KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. ROBERT KÖÇƏRYAN SİYASƏTƏ HANSI GÜCLƏ QAYIDIR?

ROBERT KÖÇƏRYAN SİYASƏTƏ HANSI GÜCLƏ QAYIDIR?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
311 0

Robert Köçəryan ən mənfi “titullara” layiqdir, ancaq o hər nədirsə təhlükəli siyasi fiqurdur. O sıradan biri deyil, Azərbaycan torpaqlarının işğalını və etnik təmizləməni təşkil edənlərdən biridir, SSRİ və sonra Rusiyanın Xankəndidəki hərbi qüvvələrini öz tərəfinə çəkən şəxsdir, bunu bacarmaq isə xüsusi yaltaqlıq və inandırıclıq qabiliyəti tələb edir. Mən 1990-cı illərin sonunda həm Robert Köçəryana, həm də Serj Sərkisyana müxtəlif suallar vermişəm və aldığım cavablardan gəldiyim qənaət budur ki, Köçəryan siyasi fiqur olaraq Sərkisyanı üstələyir. Elə ona görə də baş nazir Nikol Paşinyanı aşırtmaq istəyən “Qarabağ klanına” və Ermənistandakı ruspərəst qüvvələrə Köçəryan başçılıq edəcək. İstisna etmirəm ki, Köçəryan keçmiş müttəfiqi Daşnaksütun Partiyası ilə artıq danışıqlara başlayıb. Məhz bu partiyanın deputatları prokurorluğa müraciət etmişdilər ki, Köçəran həbsdən azad edilsin. Həmin deputatların parlamentdə Paşinyanın əleyhinə səs vermələri yetərlidir ki, indiki baş nazir hakimiyyətini itirsin.

Köçəryanın həbsdən sonrakı müsahibəsindəki fikirlər həqiqətdən uzaq deyil. Deyir ki, Azərbaycanda Surət Hüseynov qiyam qaldırmasaydı biz Azərbaycanın torpaqlarını işğal edə bilməzdik. Yanlışmı deyir? Deyir ki, Paşinyan siyasətdə təcrübəsizdir, ordunun nəbzini duya bilmir, bölgədəki geosiyasi proseslərdən başı çıxmır və bu da Ermənistanın kövrək balaslaşdırılmış siyasətinin məhvinə gətirib çıxara bilər. Ermənistanın eks-prezidenti Rusiya-Amerika münasibətlərindəki gərginliyi, İrana qarşı artan sanksiyaları, Türkiyə-Azərbaycan müttəfiqliyinin güclənməsini, hətta Gürcüstanın NATO üzvlüyünə yaxınlaşmasını Ermənistan üçün ciddi təhdidlər kimi dəyərləndirir. Köçəryan bu fikirlərində də haqsız deyil.

Beləliklə, Paşinyan yaxın günlərdən başlayaraq enerjisinin bəlkə də əsas hissəsini Köçəryanın simasında yeni formalaşacaq müxalifətlə mübarizəyə sərf etməli olacaq.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir