KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Ramiyə Məmmədova: Türkiyə “S-400”-ləri Ukraynaya verə bilərmi?

Ramiyə Məmmədova: Türkiyə “S-400”-ləri Ukraynaya verə bilərmi?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
17 0

ABŞ-ın Türkiyəyə ünvanladığı bu təklif ikili oynamaqdır. Həm “S-400”-ləri Türkiyəyə çıxarılması, həm də Türkiyə ilə Rusiyanın arasını vurmaq üçün bir oyundur. Burada həmçinin Ukraynanın, guya 3-cü dost ölkə tərəfindən Rusiyaya qarşı silahlanması məsələsi öz əksini tapıb”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Türkiyədə yaşayan politoloq Ramiyə Məmmədova bildirib.

Belə ki, ABŞ-ın Türkiyəyə Ukraynaya S-400-lərin göndərilməsi qarşılığında rəsmi Ankaraya tətbiq olunan sanksiyaları aradan qaldırmaq təklifini şərh edən politoloq qeyd edib ki, bu Bayden tərəfindən hesablanmış addımdır:

“Bu Türkiyəyə qarşı “F-35”-lər məsələsində bir növ şantaj xarakteri daşıyır. Çünki ABŞ özü Ukraynın hava məkanını Rusiya üçün bağlamağa heç cür razılıq vermir və Ukraynanı silah-sursatla yetərincə təmin etmək istəmir. Bu artıq oyuna çevrilib. Hesab etmirəm ki, Ukrayna-Rusiya müharibəsi gedir.

Burada Rusiya-ABŞ soyuq savaşının nəticələrinə şahid oluruq. Ağ Ev müharibənin daha da genişlənməsində maraqlıdır və bunu aydın şəkildə büruzə verir. Bu Türkiyənin həssas telləri ilə oynamaqdır. Yəni S-400-lər verilərsə, Rusiya və Türkiyə arasında diplomatik, iqtisadi sferada böyük sarsıntılar yaşanacaq. ABŞ da məhz bunu istəyir”.

Politoloq təklifin Türkiyə siyasi cameəsində əsas müzakirə mövzularından birinə çevrildiyini vurğulayıb.

Ramiyə Məmmədovanın sözlərinə görə, ABŞ-ın əsas məqsədi Türkiyəni Rusiya ilə qarşı-qarşıya qoymaqdır:

“Təbii ki, Türkiyə rəhbərliyinin də bu məsələdə böyük avatajları var. Rəsmi Ankara onsuz da Ukranaya həm silah, həm maddi-humanitar yardımlar edir. Lakin S-400-lərin Ukraynaya verilməsi məsələsi iləTürkiyə razılaşa bilməz. Hər nə qədər ABŞ rəsmi Ankaranın partnyoru olsa belə, Rusiya da Türkiyə üçün böyük bazar və tərəfdaşdır. Türkiyə Rusiya ilə bütün münasibətlərin dağılmasına imkan verə bilməz.

Lavrovun da dediyi kimi, Ukraynaya Rusiya istehsalı olan silahları verən ölkə birbaşa hədəfə çevriləcək. Belə olan halda, bu addımn atılması Türkiyəni Rusiyanın gözündə düşmənə çevriəcək. ABŞ nə qədər oynasa belə, Türkiyə buna getməz. Sanksiyalara gəlincə isə, Türkiyə onsuz da illərdir ki, bu vəziyyətdə yaşayır. Ona görə də, Amerikanın sankisyaların ləğvi ilə şirnikləşdirməsinin Ankara üçün əhəmiyyəti yoxdur. “F-35”lər məsələsinə gəlincə isə, Türkiyə bu layihələrin zatən içərisindədir.

ABŞ bu gün Rusiyanı bütün dünyadan təcrid etmək üçün hər növ oyuna, şantaja əl atır. Lakin hər bir dövlətin özünün, iqtisadi, siyasi və strateji maraqları var və anlayırlar ki, onlara faydalı olan nədir”.

Müharibənin hələ uzun müddət davam edəcəyini proqnozlaşdıran Ramiyə Məmmədova, ABŞ-ın bu addımın münaqişəni daha da qazışdırmağa xidmət etdiyini bildirib:

“Amerika bu oyunları həmişə oynayıb və oynamağa da davam edir”.

Murad Əhmədov, Bizim.Media

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.