KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Ramiya Mamedova: İran quyuya yox tam olaraq reqionda qaynayan qaynar qazana düsüb

Ramiya Mamedova: İran quyuya yox tam olaraq reqionda qaynayan qaynar qazana düsüb

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
275 0

Bir müddət öncə İranın Dini lideri “O kəslər ki qardaşlarına quyu qazırlar özləri elə o quyuya düşəcəklər” demişdi. İran Xarici İşlər Nazirinin də VIII Qlobal forumundan sonra verdiyi “Qonşularımız bizim qardaşımızdır” acıqlamasına baxsaq görərik ki İran quyuya yox tam olaraq reqionda qaynayan qaynar qazana və öz qardaşına qarşı qazdığı quyuya özü düsüb. Qarabağın 30 illik işğalı zamanı İran sözdə Azərbaycana dəstək versədə, torpaq bütövlüyünü tanısada Ermənistanı özünə daha yaxın və döğma qardaş görüb. Halbuki İranda ən cox azərbaycan əsilli türklər yaşayır lakin nəyəsə görə etnik azlığ qismində bilinən ermənilər bu ölkədə daha cox sevilir və doğma sayılır. Gələk İran və Azərbaycan Xarici İşlər Nazirlərinin son görüşündəki məqamlara. Ceyhun Bayramov yenə böyük loyallıq göstərib hər iki dovlət arasında fikir ayrılıqları və bəzi ziddiyətlər ola bilər deyə fikir soylədi. Lakin bu belədir mi? İran şiyə dövləti olaraq kimlərə xitab edir?! İran Azərbaycanla qərqinliyin geridə qaldığını iddia etsədə, Qafqaz reqionunda hər zaman özünü aparıcı qüvvə bildiyindən hər işimizə burun soxub, bizi Azərbaycan dövlətini onun əlində oyuncaq olacağını, ən əsasda dini məsəslələrdə yönətəcəyindən əmin olan bu “dost dövlət” bizə qarşı “ziddiyyətlərini” illərdi yəyinki bitirmir, hətda bizə bəzən düşmən kəsilir və düşmənimiz olan Ermənistana görünməmiş maddi və mənəvi dəstəklər verir. Qeri gaytarılmış torpaqlarda özünü bir zamanlar ağa sayaraq bu torpaqları istədiyi kimi talayan və istədiyi kimi istifadə etməsinə baxmayaraq bugün də belə Azərbaycanın geri qaytardığı torpaqlarındakı varlığını və gücünü gəbul etməmək ücün Zənqəzur dəhlizinə alternativ arayıb Ermənistanla yeni yol cəkilməsi barədə müzakirələr aparır, acıq aşkar dövlətimizdə din təbliğatı altında qarşıdurma yaratmaqa calışır, bir tərəfdən də erməni dilini və İranda olan erməni məktəblərini təbliğ edir, lakin öz dinindən olan türk qardaşlarını ermənilərdən fərqli olaraq nəinki öz dillərində təhsil almağ hüququndan məhrum edir, imkan vermir, həmdə Güney Azərbaycanlıları gözümcıxdıya salıb siyasi fəaliyyətlərini məhdudlaşdıraraq onları həbslərə atdırır. Saydıqca bitmir “dostumuzun” marifəti. Demək ki, İran bizə yox Ermənistana daha cox dost və qardaşdır, bizimlə isə sadəcə qonşudur. İranın yaratdığı bütün son gərginliklər əsasən bu reqiondakı gücünün azalmasından və beynəlxalq yükdaşımalar bazarında Azərbaycanı özlərinə asas rəqib olaraq görməsidir. Azərbaycan isə hər zaman yaxsı gonşu və hər “birimiz qazanaq” prinsipini həyata kecirərək yüksək səviyyədə əməkdaşlıqlar təklıf edib, İranın bu gədər problemlər yaratmasına baxmayaraq onun iqtisadi vəziyyətinin düzəlməsi ücün onun dünya üzərinə cıxışını təmin etmək məqsədilə “Şimal Cənub” layihəsini əsas təşəbbüskarlarından olub, həmcinin Azərbaycan illərdi müharibə vəziyyətində olmasına baxmayaraq layihənin maliyyəşməsi ücün qonşumuza külli miqdarda kreditlər ayırıb. Onu qeyd edək ki, bu yardımlar və kreditlər İranın bu zamana gədər Azərbaycan ücün yardımlarının toplam həcmindən qat qat coxdur. Dövlətimizin və Dövlət Başcımızın İrana göstərdiyi loyallıqları sadalamaqla bitməz, lakin bunun qarşılığında İran Zəngəzur dəhlizinin acılmaması ücün əlindən gələni əsirgəmir elə götürək Moskva və İrəvanla apardığları gərgin danışıqlar, Azərbaycana qoşun yeridəcəyini, müharibə və iki beynəlxalq məhkəmə ilə, Türkiyəni isə 1932 ci il Tehran müqaviləsi ilə əldə edilmiş ərazilərin mübahisələndirilməsi ilə təhdid etməsi. Son xəbərdə isə İranın Rusiyadan sonra Ermənistanı yeni müharibəyə hazırlamasıdır. İran və İrəvanın hərbi əməkdaşlığıda getdikcə irəlləməsi İranın nəinki Azərbaycan Ermənistan münaqişəsinin bitməməsinin hətda reqionda sabitliyin olmaması demək ki, İrana oldugca sərfəlidir. İranın qorxusunu bəlkədə anlamaq olar, İranda yaşayan İran türkləri getdikcə öz dədə yurdlarına qayıtmaq və birləşmək ücün cox calışırlar. İranın daxilində yaratdığı gərginliklərdə bu gorxunun tam bariz nümunəsidir. Molla avtokrat rejimi bu vəziyyəti yaxsı anlayır və təhlil edir. Lakin bu cür vəziyyətdə sona gədər getməyəcək. Qərb avtokrat rejimə və bu dövlətə qarşı yürütdüyü siyasət yaxın gələcəkdə nəticə verəcək. Lakin bu zaman İran dövləti yaxın gonşuları tərəfindən dəstək ala bilməyəcək. Son görüşlərində sətir altı məzmunu buna işarə edə bilər. İranın isə bu vəziyyətdə tək carəsi yenə Azərbaycan dostluğuna qalır, ki agıllı qonşu yaxşı qonşudan vaz gecmez prinsipine riayət edib reqionda düşmənciliklə yox dostluqla irəlləyə.
Ramiya Mamedova Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir