KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Ramiyə Məmmədova: “Jrinovski, Zatulin kimilərinin Azərbaycanla bağlı düşündükləri xülyadır”

Ramiyə Məmmədova: “Jrinovski, Zatulin kimilərinin Azərbaycanla bağlı düşündükləri xülyadır”

Kafkassam Editör Kafkassam Editör - - 13 dk okuma süresi
326 0

Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsi faktı egionun geosiyasi mənzərəsini dəyişdi. Regionda dünya güclərinin həzm edə bilmədiyi proseslər gedir və maraqlı güclər prosesləri öz xeyirlərinə çevirməyə cəhdlər etməkdədir. Lakn qalib Azərbaycan dövləti beynəlxalq hüququn tələblərini yerinə yetirə bilməyən ən nüfuzlu təşkilatlar qarşısında haqq-ədalətin necə bərpa olunması ilə bağlı böyük bir təcrübə nümayiş etdirdi ki, regionda cərəyan edən ziddiyyətli proseslərə diqqət çəksək, həllini gözləyən məsələlər qalır. İşğalçı Ermənistanın silahlı dəstələrinin hələ də ərazilərimizdə qalması, eləcə də sülhməramlı missiyanın mövcudluğu hərbi yolla qazandığımız qələbənin diplomatik müstəvidə daha da inkişaf etdirilməsi zərurətini meydana çıxarıb. Region nəyə şahidlik edir?

Bu və ya digər məsələlərlə bağlı Versus.az-a müsahibə verən “Word Ponarama “Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Ramiyə Məmmədova bir çox nüanslara diqət çəkib.

– Ramiyə xanım, necə hesab edirsiz, bu gün regionun mövcud geosiyasi mənzərəsində ən çox diqqəti çəkən nədir?

– Qafqaz regionundakı bugünkü mənzərə II Dağlıq Qarabağ savaşından sonra Azərbaycanın geopolitik baxımdan yüksəlməsi, yeni aktorların oyuna girməsi ilə müşahidə olunur. Region dövlətlərinin yenilənməsi prosesində isə qardaş Türkiyə yeni aktor kimi öndə durur. Türkiyə-Rusiya sövdələşməsi bu iki ölkə arasında münasibətlər, meydana çıxan yeni aspektlər dünya tərəfindən birmənalı qarşılanmır. Təbii ki, Türkiyə Azərbaycan üzərindən Qafqaza girib və bu gün regionda böyük bir oyunçuya çevrilib.
Bu gün regionda yeni layihələr üzərində işlər gedir. Bu yeni layihələr istiləşən Türkiyə-Rusiya münasibətləri kontekstində də inkişaf edir. Təbii ki, Azərbaycan burda böyük rol oynayır. Ümumiyyətlə, Azərbaycan həm Qafqazda, həm də şərq-qərb arasında mühüm strateji ötürücü, qapı rolunda çıxış edərək dünya iqtisadi mədəniyyətinin inkişafında mühüm əhəmiyyətə malik olduğunu bu gün də göstərir və region layihələrinin əsas iştirakçısıdır. Bilirik ki, bu gün Azərbaycan türk dünyasının ürəyidir və bu da o deməkdir ki, həmin layihələrin işlənməsi Azərbaycansız mümkün deyil. Azərbaycan getdikcə Qafqazda böyük oyunçuya çevrilir, güclənir.

– 44 günlük vətən müharibəsindən sonra Dağlıq Qarabağa gələn Rusiya sülhməramlılarının missiyası üçtərəfli bəyannamənin şərtlərinə nə dərəcədə uyğundur və Ermənistan özü bu şərtləri nə dərəcədə yerinə yetirir?

– 44 günlük müharibədən sonra Rusiya sülhməramlılarının Qarabağa yerləşməsi üçtərəfli sazişin əsas bəndlərindən biridir. Buna baxmayaraq sülhməramlıların bir çox fəaliyyətləri artıq heç də qənaətbəxş deyil. Bu barədə cənab prezident də özünün iradlarını bildirdi. Biz bunu ilk vaxtlardan da görürdük. Çünki sülhməramlı qüvvələr adı sülhməramlı olmasına baxmayaraq erməni tərəfinə çox böyük dəstək verir və ermənilərlə çox böyük sövdələşmələrə gedirlər. Bu da təbbi ki Azərbaycanın ziyanınadır. Yəni sülhməramlı qüvvələr öz missiyalarını həyata keçirmirlər, tərsinə birtərəfli mövqe tuturlar. Ona görə də Prezident də çıxışında qeyd elədi ki, bu belə davam edərsə, onda Azərbaycan tərəfi sülhməramlıların çıxarılması barədə məsələ qaldıra bilər və bu da sazişdə qeyd olunan məsələlərin icrasında ləngitmə də yarada bilər. Ona görə də bu gün Rusiya bunu nəzərə almalıdır, çünki regionla bağlı layihələrdə Rusiyanın da böyük maraqları var. Rusiyanın Türkiyə üzərindən Avropaya çıxışı vacib olduğuna görə, Qarabağdakı sülhməramlı davranışlarına diqqət yetirməlidir.
Ermənistan isə ümumiyyətlə bəyannaməyə uyğun heç bir şərti yerinə yetirmir. Çünki Ermənistanın başı hələ ki, öz daxili çəkişmələrinə qarışıb, keçmişdə hakimiyyətdə olan müxalif qüvvələr Paşinyanı devirnməyə çalışırlar. Bu gün Ermənistanda daxil çəkişmə o qədər qabarıb ki, dağlıq Qarabağda gedən proseslərə sazişdə qeyd olunduğu kimi, ümumiyyətlə lazımi dərəcədə əməl edə bilmirlər. Yəni Ermənistanda bir çaxnaşma yaranıb, dağlıq Qarabağda məğlub olmaları bunlara böyük təsir göstərib. Keçmiş hakimiyyətdə olan müxalifət işğal etdikləri əraziləri yenidən işğal etməklə bağlı məsələləri gündəmə gətirməklə Ermənistanın heç də bəyannaməyə uyğun hərəkət etmədiyini göstərir. Təbii ki, bu cür erməni iddiaları mümkünsüzdür. Qarabağda silahlı dəstələr hələ də qalır, bu problemi təbii ki, Rusiya sülhməramlı qüvvələri həll eləməliydilər. Ancaq görünür ki, buna çox laqeyd yanaşırlar. Bu da regionda sülhə gedən yolu bir az da uzadır. Ermənistan ümumiyyətlə regionda heç bir fəaliyyəti olmayan dövlətdir. Əslində elə bir vəziyyətdədir ki, özü öz dövlətində belə yavaş-yavaş yoxa çıxmağa məhkum ola bilər. Ona görə də Qarabağda qalan silahlı dəstələr də Rusiyanın nəzarətində olmalıdır və Rusiya sülhməramlıları qəti şəkildə buna müdaxilə eləməli, ərazini təmizləməlidir. Ancaq biz bunun əksini gördüyümüzə görə bu, Azərbaycan ictimaiyyətində qənaətbəxş hisslər oyatmır.

– Ermənistandan Qarabağa silahlı dəstələr gətirilir və Rusiya sülhməramlılarının Qarabağdakı erməni silahlılarını dəstəklədiyi qeyd olunur. Üçüncü Qarabağ savaşı başlaya bilərmi?

– Regionda hökm sürən erməni özbaşınalığına, erməni silahlılarının mövcudluğuna və bu gün Ermənistandan gələn müharibə hədələrinə baxmayaraq, hesab efirəm ki, 3-cü savaş başlaya bilməz. Çünkü Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və bu gün yalnız erməni terrorçularına qarşı əməliyyatlar keçirə bilər. Buna baxmayaraq, Ermənistanda 3-cü savaşa hazırlıqdan danışılır. Bu gülüncdür. Savaş oldu və ortada üçtərəfli bəyannamə var, Ermənistan sülhə imza atmalıdır. Əks halda Prezidentin də dediyi kimi, Ermənistan bundan da ağır zərbə ala bilər, ümumiyyətlə mövcudluğu sual altına düşər.

– Türkiyə silahlı qüvvələrinin Azərbaycanda yerləşməsi və konfederativ birliyin yaranması ilə bağlı məsələlər nə yerdədir?

– Konfederativ Birliyin yaranması hələ ki, görünmür. Çünki Türkiyə ilə Azərbaycan ayrı-ayrı dövlətlərdir. Bunların Konfederasiyada olması üçün ortaq hərbi birlik yaradılmalıdır. Düşünürəm ki, Azərbaycan və Türkiyə iki qardaş dövlət kimi bir çox məsələlərdə əməkdaşlıq etdiyi kimi vahid ordu yaradılması məsələsində də ciddi işlərə imza atacaq. Vahid hərbi gücün olması düşünürəm ki, hər iki dövlətin təhlükəsizliyi baxımdan müsbət addım olar. Bu prosesdə Pakistanı da kənarda qoymaq olmaz.

– Türkiyə-Rusiya Monitorinq mərkəzinin əhəmiyyəti barədə nə söyləyərdiz?

– Türkiyə silahlı qüvvələrinin bu günkü gündə Qarabağda yerləşdirilməsi və onların da aktiv fəaliyyət göstərməsi Azərbaycan üçün çox vacibdir. 44 günlük müharibədə Türkiyənin Azərbaycana verdiyi dəstək çox böyükdür və türk hərbçilərinin regionda yerləşdirilməsinin əhəmiyyəti təbii ki çox böyükdür. Türkiyə monitorinq qrupunun 60 nəfərlik heyətlə Qarabağda olması Rusiya sülhməramlılarının ermənilərə verdiyi özbaşına dəstəyi azaltmış olur. Bir növ iki ölkədən olan sülhməramlı qüvvələr bir-birinə nəzarət funksiyasını da yerinə yetirir. Bu gün əgər rus sülhməramlıları bir səhvə yol verirlərsə, türkiyə monitorinq mərkəzində olmaqla buna nəzarət edə bilir. Bu gün monitorinq mərkəzində hər iki tərəfin bir-birinə nəzarəti vacibdir. Əgər Rusiya sülhməramlıları erməni mövqeyindən çıxış edib erməniləri silahlandıracaqsa, türkiyə monitorinq mərkəzinin müdaxiləsi ilə Rusiyadan öz missiyasını geri çəkməsini istəyə bilər.

– Ramiyə xanım, Rusiya Dövlət Dumasının deputatı, ermənipərəst siyasətçi Konstantin Zatulin rusiyalı sülhməramlıların Qarabağa daimi əsasda gəldiyini söyləyib. Deyib ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağa rəsmi olaraq 5 illik getsə də, düşünürəm ki, onlar həmişəlik ordadırlar. Rusiya tərəfindən səslənən bu cür təxribatçı çıxışlar nəyə yönəlikdir?

– II Qarabağ müharibəsində Türkiyənin Azərbaycanın yanında olması Rusiyanın xoşuna getməyib. Çünki Rusiya regionda ən böyük dövlətdir və keçmiş sovet məkanında yerləşən respublikaları 70 il ərzində öz tabeçiliyində saxlayıb. Bu gün hansısa yeni aktorların regiona daxil olması və sərbəst hərəkət etməsi təbii ki, Ruiyanın xoşuna gəlmir. Rusiya hər zaman Dağlıq Qarabağ problemini qaldıraraq bu regionda özünün hegemonluğunu saxlamağa çalışıb. Yaxın tarixdə 1989-91-ci ildə Azərbaycanın öz müstəqilliyi uğrunda mübarizəyə başlaması ilə paralel, Rusiya Qarabağ müharibəsini də alovlandırdı və torpaqlar işğal olunub erməniyə verildi. 20 yanvar faciəsi, Xocalı soyqırımı törədildi. Bunların heç birini Azərbaycan xalqı unutmayıb, unutmayacaq. Çox təəssüf ki, Rusiya tərəfi, Zatulin, Jrinovski kimiləri unudurlar. Bu gün 30 ildən sonra Azərbaycanın yenidən özünü dirçəldib müharibədə erməniyə qalib gəlməsini Rusiyanın həzm edə bilməməsi ermənipərəst Zatulin, Salavyov, Jrinovskilərin verdiyi dəstəkdən görünür. Biz onların ermənilərə verdiyi dəstəyi bilirik. Lakin bunlar heç bir rol oynamadı, Azərbaycan müharibədə öz szünü dedi və bu gün də qalib tarəf kimi öz sözünü deyir. Bu mənada Zatulinin dediyi sözlər bizi təəccübləndirmir. Təbii olaraq Rusiya sülhməramlılarının Qarabağda olması Azərbaycan cəmiyyətinin xoşuna gəlmir. Sülhməramlıları ermənilər üçün çalışıb neytral mövqe saxlamasa, Türkiyə monitorinq qrupu öz etirazını narazılığını ifadə edib. Rusiyanın Azərbaycana qarşı əks çıxışları və bu gün də sühməramlıların Qarabağdan çıxmayacağı barədə fikirləri cəfəngiyyatdır. 5 il vaxtları var. Sülhməramlıların fəaliyyəti qənaətbəxş olmasa, Azərbaycan xalqının buna etiraz edərək bir nəfərə kimi hamısının çıxarılmasını tələb etmək hüquq var. Jrinovski, Zatulin kimilərinin Azərbaycanla bağlı düşündükləri xülyadır.
Çünki Azərbaycan əvvəlki Azərbaycan deyil və o özünün təhlükəsizliyinin inkişafı yolunda Tükiyə ilə bir yerdə gedir. Amma Rusiyanın başqa çarəsi də qalmayıb. Əgər sülhmərmlılar istədiyimiz nəticəni verməyəcəksə, xalq Prezidentdən tələb edəcək ki, rus sülhməramlıları çıxarılsın, əvəzində türk-Azərbaycan, yaxud beynəlxalq sülhməramlıların iştirakı ilə bölgədə sülh bəqrqərar edilsin.

Tahire Qafarlı
Versus.Az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir