KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Ramiyə Məmmədova: Rusiya Türkiyə ilə Suriyanı NİYƏ barışdırmaq istəyir?

Ramiyə Məmmədova: Rusiya Türkiyə ilə Suriyanı NİYƏ barışdırmaq istəyir?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
287 0

münasibətlərində bir növ normallaşma getmək üzrədir. Bunu dəfələrlə demişəm, bu gün də deyirəm ki, hazırda Türkiyənin dünya siyasətindəki rolunun artması və oynadığı rol türklər demişkən, “bir çok dengeleri bozmaya” başlayıb. Çünki Rusiya-Ukrayna savaşının başlaması, onsuz da Suriya, İraq və Liviyadan sonra dünyada yaranan nizamı pozdu”.

KONKRET.az üçün eksklüziv açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı politoloq Ramiyə Məmmədova sözügedən tarazlıqdakı dəyişmə proseslərinin Qarabağda gedən döyüşlərdə (2020, 44 günlük savaş) getməyə başladığını qeyd edib. Xanım siyasi ekspert bildirib ki, Rusiya hələ o vaxt özünün bəzi ambisiyalarından əl çəkməyə başlayıb:

“Səbəb isə Kremlin məqsədlərinin başqa səmtə – Ukraynaya yönəldiyi idi. II Qarabağ müharibəsindən əvvəl də, sonra da baş verənləri analiz edəndə görmək olar ki, Rusiya yenə də postsovet ölkələrini öz gücü altında toplamaq istəyir. Qafqazda seçim etməyə qalanda isə Azərbaycana üstünlük verilirdi. Bu bir. İkinci məsələ isə Ukrayna ilə bağlıdır. Çünki Rusiya bugünkü gündə Qara dənizi heç də Avropa və Amerikaya ötürmək niyyətində deyil. Yəni, Ukraynanın o torpaqlarını vermək fikri də yoxdur. Döyüşlər başlayanda da dediyimiz kimi, Ukrayna torpaqlarında Qərb-Rusiya müharibəsi gedir.
Amerika yenə öz bildiyini etdi; neytral bir dövlətdə lokal müharibə ocağı yaratdı. Ağ Ev Rusiyanın başını bu cəncələ soxmağı bacardı ki, Kremli iqtisadi və siyasi baxımdan məhv eləsin”.

Normallaşmaq istəyən Türkiyə-Suriya münasibətlərinin girişində bunları deyən politoloq Dəməşq-Ankara dialoqunun yarana bilmə səbəblərini də açıqlayıb:

“Rusiya gücünü Suriyada tuta bilmir. Əvvəllər Moskva Türkiyəyə nisbətən Suriyaya daha çox dəstək verirdi. Ancaq indi Türkiyənin Suriyada keçirdiyi silsilə antiterror əməliyyatları görən Rusiya anlayır ki, iki cəbhədə vuruşa bilməz. Yəni, Suriyada Bəşər Əsədə dəstək üçün Türkiyə ordusunun qarşısında dursun, Ukrayna savaşında isə Amerika ilə vuruşsun. Türkiyə ilə əməkdaşlığı da nəzərə alanda Rusiya heç cür balans yarada bilmir. Ona görə də Rusiya NATO-nun ən güclü ordusuna malik ölkələrindən biri olan Türkiyəni yanında tutmaq üçün Suriyada bir addım geri çəkilmək məcburiyyətindədir. Türkiyə ilə Suriyanı barışdırmaq fonunda işlər görməlidir ki, Ankara Moskvadan incik qalmasın. Bəşər Əsədlə son dsnışıqlarda, Ankaranın da buna isti yanaşması (antiterror əməliyyatları geniş maddi və mənəvi zərər vurur) Bəşər Əsəd rejimi ilə danışıqlar masasına oturmağa gətirib çıxarır. Bu isə daha çox Rusiyaya lazımdır”.

Qərbin Rusiyaya düşmən kəsildiyi bir vaxtda Türkiyə kimi partnyorları itirmək Rusiyaya sərf eləmir. Türkiyə Ukrayna ilə Rusiya arasında vasitəçiliyə səy göstərdiyi kimi, Moskva da Dəməşqlə Ankaranın dialoquna nail olmaq istəyir:

“Rusiya Türkiyəni öz yanında tutmasa, Ankara da Qərblə eyni cinaha keçib Kremlə qarşı çıxmalı olacaq. Bu isə Putin hökumətinin işinə yaramır. Hətta Rusiya Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünə nail olsa, NATO kimi güclü bir alyans qurulmuş olacaq”.

Ramiyə Məmmədovanın fikrincə, Rusiya-Türkiyə münasibətləri daha da genişlənsə, Ankara da Moskvanın üzləşdiyi sanksiyalara oxşar məhdudiyyətlərlə üzləşə bilər. Zatən Qərb Türkiyəni elə də sevmir. Yoxsa, Avropa İttifaqına çoxdan üzv edərdilər:

“Amerika Ukraynada müharibə yaratdığı kimi Yunanıstanı də hədəfləyib Türkiyə ilə savaş başlatmaq niyyətindədir. Hələ ki alınmayıb. Buna görə də Rusiya ilə Türkiyə düşmənimin düşməni mənim dostumdur prinsipi ilə hərəkət edirlər”.

Sonda regiondakı vəziyyətin bundan ibarət olduğunu deyən politoloq ABŞ-ın əvvəlcədən hazırladığı ssenarilə getdiyini bildirib:

“Ukrayna, ardınca Yunanıstan… Bununla da Ağ Ev dünyanı 2000-in əvvəllərinə qaytarmaq istəyir ki, birqütblü siyasətini yürüdə bilsin. Sadəcə, Türkiyə, Rusiya, Çin və başqa ölkələr çoxqütblülüyə keçmək istədiklərinə görə Birləşmiş Ştatlar bütün gücü öz əlinə toplamaq üçün qaynar nöqtələr yaratmaqla məşğuldur”, – deyə Ramiyə Məmmədova fikrini yekunlaşdırıb.

Anar Rəhimov,

KONKRET.az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir