Şimdi yükleniyor

Ramiya Mamedova: Papa Leonun XIV Türkiyə Ziyarətinin Məqsədi

Papa Leonun Türkiyəyə səfəri ilk baxışda sırf dini xarakterli təsir bağışlasa da, hadisəni dərin tarixi fonda, Vatikan–Türkiyə əlaqələrinin inkişaf xətti üzərində təhlil etdikdə, bu ziyarətin həm xristian dünyası, həm də geopolitik balans üçün mühüm mesajlar daşıdığı görünür. Vatikanın simvolik dili ilə Ankara diplomatiyasının reallıq yönümlü mesajları bu səfərdə kəsişdi və bunun nəticəsi həm regionda, həm Qərbdə, həm də islam dünyasında müxtəlif siyasi siqnallar verildi. Əslində Türkiyə Xristian Dünyası ücün böyük bir əhəmiyyət kəsb edir. Tarixə baxdıqda, bugünkü Türkiyə ərazisi xristianlığın ən erkən formalaşdığı, kilsə institutlarının təşəkkül tapdığı, şərq və qərb xristianlığının bölündüyü, böyük konsillərin keçirildiyi məkan olmuşdur. Buna görə Türkiyə təkcə coğrafi olaraq deyil, mənəvi və teoloji baxımdan da xristian sivilizasiyasının əsas beşiklərindən biri hesab olunur. Bunu xristian abidələrinin çoxluğu göstərir
• Efes — Məryəm Ananın son illərini keçirdiyi yer
• Antakya — “xristian” sözünün ilk dəfə istifadə olunduğu şəhər
• Kapadokya — erkən kilsə mərkəzlərindən biri
• İznik (Nikaia) — xristian tarixinin ən önəmli iki ekumenik konsilinin keçirildiyi yer
• İstanbul — qədim Konstantinopol, Şərqi Roma və Bizans imperiyalarının dini-siyasi mərkəzi
• Aya Sofya – xristian dünyasının ən böyük ibadət məkanı. Papanın ziyarəti bu abidənin“dünya mədəni və dini irsi” statusuna bir daha işarə idi.
Bu abidələr Türkiyənin tarixən xristian dünyasına yaxınlığını və bu coğrafiyanın xristianlığın yaddaş xəritəsində mərkəzi bir yer tutduğunu göstərir. Başqa sözlə, Türkiyə müsəlman ölkəsi olsa da, xristian mədəniyyətinin “keçmiş arxivləri” məhz bu torpaqlarda yerləşir. Papanın Bursa bölgəsindəki İznikə səfəri sıradan bir mərasim deyildi.İznik xristian dünyası ücün önem daşıyan bölqədir. İznik Konsilləri (325 və 787-ci illər) xristian teologiyasını formalaşdıran ən mühüm toplantılar idi. Xüsusilə I İznik Konsili: Teslis doktrinası, İsa Məsihin təbiəti, kilsə təqvimi və doktrinal vahidlik kimi məsələləri təsbit etdi. Papa burada dua etməklə -Kilsənin tarixi köklərinə dönüş mesajı verdi; Xristian aləminin parçalanmış vəziyyətində simvolik bir “vahid mənəvi başlanğıc” xatırlatması etdi; Türkiyənin xristian irsinə sahiblik mövqeyinə bir növ təşəkkür və hörmət göstərdi. Bu, həm də Vatikanın Türkiyə ilə dini dialoqunun və yeni siyasi səhifənin gücləndirmək niyyətinin göstəricisi idi.
Əslində Türkiyə – Vatikan tarixi əsirlər boyunca çoxqatlı və dəyişkən xarakter daşıyıb. Beləki,
1. Osmanlı dövrü -XV əsrdən etibarən Vatikan Osmanlı ilə həm rəqib, həm də diplomatiktərəfdaş kimi münasibətlər saxlayıb; Osmanlı imperiyasında xristian millətləri üçün Vatikan çox vaxt “müdafiəçi vasitə kimi” istifadə olunub; Osmanlı dövründə Papanın Konstantinopola təsiri olsa da, diplomatik ziyarətlər nadir idi.
2. Cumhuriyyət dövrü -1923-dən sonra Ankara ilə Vatikan arasında münasibətlər daha institusional və siyasi müstəviyə keçdi; II Vatikan Konsili dövründən sonra dialoq və dinlərarası anlaşma konsepsiyası gücləndi;
Müasir dövrdə isə münasibətlərin mərkəzində daha cox dinlərarası dialoq, azlıqların hüquqları, Yaxın Şərq və Aralıq dənizi təhlükəsizliyi,qaçqın və humanitar məsələlər dayanır.
Yəni bir sözlə Vatikan Türkiyəni həm “İslam aləminin böyük dövləti”, həm də “xristian irsinin sahiblərindən biri” kimi görür. Papa XIV Türkiye səfəri bir cox siyasi motivlərlə və mesajlarla da yadda qaldı. Belə ki, Vatikan tarixən Türkiyəyə iki fərqli optikadan baxıb – birincisi Xristianlığın tarixi mərkəzi kimi, ikincisi İslam dünyasına açılan strateji qapı kimi. Papa Leonun ziyarətində bu iki baxış eyni anda aktiv idi. Ziyarət təkcə dini dialoq deyildi — bu, Vatikanın “regional güc balansı”na dair mövqeyinin yenilənməsi idi. Cünki Vatikan son illərdə Yaxın Şərqdə xristian icmaların azalması,terror və zorakılıq, Qüdsün gələcəyi, qaçqın böhranı kimi problemlərdən narahatdır. Bu problemlərin heç birini Türkiyəni daxil etmədən həll etmək mümkün deyil. Bu səbəbdən səfər bir növ Ankara olmadan regional sabitlik mümkün deyil- mesajı verilmiş oldu. Bu mesajları biz hem Erdoğanın hemde Papanın cıxışlarındada gördük. Türkiye prezidenti Türkiyənin “dünya dinləri arasında körpü” statusunu təsdiqləyərək Qərb ilə Şərq arasında, İslam ilə Xristianlıq arasında,sivilizasiyalar arasında unikal vasitəçi ölkə olduğunu, həm imic siyasəti, həm də Ankara üçün bir soft-power strategiyası, Türkiyənin Qlobal güc kimi təsdiqi mesajı kimi təqdim edildi. Ərdoğan bu mesajı xüsusilə Qərbə yönəltdi. Digər tərərfdən də Aya Sofyanın məscid statusu dəyişməzdir, lakin xristian irsinə hörmət də qorunur deməsi həm daxili siyasət üçün yəni islamçı elektoratın məmnunluğu, həm də xarici siyasət üçün gərginliyin yumşaldılması ilə ikiqat mesaj verdi. Papa Leonun Türkiyə haqqında verdiği siyasi və qlobal mesajlar Vatikan müsəlman-xristian münasibətlərini XXI əsr geosiyasətinin kritik sahələrindən biri kimi görür. Türkiyə burada açar ölkədir; regional sabitlik və Yaxın Şərq siyasəti yəni Suriyada, Qüdsdə, Livanda,İraqda barışın bərpasında Türkiyənin rolunun vacibliyinə işarə edir. Eləcədə Vatikan Türkiyənin milyonlarla suriyalı qaçqına ev sahibliyini “xristianlıqda mərhəmət və humanizm prinsiplərinə uyğun bir addım” kimi qiymətləndirir, PapaTürkiyəyə bir növ “xristian irsinin qoruyucusu kimi davranmağa davam etməsi” çağırışınıda etməyi unutmadı. ABŞ, Avropa İttifaqı və Rusiya kimi aktorlara isə Türkiyənin dinlərarası dialoqda və regionda vazkeçilməz mövqeyə sahib olduğu mesajını verirdi.

Yorum gönder