KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Revan Şirvani: Demokratiya və insan haqqları “carcısı” qərbin yanaşması illərdir dəyişmir

Revan Şirvani: Demokratiya və insan haqqları “carcısı” qərbin yanaşması illərdir dəyişmir

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
316 0


Öz maraqlarına uyğun olduğu müddətcə rejimindən, yönətimindən aslı olmayaraq bütün ölkə və rəhbərlərlə dialoq və münasibətlər olur ən yüksək səviyyədə.
Elə ki, maraqlarına zidd vəziyyət yaranır, qarşı tərəf olur düşmən obrazında.
Öncə sivil insiyatifa başlığı altında, aşağıda göstərilən şəkildəki kimi kreativ işlərlə ETİBARSIZLAŞDIRMA fəaliyyətlər başlayır.
Sonra mediya araya girərək başlayır tirajlamağa və o ölkə rəhbəri olur obrazlı desək XORTDAN!
Ən yaxın tarixdən Səddam Hüseyn, Qəddafi vs hədislərini eşitmisiniz yəqin.
Uşaq atasına TV-də hərgün Səddam Hüseyni gördüyünü və bundan bezdiyini söyləyir. Sabahı uşaq və atası “yoxa çıxır”.
Və ya Səddamın oğlunun “bakirə qızlar sevdası”.
Və ya Qəddafinin “harəmxanası” vs.
Xordanlaşdırılaraq, ortadan qaldırılan bu liderlərin ölkəsinin indiki halına baxın.
Hafizanallah!
Və ən acısı budur ki, bizlər həp bu taktikanı türklər demiş yuturuq.
İndi də Rusiya lideri Putini etibarsızlaşdıraraq xortdanlaşdırırlar.
Halbuki adam haqqlı olaraq NATO-nu sərhədlərində görmək istəmir.
Bu etibarsızlaşdırma prosesində qərbin oyununa gəlməməliyik.
“Uzaq qohumnansa yaxın qonşu yaxşıdır” prinsipini unutmamalıyıq. Qonşuluğumuzu, ortaq tariximizi və birgə yaşama təcrübəmizi əsas alaraq DUYĞULARA deyil AĞILA önəm verməliyik.

Revan ŞirvaniKafkassam Bakü

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir