KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Ramiyə Məmmədova: Türkiyənin Rusiya ilə birgə regionda güclənməsi Qərbi narahat edir

Ramiyə Məmmədova: Türkiyənin Rusiya ilə birgə regionda güclənməsi Qərbi narahat edir

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
313 0

Bir neçə gün öncə regionda gedən proseslərin həllinin tapılması və inkişafı naminə «3+3» formatında 5 ölkənin XİN müavinləri iştirakı ilə görüşlər keçirildi. “3+3” mexanizminin yaradılmasında əsas məqsəd lokal konfliktlərin region ölkələri arasında həllinə nail olmaq olsa da, tərəflər arasında problemli məsələlər hələ də qalmaqdadır. Xüsusən də, Ermənistan-Azərbaycan arasında münaqişə başa çatsa da, vəziyyət o qədər də sabit deyil, sərhəddəki gərginlik getdikcə artır, vaxtaşırı şəhidlər veririk, imzalanmış üçtərəfli saziş hələ də icra olunmamaqdadır. Digər önəmli nüans isə, Gürcüstanın platformanın işində iştirak etməməsidir. Yəni Gürcüstan bu gün Rusiya ilə bir masaya oturmaq istəmir. Abxaziya və Osetiya problemi həll olunmadan Tiflis bu masaya oturmayacaq. Bu isə, platformanın işinə təsirsiz ötüşməyəcəyi açıq-aydındır. Gürcüstanın bu masada yoxluğuna rəğmən, ümumilikdə iclas müsbət ab-havada keçib demək olar. Xüsusilə də, Azərbaycan və Ermənistan nümayəndələrinin eyni formatda birgə iştirakı və “3+3” çərçivəsində digər formatlarda müzakirə olunan məsələlərə yenidən qayıdılmayacağını müsbət hal kimi qiymətləndirə bilərik. İlk görüşün qarşılıqlı anlayış şəraitində keçməsinə baxmayaraq, gələcək müzakirələrin platformanın işinin effektivliyini daha yaxşı nümayiş etdirəcəyini demək olar. Çünki indi hələlik ilk görüş keçirildiyindən “3+3”ün regional proseslərə neçə təsir edəcəyini proqnozlaşdırmaq çətindir. Növbəti görüşlərin necə nəticələnəcəyi isə, hələlik bəlli deyil. İlk görüşdə gözlənildiyi kimi ümumi təşkilati məsələlər müzakirəyə çıxarılıb. Platformada lokal münaqişələrin həlli müzakirə mövzusuna çevriləndə, yəqin ki, fikir ayrılıqları yenidən meydana çıxacaq.

Əslində yeni platforma çərçivəsində ilk iclasın müsbət tərəflərini bu cür təsnif etmək mümkündür belə ki:

1. Azərbaycan-İran gərginliyinin sona çatması və tərəflərin yeni mexanizm formatında ilk iclasda birgə iştirakı.

Əgər iclas 2 ay öncə olsa idi, yəqin ki, tərəflərin davranışları indiki kimi olmazdı.

2. Platformada Türkiyənin aktiv rolu. Çünki artıq Türkiyə Rusiya ilə birgə regionun iki əsas güclü aktorundan biri olduğunu açıq şəkildə ortaya qoyur. Bu isə, Azərbaycan üçün bölgədə yalnız müsbət hal kimi dəyərləndirilə bilər.

3. Gürcüstana açıq qapının qoyulması. Bəlkə də, bu dövlətlər Abxaziya və Cənubi Osetiya məsələsinin həlli istiqamətində müzakirələr aparsalar gələcəkdə, Gürcüstan da yeni formata maraq göstərə bilər.

4. Formatın işinin gələcəkdə böyüməsi ehtimalının yüksək olması. Gələcəkdə platforma çərçivəsində enerji, logistika və iqtisadi məsələlərin də müzakirəyə çıxarılması əməkdaşlığı daha da gücləndirə bilər.

Lakin bunu da qeyd etmək lazımdır ki, bu platformanın fəaliyyətinin Qərbin narahatlığına səbəb olması mümkündür. Çünki region ölkələrinin, ələlxüsus da, NATO ölkəsi olan Türkiyənin müstəqil aktor kimi çıxış etməsi, Rusiya ilə birgə bölgədəki problemləri həll etməsi və iqtisadi əməkdaşlığı gücləndirməsi Qərbi narahat edir. Lakin əgər “3+3” lokal toqquşmaların həllində uğurlu ola biləcəksə, eyni zamanda regional inkişafı tətikləyə biləcəksə, bu regionun beynəlxalq miqyasda öz siyasətini diqtə etməsi üçün mühüm rol oynayacaq”.

Ramiyə Məmmədova

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir