KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Ramiya Mamedova: İran bölgədə sülh ölkəsi olmaq niyyətindədir?

Ramiya Mamedova: İran bölgədə sülh ölkəsi olmaq niyyətindədir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
42 0

Bugün İranda yeni prezident secilmiş İbrahim Rəisinin and icmə mərasimi kecirirldi. Rəisin cıxışını dinləyərkən İranın cox masum və sülsevər bir siyasətə malik olduğu görünürdü. “Tehran cəlladı” adlandırdıgları və 1980 ci illərdə onun bir cox siyasi məhbusun ölümündə günahlandırdıqları Reisinin İran cəmiyytində secilməsinə narahat doğurur və bir mənalı qarşılanmır. Məsəslən məşhur İran hüquq müdafiəcisi Nərqiz Məhəmmədəli AB xarici siyasət qurumu rəhbərlərinin siyasi məsəslər üzrə müavini Enrike Moraya məktub ünvanlayaraq onun bu innogurasiyada iştirakını İrandakı repressiv hakimiyyətin ömrünün uzadılmasına və Avropanın yüksək demokratiyadan dəm vurmasına baxmayaraq avtoritar və dini rejimin dəstəklədiyini və İran xalqının ölümünə göz yumduğlarını yazmışdır. Enrike Morayın İrana getməsini İsrail və Avropa ölkələrindəki bir necə partiya rəhbərləridə etiraz bildirmişlərdi. Lakin bu etirazların hec biri İranla mövcud vəziyyəti pisləşdirmək niyyətində olmadıqlarını qöstərərək innoqurasiyada 73 ölkədən 115 rəsmi şəxs, 10 ölkə prezidenti, 20 parlament sədri, 11 XİN iştirak etdilər.
İranın 13 prezidenti innoqurasiyada iki vacib məsələyə toxundu
1. İranın nüvə proqramı yalnız dinc məqsədlidir və Ali dini liderin fetvasına əsasən, nüvə silahları qadağandır və İranın müdafiə strategiyasında yeri yoxdur. Bu o deməkdir ki, İran nüvə silahlarının hazırlanmasından və uranın zənginləşdirilmədsindən geri cəkilməyəycək lakin hec bir dövlətədə “təhdid” olmayacaq. Yəni mənim quyruğumu basmadan kimsəylə işim yoxdur. Həmdə İran bununla ABŞ a da mesaj göndərdirir ki sanksiyala baxılmaqla ABŞ la masaya oturub yenidən Nüvə razılaşmasına gedə bilər.
2. İranın xarici siyasətinin ən önəmli və əsas prioriteti qonşu ölkələrlə münasibətləri yüksəltməkdir. İran qonşu ölkələri və xalqları öz yaxınları hesab edir və uğurlu xarici siyasət balanslı xarici siyasət olmalıdır. Son İsrail İran münasibətlərindəki petrol tankerlərinə hucumunu və iki ölkə arasında ki və Ərəb dənizindəki ümümu gərginliyi nəzərə alsaq İranın balanslı siyasət yürütməsi yenə sual altında galmaqdadır. Cox təssüfki bizdə hələ İranın yaxın qonşusu olaraq bunu qörmürük. Təbii İran hər zaman Azərbaycanın torpaq bütövlüyünü tanısada Ermənistana verdiyi dəstəyidə görməməzdikdən gəlmək olmaz. Rəisin bu dəfə Qarağla bağl mesajını qözləyən Ermənistan və onun baş naziri İranda ala bilmədi. Yəni Ermənistana mesaj verildi ki İran Qarabağ məsəsləsinə təmkinlə yanaşır və yeni qeopolitik vəziyyəti qəbul edib, Qarabağ məsələsinə sözdə toxunmur lakin əməldə gördüyümüz yardımları da əsirgəmir.
3. Yaxın Şərqlə bağlı vəziyyətə isə taviz vermək niyyətində olmasada öz mövgeylərini gorumağa calışmaqla ABŞında əslində bu bölqələrdə bu dövrdə gərginliyin artmasının coxda tərəfdaşı olmadığını və Amerika ideoloqları nə qədər İsrailə dəstək versələr də, İranın nüvə silahı faktoruna görə çox da irəli gedə bilmədiklərini nəzərə alaraq iqtisadi cökməsinin qarşısını almag ücün konfliktlərin yeni diplomatik cözümlərinə və balanslı siyasətə acıq olduğunu göstərir.
Ramiya Mamedova

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.