Türkiyənin dünya siyasətində artan nüfüzu bir çox narahatlıqlara səbəb olmaqda davam edir”.
Bunu politoloq Ramiyə Məmmədova EDNews.net-ə bildirib.
R. Məmmədovanın sözlərinə görə, bunu açıq-aydın göstərən Qərb dövlətləri Türkiyəni yenidən öz əsarəti altına almaq üçün hər cür oyunlara əl atır: “Təbii ki, Türkiyənin son dövrlərdə yürütdüyü sərt və özünəməxsus sərbəst siyasətin nəticəsi buna gətirib çıxarmasına yol açıb. Hər zaman Türkiyənin Qərb dövlətlərinin diktəsi altında idarə olunmasına alışmış Qərb bu sərbəst siyasətin Yaxın Şərqdə, Aralıq Dənizində, Qafqazda, Asiyada, Afrikada və digər regionlarda hansı nəticəyə qətirib çıxaracağını hesablamamış deyil desək yanılmarıq. Buna görə də Türkiyəni hər zaman əlaltı görməyə alışanlar əsarət çadrasını yırtan Türkiyənin azad siyasətinin onlara gələcəkdə nə vəd edəcəklərini çox gözəl anlayırlar”.
O qeyd edib ki, Türkiyəni daxildən yıxmağa calışan Qərb təəssüf ki, daxildəki güclərdən də faydalanmağa nail ola bilir: “İqtidar müxalifət arasındakı fikir ayrılıqları, istehsalatın və kənd təsəsrrüfatı sahəsinin zəifləməsi, lirərin dollar qarşısında həddən artıq artması, qaçqınların bu ölkəyə durmanadan axın etməsi və qiymət artımının getdikcə yüksəlməsi dövlət iqtisadiyyatının geriləməsində müstəsna rol oynayır. Həmçinin, ABŞın Türkiyəni həm də xaricdə sərhədləri boyu terrora verdiyi dəstəklə təhdid etməsi də bu ölkənin iqtisadiyyatındakı problemləri sürətlə geriləməsinə yol açır.”
Politoloq bildirib ki, Branson məsələsindən başlayan NATO tərəfdaşları arasındakı ABŞ və Türkiyə gərginliyi, sonra da Suriyada, Liviyada, İraqda üz-üzə gələrək davam etdi: “F-35 satışının dayandırılması ilə münasibətlərin daha da gərginləşməsi, Rusiya ilə isti münasibətlərin getdikcə daha da isinişməsi, F-35 yerinə S-400-lərin tərcih edilərək alınması, ABŞ-la deyil Rusiya ilə irəliyərək Suriyada, Liviyada hətta Qafqaz regionunda da Türkiyənin razılığı əsasında əldə etdiyi nəaliyyətlər iki tərəfdaşın nəinki bir-birindən tamamən münasibətlərin soyumasına, hətta açıq-aydın ABŞ rəhbərliyinin Türkiyəni təhdid etməsi ilə belə nəticələndi. Bayden hakimiyyətinin Türkiyəyə daha sərt yanaşması Türkiyə Rusiya münasibətlərinin daha cox irəlləməsinə və yaxınlaşmasına gətirib çıxardır ki, zənnimcə bu da son zamanlarda Türkiyə daxilində gedən proseslərdə ABŞ-ın Türkiyəni daxildən qarışdırmaq niyyəti olduğunun üzə çıxardır, həmçinin Ərdoğanın nüfuzu dünyada artmağa davam etdikcə Qərb daxildə AKP nüfüzunun azalması ücün bütün siyasi oyunlara muxalifəti istifadə edərək əl atır”.
Ekspert qeyd edib ki, bunun nümünəsində son dönəmdə erkən seçimlərin keçirilməsi məsələsinin dayanmadan gündəmə gəlməsidir: “Lakin Türkiyə cəmiyyəti də bugün anlayırlar ki, AKP-nin bugün Türkiyə siyasətindən getməsi nə xarici, nə də daxili siyasətdə dövlət üçün yaxşı heç nə vəd etmir. Türkiyənin gələcək layihələri, terrorla başa çıxması hal-hazırdakı Türkiyəni geridə qoyaraq Qərbi Asiyanın, Yaxın Şərqin ən qüdrətli dövlətinə çevirəcək. Azərbaycanın Qarabağda Türkyə ilə birlikdə əldə etdiyi zəfər və Türkiyənin Qafqaz regionunda vacib aktora çevrilməsi, iki qardaş ölkənin bu regionu türk varlığının gücünü nümayiş etdirərək meqa layihələrin həyata keçirilməsi, Zəngəzur dəhlizinin açılışından sonra Çinə, Asiyaya hətta Afrikaya qədər türk əlinin uzanması, Türk Dövlətlərinin bir araya gələrək Türk Dövlətlərinin Birliyinin yaranması Qərb tərəfindən necə narahatlıq doğurmaya bilər ki?! Demək ki, türk dövlətinin varlığı və türk millətinin zəfəri Qərbi nə qədər narahat edəcəksə Türk dövləti də o qədər inkişaf edərək güclənəcək və ayağı basdığı torpaqlarda türk bayrağını dalğalandırmağa davam edəcək”.