KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Ramiya Mamedova: Donbass ssenarisi gercekleşe bilər mi?

Ramiya Mamedova: Donbass ssenarisi gercekleşe bilər mi?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
33 0

Soci görüşü nə verdi?! Rusiya və Ermənistan ücün bu görüşün nəticəsi sıfır olaraq dəyərləndirilir, Azərbaycan ücün isə yenidən öz sözündən dönməmə bir sözlə Əliyevin dediyi “Qarabağ müharibəsi Azərbaycan ücün tarixə yazılıb və münaqişə 2 il öncə bitib” ifadəsi Azərbaycanın xeyrinə 1:0 olaraq dəyərləndirir. Lakin bütün bunalara baxmayaraq Qarabağda gedən prosseslər uzanmaqda davam edir və bu proseslərin uzanmasında maraqlı olan dövlət bu prosesi status-kvoda saxlamaq niyyətindədir. Sil silə baş verən bütün son hadisələrə baxdıgda Rusiya, yəni Ermənistanda, Xankəndidə hətda İranda gedən proseslər Qarabağdakı vəziyyəti öz xeyrinə nəticələnməsi ücün əlindən qələni əsirgəmir desək yanılmarıq, Soçi görüşündəki Paşinyanın Rusiyanın istəyi ilə səsləndidiyi təklif və istəkləri qəbul olunmadığını görən Rusiya bundan sora hansı addım atacağını hesablamağa başlayacaq. Putin öz cıxışında məyyus vəziyyətdə bunu dilə qətirdi “hələki bir nəticə ala bilmədik, lakin bəzi addımlar sülh sazişi ücün atıldı”. Hansı sülh sazişindən danışılır soruşmaq bizə düşər, cünki iki il ərzində buna doğru Azərbaycandan başga hec bir dövlət maraqlı deyil nə Rusiyası nədə Ermənistanı üstəlik Qərb dövlətləridə. Ermənistan günahı hər zamanki kimi Azərbaycanda görür Azərbaycan isə real olaraq Ermənstanda və onun havadarlarında. Lakin hər iki dövlətin arasında fırlanan Rusiyanın başga məqsədi var deyəsəsn buda Qarabağ məsələsini yenidən dondurmaq və bu vəziyyətdə bir növ Ukraynadakı Donbassa bənzətmək. Xankəndində qedən mitinqlərin və orada səslənən şuarların, Rusiya bayraqların dalğalanmasının, Putinin şəkillərinin havaya qaldırılmasının arxasında duran məsələ Ermənistandan cox Rusiya ücündü. Cünki zamanında Donbass və Luqanskda gedən etiraz aksiyalarına bir növ bənzəyən Xankəndi mitinqi sonradan Rusiyaya birləşməsinə və Rusiya pasportlarının əhalisinə verilməsinə gətirib cıxardtı. Xankəndində başlayan bu senari Donbass partotipinə dönməsi ehtimalıda Rusiyanın ağılarına gələ bilər. Lakin Rusiya anlayır ki, Azərbaycan Ukrayna deyil və Ukraynanın arxasında dayanan yalancı Qərb yox real əməl sahibi olan Şuşa bəyənnaməsinə imza atan Türkiyə var. Həmən o Türkiyə ki, Rusiya onu itirməyi belə bu zamanda gözə ala bilməz. Həmcinin bügün bütün dünyadan təcrid olunan Rusiya üzünü Cənubi Kafkaza tutmaq məcburiyyətindədir və qabagcıl dövlət olan Azərbaycanla da münasibətlərinin korlanması əslində hecdə Rusiyanın xeyrinə olmayacaq, lakin Putinin və ya onun Qarabağla bağlı siyasətini yürüdənlər orda gedən proseslərə göründüyü kimi adekvat giymət vere bilmir və vəziyyəti getdikcə gərginləşdirir. Hansısa Vardanyanı Qarabağa gətirərək orada yeni layihə olan Rusiya torpağı yaranmasına gələcəkdə nail olmaq Rusiya ücün hecdə yaxşı nəticəyə gəlməyə bilər cünki bu dəfə başlayacaq hərbi əməliyyatlat Ermənistanın sonuna deyil hətta Rusiyanın bölgədə ki varlığını belə sual altına goya bilər Türkiyə faktoru unutulmadan.

Ramiya Mamedova

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir