə Rusiya Ukrayna ilə sərhədə çox böyük ordu və hərbi texnika toplayıb. Ukrayna tərəfi də öz tədbirlərini görməyə davam edir. Bu gün Ukrayna prezidenti Vladimir Zelenski Donbasa baş çəkib və vəziyyətlə tanış olub. Rusiya Ukrayna sərhəddində gedən hazırlıqlar dünya üçün təhlükəlidir. Hər hansı savaş baş verərsə bu ənənəvi savaşlardan fərqli olacaq.

Ukraynanın savaşa hazırlıq səviyyəsi ötən dəfəkindən daha yaxşıdır. O zaman orduda, eyni zamanda daxildəki hərc-mərclik, özbaşınalıq və agentura şəbəkəsi hesabına Rusiya Krımı çox rahatlıqla İlhaq etdi. İndi isə vəziyyət fərqlidir. Çox böyük müqavimətlə üzləşəcək. Nəticədən asılı olmayaraq Ukrayna mübarizə aparacaq. Yaxın həftələrdə ukraynalılar prezident sarayının qarşısına toplaşaraq Rusiyaya heç bir güzəşt edilməsin adı altında aksiya təşkil etdilər. Ümumilikdə cəmiyyət buna hazır görünür. Ancaq istənilən halda Azərbaycandakı kimi ( 44 günlük savaş ) Milli Ruh lazımdır. Qara Dəniz məsələsi də Rusiyaya qarşı fərqli istiqamətlərdə cəbhə açmağa şərait yaradacaq amillər sırasındadır.

Ukrayna Müdafiə Naziri qeyd edib ki, Rusiya hərbi müdaxilə edərsə onları öz qanlarında boğacağıq və ruslar öz evlərinə tabutlarda geri dönəcək.

Təbii ki, Rusiyanın da narahat olduğu məsələlər var. Onlardan ən başlıcası isə Bayraktar TB2 pualarla bağlıdır. Hansı ki, bunu həm XİN səviyyəsində, həm də prezident səviyyəsində Türkiyənin diqqətinə çatdırıb Putin. Telefon danışığı əsnasında Türkiyənin Ukrayna ilə hərbi əməkdaşlığından narahat olduqlarını dilə gətirdilər. Təbii ki, hansı haqla bunu deyə bilirlər bu da ayrı müzakirə mövzusudur. Türkiyə kimi bir dövlətə hər hansı ölkə ilə hərbi əməkdaşlığı dayandır demək üçün ən azından ağlın getmiş olmalıdır. Hər bir halda narahatlıqları əbəs yerə deyil. Rusiya hər hansı həmlə ilə 3-cü dünya müharibəsinin də əsasını qoya bilər….

Rusif Məmmədsoy

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir