KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Ramiya Məmmədova: Atalar sözüdür: “Qonşun pisdir köç qurtar”.

Ramiya Məmmədova: Atalar sözüdür: “Qonşun pisdir köç qurtar”.

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
287 0

Lakin bəzən bu mümükünsüzdür, cünki qonşularını seçmək olmur. Allah bizə qədirbilməz, nankor qonşular verib. Son zamanlarsa iki qonşu – Azərbaycanla İran arasında gərginlik artmaqdadır. İran Azərbaycanın 44 günlük qalibiyyətini, regionda baş verən real dəyişiklikləri hec cür qəbul edə bilmədiyindən başını hər gün bir cıxılmaz əngələlə soxur.

Ermənistana 30 il ərzində verdiyi dəstək, Qarabağda Azərbaycandan icazə almadan taladığı torpaq, orda apardığı tikintilər, düşmənimizə Qarabağ üzərindən tırlarla daşıdığı mallar və sair əməlləri yetməmiş kimi, bir də Azərbaycana barmaq silkələyib hansısa əyalət axundları vasitəsi ilə hədə qorxu gəlir.

İranı buna vadar edən nədir? Nüvə silahı ilə dünyaya barmaq silkələyən İran bu gün regiondakı Türkiyənin varlığından, Türkiyə ilə Rusiyanın isti münasibətindən, Ermənistanın Türkiyəyə doğru addımlamasından, üc Qafqaz ölkələsinin daha sıx yaxınlaşmasından və son dönəmdə də Azərbaycan Ermənistan münasibətlərinin ilıqlaşmasından cəkinərək özünün regionda təcrid olunmuş hiss edir, xoflanır və sağa sola hədə yağdırır?!

Deyərlər, soğan yeməmisən icin niyə göynəyər. Sən yaxşı qonşu olsan bu hadisələrdən qorxmazdın. Demək ki, İran nəyinki yaxşı qonşu deyil, hətta pis tərərfdaşdır. İranın bugünkü durumu məlumdur. İllərdir ABŞ sanksiyalarına məruz qalan ölkənin iqtisadi vəziyyəti getdikcə pisləşir, üstəlik yürütdüyü anormal xarici siyasət və diplomatik münasibətlərd iflicə uğrayır. Körfəz ölkələrinin mediası isə oda lap benzin tökür: İranın yaxın qonşularla müharibə səviyyəsinə gəldiyi acıqlamasını yayır. İran mediası da çaşqınlıq içində elə yazılar verir ki, məqsədyönlü və tam qərərzli şəkildə olur.

İran mətbautı Azərbaycanı kiçik dövlət olaraq göstərir, İranın tarixi torpaqlarında dövlət qurduğumuz yazır. Eyni iftiralar din xadimlərinin, dövlət rəsmilərinin, parlamentarilərin və hərbçilərin çıxışlarında təkrarlanır. İsrailin bizim ölkədə və azad olmuş torpaqlarda varlığı onların narahatlığına səbəb olur. Onlar Azərbaycan, Türkiyə və Pakistan üclüyünü özlərinə təhdid sayırlar. Din qardaşlarına qarşı məkrli siyasət yürütmək Allahdan uzaqlaşmaqdır.

Farsla erməninin milliyətcə fərqi olmadığına dair xeyli iddialar var. İran və Ermənistanın hərəkəti bu deyilənləri təsdiqləyir. Paşinyan da Azərbaycandan Rusiyaya şikayət edir, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian da. İran dövləti sərhədlərin dəyişdirilməsindən, Azərbaycan Türkiyə təlimlərindən, reqiondakı dəyişikliklərdən narahatdır. Bəs sən ay İran, işgal dönəmində Azərbaycanı saymadan Ermənistanla iqtisadi əlaqələrini genişləndirəndə, birgə layihələr işləyəndə, separatcı rejimə hər cür dəstək verəndə, Araz cayı üzərində su elektrik stansiyaları tikəndə, körpünün bir tərərfi bizim torpaqlara düşməsinə baxmadan bu hərərkətlərə yol verərkən Azərbaycanın narahatlığını hecə sayanda niyə düşünmürdün ki, bir gün gələcək və haqq-ədalət öz yerini tutacaq.

Bu gerçəkləri Lavrov da yaxsı bilirdi deyə, şıkayət daşa dəydi. Nazir əlini üzünə bulaşdırdı, (Lavrovdan yaxşı fırca deyim). İrandakı rejim Azərbaycana qarşı cıxmağın ona nə qədər baha başa gələcəyini, bu regionda tamamən yalnız qalmasına gətirib cixaracagını dərk etmir. İranın regiondakı qüvvələrlə yalnız başına kəllə kəlləyə gəlməsi də mümükünsüzdür. Türkiyə, Pakistan, İsrail, Gürcüstan, Rusiya hətta Ermənistan birgə əməkdaşlıq etməklə İranı tam gələcək layihələrdən təcrid edə bilər ki, bu hadislər rəsmi Tehranın kabusuna dönər. İranın Zəngəzur dəhlizinin açılmasını önləmək üçün hər cür təxribata getməyə hazır olduğunu da bilirik. “Cənubi Ermənistanı özünə birləşdirmək istəyəcəyi halda(söhbət Zəngəzur dəhlizinin açılmasından gedir) İran nəinki oranı, başqa əraziləri də azad edəcək” deyə Azərbaycan açıq şəkildə işğalla təhdid etməsi gülüncdür. İranın əsas məqsədi anti Azərbaycan və Türkiyə siyasətini şaxələndirməkdir. Bu isə İranın bəri başdan regionda uduzmuş zəif bənd simasını canlandırır. Deməli, artıq İranın praqmatik siyasətinin, onun nüfüzunun dini baxımdan belə azalması və tamamən dövlətimizdən təmizlənərək getməsinin, Əhli Beyt dəstələrindən dərs almasının vaxtı çatıb.

Ramiya Məmmədova kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir