KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Ramiyə Məmmədova: Yeni baş nazir müharibəni dayandıra biləcəkmi?

Ramiyə Məmmədova: Yeni baş nazir müharibəni dayandıra biləcəkmi?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
53 0

Liz Tras Böyük Britaniyanın yeni baş naziri seçildi. Yeni baş nazir hakim Mühafizəkarlar Partiyasının sədri və ölkənin yeni baş naziri olaraq cəmiyyətə təqdim olundu. Yeni nazir kimdir və nə cür siyasət yürütmək niyyətindədir?! Bunu bugünkü dünya siyasətində görəcəyik, lakin anlaşılan odur ki, Britaniya heç də öz xarici siyasətinə dəyişiklik etmək niyyətində deyil. Əslində kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq dəyişiklik edə də bilməz.

Yeni baş nazirin kumiri Marqaret Tetçerindir və onun kimi sərt siyasət yürütmək niyyətində olduğunu göstərir. Belə ki, baş nazir seçilən Liz Trassın ilk zəngi Ukrayna lideri Zelenskiyə oldu və Rusiyaya mesaj verdi. Mesaj belə idi: Londonun Kiyevə dəstəyi Conson dövründən heç də az olmayacaq. Yəni, Britaniya öz xarici siyasətinin arxasındadır. Baş nazir Rusiya Prezidenti Putinlə də isti münasibətdə deyil. Ümumiyyətlə, Liz Trass uzun illər ərzində anti-Rusiya mövqeli Britaniya xarici işlər naziri hesab olunurdu.

Yeni baş nazir çıxışında “COVİD” pandemiyasından sonra vergiləri azaltmaq və Britaniya iqtisadiyyatını gücləndirmək üçün cəsarətli plan təqdim edəcəyini bildirib. O, əlavə edib ki, enerji böhranı və Milli Səhiyyə Xidməti ilə bağlı işlər görəcək. Trass Consonun Putinə qarşı durduğunu təqdir etməklə ona işarə verib ki, o, Rusiyaya qarşı sərt siyasət yürüdəcək. Demək lazımdır ki, Consondan sonrakı Britaniya Trass üçün heç də rahat loxma olmayacaq. Britaniyanın da digər Avropa dövlətləri kimi Rusiyayla olan gərgin münasibəti və Ukraynanı dəstəkləməsi İngiltərərə iqtisadiyyatında böyük problemlərlə üzləşəcəyi və bu qışın heç də asan olmayacağı görünür.

Beləliklə, Trassın üzərinə daha çox məsuliyyət düşəcək. Çünki müharibənin həlledici dövrüdür, mühüm qərarlar qəbul etməlidir, savaşın sonu da onun baş nazir postunda olduğu dövrdə başa çata bilər. Yəni, tarixə belə düşəcək. Ola bilər ki, Trass ilk zəngi kimi ilk səfərini də Kiyevə etsin. Bunu istisna etmirəm, amma Conson daha çox sevilən, rəğbət qazanmış siyasətçi idi. Sadəcə, burada fiqurların dəyişməsi mahiyyətcə heç nəyi dəyişmir. İngiltərənin öz siyasəti var və bu yolla getməlidirlər. Ona görə heç biri Londonun vahid siyasi xəttindən kənara çıxa bilməz. Əslində Britaniyanın yeni liderindən xüsusi gözləntisi də yoxdur: “Mühafizəkarlar Partiyası hakimiyyətdədir və bu kurs davam edəcək. Bizi daha çox Ukrayna müharibəsinin nəticələri maraqlandırmalıdır. Tarixdə ingilislərin dəstək verdiyi müharibələrdə heç zaman kömək alan tərəf məğlub olmayıb. Əgər Rusiya geri çəkilməli olsa, bu qələbə həm də Trassın aktivinə yazılacaq. Hər halda, bu xanım siyasətçi Putinə nifrəti ilə seçilməkdədir. Trassın Azərbaycana münasibətinə gəlincə, Bakı-London əlaqələri hər zaman oldugu kimi rəvan gedəcək, hər hansı dəyişiklik gözlənilmir”.

Ramiyə MəmmədovaKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir