KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Ramiya Mamedova: Qazaxstanda baş verən hadisələr günün ən böyük müzakirə mövzusudur

Ramiya Mamedova: Qazaxstanda baş verən hadisələr günün ən böyük müzakirə mövzusudur

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
279 0

Rusiyanın yenidən SSSRini yaratmaq sevdası, Rusiyanın reqionda qetdikcə gücünü bərpa etməsi, KTMTnin “imijinin yenidən formalaşdıraraq” qücləndirilməsi, Türkiyə Dövlətləri Təşkilatının imijinə zərbə vurulması və onun fəaliyyətinin sıfıra barəbər olması, Türkiyənin Qazaxstana dəstək verməməsi və sair məsəslələr bütün dünya mediasında müzakirələri bitmir. Rusiyanın SSSRi dağıldıqdan sonra bu nəhənq gücün yenidən bərpa etməsi və buna uyğun hər cür siyasətin və oyunların aparılması, Rusiyanın tanınmış siyasətcilərinn, partiyalarının, aparıcılarının hətdə bloqerlərinin belə bu yöndə işlədiyini bilirik. Yeni xəbər deyil. Bu nəhənq gücü itirmək, onu yenidən hər yolla bərpa etməmək, özünün bir addmlığında, bir zamanlar əlinin altındakı dövlətlərin onun düşmənlərinə qapı acanlara dərs verməmək axmaqlıq olardı. Yəni Rusiya hecdə yeni və ondan gözlənilməyən bir hərəkət etmir, o hər zamanki kimi öz ampluasındadır. Türkiyənin son zamanlarda Qafqaz və Asiya reqionunda bu gədər geniş miqyaslı hərəkətə kecməsindən sonra, Ozalın isə zamanında Türk Dövlətlərinin Birliyinin vacibliyini ortaya goymasından sonra Ərdoğanın bu Birliyi bugünkü şərtlərlə ən yüksək səviyyəyə gətirməsi, bu dövlətlərinin gələcəkdə böyük quruluşa, Turan Bərabərliyinə dönüşməsini gözlədikdə niyəsə Türkiyə Qazaxstandakı, Türk Birliyinin ən vacib ölkəsində baş verən hadisələrə cox gec reaksiya verməsi az suallar doğurmadı. Türkiyənin bu məsələyə hansı prizmadan baxmasıda maraqlıdır. Cünki Türkiyə Rusiyayla son zamanlarda cox “kəllə kəllə”yə gəldi. Bu Suriyadan, Liviyadan, İrakdakı əməliyyatlardan başlayaraq Qarabağda ki 44 günlük savaşdakı galibiyyətə, Şuşa bəyənnaməsinə gədər. Lakin bu “kəllə kəlləyə” qəlmə hər dəfəsində iki rəhbər tərəfindən danışılaraq normallaşdırmaya nail olunur və danışıq masasında razılığa gəlinir. Lakin, Rusiya Türkiyənin Türk Birliyi sevdasına hec isti baxmır hələ hələ nəzərə alsaq ki, Rusiyanın torpağlarında bir cox türk kökənli millətlər və SSSRin bir cox dövlətlərinin türk dili və türk kökənlidir. Beləliklə Türk Birliyi Türkiyə və Azərbaycan bərabərliyindən addım addım Asiyayada yaxınlaşmağa başladı. Rusiya siqnalı aldı və hərərkətə gecti. Bir tərəfdən NATOya və Qərbə verdiyi ismarıclar (Ukrayna, Gürcustan, Belorusiya) digər tərəfdəndə isə Türkiyə və Türk Birliyi. Rusiyanın hərəkət və güc cərcivəsi daralmaya başladıqca Rusiya ismarıclardan real hərəkətə qecti və nəticə Belorusiyayla Rusiya Slavyan Birliyində birləşdi, Qazaxstanda qan töküldü, türk milliyyətcisi Nazarbayev “devrildi”, öz adamı olan Tokayev hakimiyyətdə qalaraq Rusiyaya calışmağa davam etməklə Türk Dövlətləri Təşkilatı başda Türkiyə olmaqla “sarsıldı”. Bəs bu həqiqətən mi elədədir?!
1.Türkiyə Birliyi KTMTdən fərqli olaraq siyasi bir qurluşdur. Onun ordusu olmadığı kimi dövlətlər arasında hərbi saziş yoxdur.
2. Türkiyə Asiya qitəsini Rusiya kimi tanımır və onun siyasətinə Rusiya kimi hakim nədə təsir imkanları var.
3. Secim Qazaxstanın özünə məxsusdur, oda Rusiyanı və onun təşkilatı KTMTni secdi (bunu bir coxları Türkiyə Birliyinə satqınlığı kimidə dəyərləndirir və bu Birliyin gələcəyini sual altına qoyur).
4. Türkiyə və Rusiya ikisidə bir birinin yürütdüyü siyasəti cox gözəl anlayır və bu sahədə bir birinə hardasa güzəştə gedir (əslində burda Osmanlı İdeyasının və Car Rusiyası ideyasının mövcudluğu).
5. Türkiyə Suriyada Bəşər Əsədi devirməyə calışdığı halda Rusiya onu gorudu və Suriya hakimiyyəti ilə hələdə münasibətlər normallaşmadı, bu vəziyyətin Qazaxstanda təkrarlanmaması ücün Tokayevi dəstəkləyərək özünün siyasətini və bu ölkədəki simasını qorudu.
6. Post Sovet Türk Dövlətləri anladılar ki digər güclərə qarşı hərbi qüvvələrini yenidən formalaşdırması və yeniləməsi ücün Türkiyədən bəhrələnmələrinin zəruriyyəti yarandı (Azərbaycanda olduğu kimi).
Əslində Türkiyənində cətin siyasi qurluşa sahib olan ölkə olduğunu bilirik. Burda həm avtokrat həmdə demokratiya mövcudluğu vardır. Türkiyənin başqa dövlətlərlə verdiyi bir cox qərarlar Məclisdə müzakirəyə cıxarılır və mütləq şəkildə razılaşdırılır. Onun ücün Türkiyənin nə qədər sərbəst siyasət yürütsədə dünya siyasətinə və yazılan və yazılmayan qanunlara uyması zəruriyti bəzən yaranır. Lakin Türk Birliyin ən böyük gələcək şansı hər zaman dediyim kimi Ərdoğan siyasətinə bağlıdır, yəni Türkiyə siyasəti kursu dəyişmədən Türk gücünü bərqərar etmək vacibdir.

Ramiya Mamedova

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir