Գագիկ Ծառուկյանի ազատագրումը. նա չի մոռացել Քոչարյանի արածը

Azez’deki Olaylar Rus-Türk İttifakını Bozar mı?

ABŞ-ın Putinlə Ərdoğana qarşı yeni cəbhəsi: Kerç toqquşmasının şifrələri

Rus gazeteci: Erdoğan Trump-Putin görüşmesine başarılar diledi!

“Roqozinin Bakı səfəri uğurlu olmadi”

Azerbaycan 17 Aralık 2016
448

Azərbaycana son üç ay ərzində yüksək səviyyəli xarici rəsmilərin gəlməsi, göstərir ki, Azərbaycan müəyyən dövlətlərin maraq dairəsindədir. Bu günlərdə reallaşan İsrailin baş naziri Benyamin Netanyahunun Bakıya səfəri Aprel müharibəsindən sonra planlaşdırılmışdı. Çünki, Apreldə “dörd günlük” döyüşlərdən dərhal sonra, Rusiya özünü əsas oyunçu və “sülhpərvər” göstərib atəşkəsi təmin edərək, Ermənistanla “birgə havadan müdafiə” sistemini qurdu. Azərbaycanla üzdə danışıqlara strart verərək, Ermənistanı silahlandırmağı davam etdirdi. Azərbaycan bundan əsaslı narahat olması qaçılmaz idi, öz müdafiə və hücum strategiyasını möhkəmləndirmək üçün əsas tərəfdaşı İsraillə sıx münasibətləri genişləndirmək və yeni silahlar almasını zəruri edirdi. Faktiki Qarabağ danışıqların dayanması fonunda İsrail baş nazirinin səfəri tarixi və əhəmiyyətli səfər kimi, Azərbaycanın hərbi imkanlarının möhkəmlənəcəyinə xidmət edirdi.

Qeyd edim ki, Ermıənistanla payızda gözlənilən danışıqlar raundu əvəzinə Rusiya -Ermənistan “birgə ordusunun” yaradılması danışıqlara zərbə idi. Bu, Ermənistanın Qarabağ danışılardan yayınmasına ilkin present oldu.
Hazırda Rusiya, Aprel müharibəsindən istifadə edərək, Ermənistanı silahlandırmaqda, həmçinin öz qoşun növlərini burada yerləşdirərək, Cənubi Qafqazda möhkəmlənmək və ambisiyalı strategiyasını genişləndirir.

Apreldən sonra, Ermənistan tam müstəqilliyini Rusiyaya təhvil vermiş oldu. Çünki, hər bir dövlətin müstəqilliyini şərtləndirən onun müstəqil Silahlı qüvvələrinin olmasıdır. Ermənistan öz silahlı qüvvələrini Rusiyanın sərəncamına verərək, bundan məhrum olmuş oldu. Azərbaycanın hərbi uğuru müvəqqəti olaraq işğala son qoymasada, Ermənistanın müstəqilliyinə son qoymaqdadır.

Rusiyanın Cənubi Qafqazda aqressiv siyasəti, Azərbaycan kimi milyardlarla silah alıcısı bir ölkəyə qarşı avantürüst siyasətinin tərkib hissəsidir. Azərbaycan Rusiya ilə milyardlarla dollar məbləğində hərbi texnika, artilleriya sistemləri və zirehli maşınlar, helikopterlər, “S-300” havadan müdafiə raketləri alıb. Bu sövdələşmə nəticəsində, Azərbaycan Rusiyadan kifayət qədər ənənəvi silah növləri alıb və silah parkı kifayət edirki, yenidən belə silahları almasın. Çünki, hazırda Azərbaycana daha dəqiq, modern uzaqdan idarə olunan raket sistemləri, Pualar, qırıcı təyyarələr, 500 km hədəfi vuran dəqiq raket sistemləri, raketdən müdafiə silahları lazımdır. Rusiya bu silahlardan Azərbaycana vermək fikri yoxdur. Ermənistana verdiyi “İsgəndər-M” taktiki-operativ raketlərdən Azərbaycana verilməsi hələki, müzakirə obyekti deyil. Regionda dəyişən hərbi balansa görə Azərbaycan bu kimi, silahlara yiyələnmək, düşmən üzərində tam üstünlük qazanmaq üçün İsrail və Pakistanla hərbi əmədaşlıqda maraqlıdır. İsrail və Pakistan Rusiyanın Azərbaycana satmaq istəmədiyi raket və hərbi nəqliyyat növlərini məmuniyyətlə verməyə hazırdır. Son iki ayda Pakistan və İsrail rəhbərlərinin Bakıya səfərində ən başlıca məqsəd, hərbi əməkdaşlığı genişləndirmək olub.

Rusiya Azərbaycanın bu siyasətindən narahat olaraq, özünün silah bazarını kurasiya edən D. Roqozini Bakıya göndərdi. Rusiya Azərbaycanla yenidən, milyard dollar məbləğində yığılıb qalmış, Azərbaycanda kifayət qədər var olan tank və artilleriya sistemlərini satmag üçün yeni sövdələşməyə getmək istəyir. Azərbaycanın artıq, Rusiyanın ənənəvi silahlarına ehtiyacı yoxdur.Çünki, bu silahlardan kifayət qədərdir. Azərbaycan bir şərtlə razılaşmalıdır ki,onada “İsgəndər -M” taktiki raket komplekslərindən verilsin. “İsgəndərin” Azərbaycana satılması isə, Ermənistan üzərində psixoloji qələbəmiz deməkdir. Rusiyanın buna getməsi real görünmür. Məhz bu kimi, amillərə görə, Azərbaycan əvvəlki kimi, Rusiya ilə silah alverində maraqlı olmayacaq. Roqozinin Bakı səfəri, əvvəlki kimi uğurlu olmadı.

Azərbaycan Rusiyanın Ermənistana eyni ilə verdiyi silahlardan almaqdan sarı, həmin vəsaitlə İsrail və Pakistandan yüksək, modern və dəqiq silahlar almaq daha sərfəli və üstünlük deməkdir.Muhammed Asadullazade

Yorumlar